1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Kreditlər, ssuda və borclar üzrə faizlərin məhsulun(iş və xidmətlərin) maya dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanılması



Yüklə 1,48 Mb.
səhifə57/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   53   54   55   56   57   58   59   60   ...   68
Audit suallar-Ayten

49.Kreditlər, ssuda və borclar üzrə faizlərin məhsulun(iş və xidmətlərin) maya dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanılması.
Auditin idarəetmə sistemində özünəməxsus mövqeyi onun iqtisadi idarəetmənin əsas elementlərindən biri kimi təcrübi olaraq idarəetmədə birbaşa iştirak etməsidir. Auditin idarəetmənin digər elementlərindən fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, o, həmin idarəetmə elementlərinin idarəetmə funksiyalarına bilavasitə təsir göstərmək imkanına malikdir.
Kredit almaq şirkət üçün çox vacib və məsuliyyətli bir addımdır. Kredit aldıqdan sonra (ağıllı şəkildə istifadə etməklə) müəssisə onun daha da inkişafı və istehsal (iş, xidmət) həcmlərini artırmaq üçün əlavə imkan əldə edir. Bu addımın məsuliyyəti yeni öhdəliklərin yaranmasındadır.
Öhdəliklər dedikdə borc vəsaitləri ilə kreditor borclarının məcmusu başa düşülməlidir. Müəssisə özünün inkişafı məqsədilə təkcə təsisçilərin vəsaitindən deyil, habelə əldə etdiyi mənfəətdən də istifadə etməlidir. Müəssisənin əmlakının formalaşması mənbəyi kreditorların aşağıdakı vəsaitləri ola bilər:
a) kreditlər;
b) borclar;
v) istiqraz borcları və i.a.
Müəssisələrin öhdəlikləri borclu rolunda çıxış edən təşkilatlarla, kreditor rolunda çıxış edən digər hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələrdən baş verir. Göstərilən müqavilələr əsasında borclu təşkilatlar kreditorların xeyrinə müəyyən fəaliyyət göstərməyi öhdəsinə götürür (məs, əmlak vermək, iş görmək, pul ödəmək və s.). Hüquqi və fiziki şəxslər qarşısındakı öhdəliklər habelə məhkəmənin qərarları nəticəsində də baş qaldıra bilər. Pul ekvivalenti ilə qiymətləndirilən öhdəliklər müəssisənin passivlərinin tərkib hissəsi sayılır. Kreditorun ixtiyarı var ki, borcludan onun öhdəliklərinin icrasını tələb etsin.
Borc vəsaitləri borc müqaviləsi icra olunan zaman baş verən öhdəliklərdir. Borc müqaviləsi əsasında bir tərəf (borc verən) digər tərəfə (borc alana) pul və yaxud müəyyən dəyərə və keyfiyyətə malik olan digər əşyalar verir. Borc alan təşkilat isə aldığı borcu müəyyən müddətdən sonra qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi pul və yaxud digər əşya verilən andan bağlanılmış hesab olunur. Əgər qanunvericilikdə başqa şey nəzərdə tutulmamışdırsa onda, borc verən təşkilat verdiyi borca görə müəyyən faiz ala bilmək hüququna malikdir. Faizlər qaydaya görə hər ay ödənilməlidir. Borc vəsaitləri aşağıdakılar üzrə öhdəlikləri özlüyündə birləşdirir:
- alınan bank kreditləri üzrə;
- satılmış borc qiymətli kağızları (istiqrazlar və i.a.) üzrə;
- verilmiş maliyyə vekselləri üzrə;
- alınan borclar və ssudalar üzrə.
Əgər müəssisə müəyyən layihəni həyata keçirməyi planlaşdırırsa, onun maliyyələşdirilməsi üçün borc vəsaitləri cəlb oluna bilər. Borc vəsaitlərinin bir növü bank kreditləri adlanır.
Bank kreditləri banklar (kredit təşkilatları) tərəfindən qaytarılmaq, təcililik, ödənmək və təminatlılıq qaydasında verilir. Qaytarılma müddətindən asılı olaraq fərqləndirilir:
- bir ildən artıq olmayan müddətə verilən qısa müddətli kreditlər;
- bir ildən artıq müddətə verilən orta müddətli və uzun müddətli kreditlər.
Kredit müqaviləsində aşağıdakılar qeydə alınır:
- kreditləşmə obyekti və kreditin müddəti;
- kreditin verilmə və ödənmə şərtləri;
- öhdəliklərin ödənmə qaydaları;
- faiz stavkaları və onun ödənmə qaydası;
- tərəflərin öhdəlikləri, hüquqları və məsuliyyətləri;
-müəssisə tərəfindən banka təqdim olunası hesabat sənədlərinin siyahısı və dövriliyi.
Hal-hazırda qüvvədə olan qanuna əsasən dövlət, müəssisə və təşkilatlarına verilən bank kreditləri üçün müəyyən edilmiş faiz məbləği stavka hüdudunda məhsulların, iş və xidmətlərin maya dəyərinə daxil edilir. Stavkadan yuxarı olan faiz məbləği isə müəssisənin sərəncamında qalan xalis mənfəət hesabına ödənilir.
Qeyd etmək lazımdır ki, bank tərəfindən verilmiş kreditlərə görə faizin məbləği vaxtaşırı dəyişdirilir.
Bank kreditindən istifadəyə görə mühasibat uçotunda aşağıdakı kimi iki mühasibat yazılışı tərtib edilə bilər.
1. Stavka hüdudunda kreditə görə banka faiz ödənildikdə:
Debet – 202 «İstehsalat məsrəfləri»
Debet – 721 «İnzibati xərclər»
Kredit – 223 «Bank hesablaşma hesabları»
2. Ödənilən faiz stavkadan yüksək olduqda D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər» hesabı
K-t 223 «Bank hesablaşma hesabları».
Təsərrüfat subyektlərində əməliyyatları auditinin aparılmasının təşkili üçün etibarlı, dəqiq və obyektiv informasiyaların olması vacibdir. Kredit əməliyyatları üzrə auditin məlumat mənbələri müxtəlif olsa da, onları məzmununa görə iki istiqamətdə qruplaşdırmaq mümkündür:
1. Kredit əməliyyatlarını tənzimləyən qanunverici normativ hüquqi aktlar. Bu qanunverici normativ hüquqi aktlar alınmış kreditlərin rəsmiləşdirilməsini və digər əməliyyatların qanunauyğun olması haqqında məlumat yaradır.
2. Alınmış kreditlərin təyinatı üzrə və məqsədyönlü istifadə edilməsi, onların qaytarılması, alınan ssuda üzrə faizlərin, hesablanmış penyaların uçotda əks etdirilməsinə dair mühasibat uçotunun məlumatları.
Müəssisələrin mühasibat uçotunun hesablar planına dair təlimatının tələblərinə əsasən müəssisələrin fəaliyyətinin maliyyələşdirilməsində qısamüddətli maliyyə çətinlikləri üçün alınmış kredit və 501 saylı «Qısamüddətli bank kreditləri adlı balans hesabında uçota alınır. Həmin təlimata uyğun olaraq uzunmüddətli kapital qoyuluşları, istehsalın yenidən təşkili (modernləşdirilməsi) üçün ölkə banklarından, yaxud xarici kredit təşkilatlarından alınmış kreditlər 401 saylı «Uzunmüddətli bank kreditləri» adlı balans hesabının debet və kredit məlumatları ola bilər. Bir qayda olaraq, müəssisə və təşkilatların aldıqları kredit və ssudalar haqqında yekun məlumatlar müəssisənin əsas hesabat forması olan balansda əks etdirilir. Ona görə də auditor kredit əməliyyatlarını yoxlayarkən balansa xüsusi diqqət yetirməlidir.
Kredit əməliyyatları auditinin metodikası dedikdə, bu sahədə yoxlama-ekspertiza işlərinin prosedur qaydaları, tətbiq olunan üsul və metodlar başa düşülür. Kredit əməliyyatlarının auditində başqa sahələrdə olduğu kimi bir sıra spesifik məsələlərlə yanaşı, əsas etibarı ilə aşağıdakı 4 prinsipial məsələ əhatə olunmalıdır:
•kredit əməliyyatları üzrə normativ hüquqi bazaya dair yoxlama-ekspertiza işləri;
•kredit üzrə faktiki əməliyyatların audit yoxlama-ekspertizası;
•kredit əməliyyatları üzrə uçot-hesabat işlərinin vəziyyətinin ekspertizası;
•kredit əməliyyatlar üzrə audit yoxlama-ekspertizasının nəticələrinin yekunlaşdırılması.
Müəssisə və təşkilatlarda kredit əməliyyatları üzrə audit yoxlama-ekspertiza işləri kredit üzrə ilkin və əsas sənəd olan baş kredit müqaviləsinin ekspertizasından başlanmalıdır. Çünki, baş kredit müqaviləsi kredit əməliyyatlarının əsas sənədi olmaqla yanaşı, həmin müqavilədə bu əməliyyatların keçirilməsi üçün bütün şərtlər öz əksini tapır. Eyni zamanda baş kredit müqaviləsi kreditin alınmasında qüvvədə olan qanunverici normativ hüquqi aktların prinsiplərini əks etdirir. Auditor baş kredit müqaviləsini ekspertizadan keçirən zaman kredit alanla kredit verən təşkilat arasında bağlanmış müqavilələrin şərtlərinin qanunverici normativ hüquqi aktların tələblərinə uyğun olmasını ekspertiza edib qiymətləndirməlidir. Bundan sonra kredit üzrə cari təsərrüfat ilində həyata keçirilmiş faktiki maliyyə əməliyyatlarını ekspertizadan keçirməlidir. Əsas məsələlərdən biri də alınmış kredit üzrə bankda xüsusi hesabların açılmasıdır. Auditor alınmış krediti bank çıxarışı ilə üzləşdirməli və onun reallığına əmin olmalıdır. Aparılan üzləşdirmə pul vəsaitlərinə dair əməliyyatlar olduğu üçün başdan-başa yoxlama üsulu tətbiq edilməlidir. Kredit üzrə faktiki əməliyyatların audit yoxlama-ekspertizası keçirilən zaman nağdsız əməliyyatlarla yanaşı, nağd ödənişlər üzrə əməliyyatlar aparılmışdırsa, kassanın ilkin sənədləri ilə kassa mədaxil-məxaric orderləri üzləşdirilməlidir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə