1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə51/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   47   48   49   50   51   52   53   54   ...   68
Audit suallar-Ayten

Amortizasiya olunmur
Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

  • elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;

  • məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);

  • heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;

  • istismar vaxtı çatmayan çoxillik əkmələr;

  • kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);

  • tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;

  • konservasiya edilmiş əsas vəsaitlər;

  • ümumi istifadədə olan avtomobil yolları;

  • ümumi istifadədə olan parklardakı avadanlıqlar;

  • istismara verilməmiş anbarda olan əsas vəsaitlər.



43.Qeyri-maddi aktivlərin dövriyyədən çıxmasının uçotunun və vergi tutulmasının auditi və ümumi nəticə çıxarılması. (+ 60 eyni sual)
Müəssisənin qeyri –maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, gəlir gətirən torpaq sahələrindən, təbii ehtiyatlardan istifadə hüquqları, patentlər, lisenziyalar, “Nou – hau”, proqram məhsulları, inhisar və imtiyaz hüquqları, (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilat xərcləri, ticarət markaları, əmtəə nişanları və s. aiddir.
Qeyri–maddi aktivlərinə auditi aparılan zaman aşağıdakı şərtlərə fikir verilməlidir:
- vətəndaşların intellektual və işgüzar keyfiyyətləri qeyri – maddi aktivlər kimi götürülə bilməz;
- qeyri – maddi aktivlərin sənədləşdirilməsi;
İstənilən qeyri – maddi aktivlər özünü obyektiv formada əks etdirilməlidir. Belə ki, müəssisənin qeyri – maddi aktivlərin obyektinə olan hüquqi mülkiyyət hüququndan fərqlənir. Əgər müəssisəyə torpaqdan istifadə hüququ verilərsə, mülkiyyət hüquqi olan şəxs bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi sənədləşdirmə aparmalıdır.
İxtira, faydalı modellər, sənaye nümunələri üçün alınan hüquqlar lisenziya müqavilələri ilə təsdiq edilməli, bu hüququ verən təşkilatlarda qeydiyyatdan keçirilməlidir.
Nou – hau” alınan müəssisədə onun təsviri və görünüşü olmalıdır.
Əmtəə nişanı olan müəssisədə əmtəə nişanının alınmış sənədləri və hansı təşkilatda qeydiyyatdan keçdiyi olmalıdır. Əgər hüquqi və ya fiziki şəxslərə müəlliflik hüququ alınıbsa, bu tam mənada hüquqi baxımdan müəlliflik hüququnu satan şəxslə müəlliflik hüququnu alan şəxsin arasında razılaşdırılmalıdır. İctimai iaşə müəssisələrin, milli mətbəxi olan milli restoranlara nizamnamə kapitalı kimi xörəyin resepti qoyula bilər. Bunun üçün təsisçi həmin xörəyin reseptini müəssisəyə təqdim etməlidir.
Geoloji və yeraltı sərvətlər barəsində informasiya hesabat şəklində olmalıdır.
Qeyri – maddi aktivlər balansın 04 № - li “Qeyri – maddi aktivlər” hesabında ilk dəyər ilə uçota alınır.
Bu dəyərlər qeyri – maddi aktivlərin obyektləri üzrə aşağıdakı kimi müəyyən
edilir:
- təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan qeyri –
maddi aktivlər üçün tərəflərin razılığına əsasən;
- digər müəssisə və şəxslərin pulla alınan qeyri – maddi aktivlərin əldə edilməsi və hazır vəziyyətə gətirilməsi üzrə faktiki məsrəflərdən asılı olaraq;
- digər müəssisə və şəxslərdən əvəzsiz alınmış qeyri – maddi aktivlər üçün müəssisənin daimi fəaliyyətdə olan qiymətlər komissiyasının müəyyən etdiyi dəyərlə;
Bütün bunlar lazımi sənədləşdirmə əsasında həyata keçirilir. Öz xarakterinə görə mədaxil sənədləri əsas vəsaitlərin mədaxil sənədlərinə uyğun ola bilər. Qeyri –maddi aktivlərin mədaxil sənədlərində onun daxilolma, istismara buraxılma vaxtı, qeyri – maddi aktivlərin tam xarakteristikası, istismar müddəti, amortizasiya norması və ilkin qiyməti öz əksini tapmalıdır.
Qeyri – maddi aktivlər mühasibat uçotu haqqında qanun müddəalarına əməl edilməklə mədaxil olunmalıdır. Mədaxil olunma zamanı qeyri – maddi aktivin xarakterik xüsusiyyətlərindən asılı olaraq, həmin sahəni yaxşı bilən mütəxəssis iştirak etməlidir. Qeyri – maddi aktivlər təsisçilər tərəfindən nizamnamə kapitalına pay haqqı kimi qoyulduqda, 04 № - li hesabın debitində, 75 № - li hesabın kreditində öz əksini tapır.
Digər müəssisə və şəxslərdən pulla əldə edilmiş qeyri – maddi aktivlərin 04 № - li hesabın debitində 08 № -li hesabın kreditinə əks etdirilməlidir. Maddi yardım kimni mədaxil edilən qeyri – maddi aktivinlərin 04 № - li hesabın debitində 87 № - li hesabın kreditində yazılış verilir. Qeyri – maddi aktivlər istifadə üçün bir müəssisəsindən başqa müəssisəyə verilərsə, qeyri – maddi aktivlər verilən müəssisə bütün hüquqları özündə saxlayır və qeyri – maddi aktivlər müəssisənin balansından silinir.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə