1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Əsas vəsaitlərin analitik uçotunun təşkili. Əsas vəsaitlərin təmiri və modernləşdirilməsinin auditi. (+58 sual eyni)



Yüklə 1,48 Mb.
səhifə48/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   44   45   46   47   48   49   50   51   ...   68
Audit suallar-Ayten

41.Əsas vəsaitlərin analitik uçotunun təşkili. Əsas vəsaitlərin təmiri və modernləşdirilməsinin auditi. (+58 sual eyni)
Əsas vəsaitlərin auditi keçirilərkən aşağıdakı sahələr üzrə yoxlama aparılır:
1. Əsas vəsaitlərin texniki baxımdan vəziyyəti saxlanması;
2. Daxil olma zamanı sənədlərin düzgün və qanuni rəsmiləşdirilməsi;
3. Amortizasiya (köhnəlmə) ayırmalar üzrə düzgün hesablanması;
4. Hesablanmış amortizasiya (köhnəlmə) ayırmalarının istehsal xərclərinin tərkibinə düzgün və vaxtında daxil edilməsi;
5. Əsas vəsaitlərin daxil olmasının, uçotdan çıxarılmasının və silinməsinin mühasibat uçotunda düzgün əks etdirilməsi;
6. Əsas vəsaitlərin vaxtında və keyfiyyətli təmir edilməsi.
Əsas vəsaitlərin texniki sazlığının və saxlanmasının auditi prosesində aşağıdakılar həyata keçirilir:
1.Əsas vəsaitlərin texniki xarakteristikasının və həqiqi varlığını təsdiq edən sənədlərin olub-olmamasının (inventar vərəqələri, texniki pasport, layihələr, sxem və təlimatlar) yoxlanması;
2.Əsas vəsaitlərin həqiqi varlığının, onların texniki göstəricilərinin, xarakterinin, vəziyyətinin, keyfiyyətinin, təmir müddətinin gözlənilməsinin,
komplektləşdirilməsinin, saxlanmasının, texniki xidmətin təşkilinin yoxlanması;
3.Əsas vəsaitlərin hesabatlarının düzgün tərtib edilməsinin, forma və normalardan düzgün istifadə edilməsinin, sənədləşdirmənin düzgün aparılmasının, əsas vəsaitlərin daxil olmasının, yerini dəyişməsinin və sıradan çıxmasının yoxlanması.
Audit zamanı auditor tərəfindən əsas vəsaitlərin analitik uçotu ilə sintetik uçotunun uyğunluğu yoxlanılmalıdır. Bunun üçün inventar vərəqələrinə əsasən quruplaşdırılmış əsas vəsaitlərin cəmi balansın 01 №-li “Əsas vəsaitlər” hesabında olan vəsaitlərlə üzləşdirilir. Analitik uçotla sintetik uçot arasında fərq yaranarsa, məqsədi və səbəbi aydınlaşdırılmalı və rəhbərliyə məlumat verilməlidir.
Bütün əsas vəsaitlərin maddi-məsul şəxslərin cavabdehliyinə verilməyi yoxlanılmalıdır.
Analitik uçotun regstri inventar vərəqələridir. O, özündə bütün məlumatları əks etdirir. Əsas vəsaitlərin analitik uçotunun doğruluğu inventar vərəqələri ilə yoxlanılır. İnventar vərəqələri vasitəsilə əsas vəsaitlərin faktiki mövcudluğu iki üsulla – seçmə və başdan-başa yoxlanıla bilər. Əsas vəsaitlərin inventarizasiyasının vaxtında aparılamsının böyük əhəmiyyəti vardır. Ona görə də auditor buna fikir verməli və inventarizasiyanın mühasibat uçotunda əks etdirilən əsas vəsaitlərlə uyğunluğuna fikir verməlidir. İnventar vərəqələrinin düzgün doldurulduğuna nəzarət etmək üçün əsas vəsaitlərin hərəkətini əks etdirən dövriyyə cədvəlləri tərtib edilir. Audit dövründə auditor ilin sonunda keçirilən əsas vəsaitlərin inventarizasiyasının materiallarını yoxlamalıdır. Onun düzgün keçirilib-keçirilmədiyini yoxlamalı, əsas vəsaitlər üzrə artıq və əskik gəlmənin mühasibat uçotunda düzgün əks etdirilməsini nəzərdən keçirməlidir. Auditor uçotun düzgün aparılmasına tam əmin olduqda, audit seçmə üsulu ilə apara bilər. lakin ciddi çatışmazlıq aşkar edildikdə audit başdan-başa aparılmalıdır.
Audit inventar vərəqələrində əsas vəsaitlərin düzgün və vaxtında təmir olunduğu barədə qeyd yazılmasına fikir verməlidir. Bu onunla əlaqədardır ki, bazar iqtisadiyyatı dövründə hər müəssisə və təşkilat əmlak vergisinin ödəyicisidir. Bu baxımdan bütün əsas vəsaitlərin uçota alınması ən əsas və vacib şərtlərdən biridir.
Auditor əsas vəsaitlərin yenidən qiymətləndirilməsinə fikir verməli və qiymətləndirmə aparan zaman əmsaldan düzgün istifadə olunub-olunmadığını yoxlamalıdır. Əmsaldan düzgün istifadə edilmədikdə, əsas vəsaitlərə amortizasiya hesablanan zaman müassisənin xərci süni surətdə artırılıb azaldıla bilər. Bu baxımdan qiymətləndirmənin düzgün aparılmasının böyük əhəmiyyəti vardır. Əsas vəsaitlərin hərəkətinin auditi zamanı onların məqsədyönlü alınmasına və tikilməsinə, vaxtında və düzgün sənədləşdirilməsinə və qiymətin reallığına fikir verilməlidir.
Əsas vəsaitlərin məqsədyönlü alınması və tikilməsi istehsalatın tələblərindən irəli gəlir və onların düzgün istifadəsindən çox şey asılıdır.
Əsas vəsaitlərinvaxtında və bütövlükdə 01 №-li “Əsas vəsaitlər” hesabına mədaxil edilməsi ilkin sənədlərlə müəyyən edilir. Əgər əsas vəsait vaxtında mədaxil edilməsə amortizasiya düzgün hesablanmayacaq.
Nizamnamə kapitalına pay şəklində qoyulan əsas vəsaitlərin vaxtında mədaxil edilmısinə auditor fikir verməlidir.
Əsas vəsaitlərin qiymətlərinə də diqqət yetirilməlidir. Bu ondan ötrü lazımdır ki, bir qayda olaraq, yeni əsas vəsaitlər müəssisə və təşkilatlara mədaxil edilən zaman ilkin qiymətlə uçota alınmalıdır.
İstifadə olunmuş əsas vəsaitlər alınan zaman alındığı qiymətlə uçota götürülür və buna daşınma, quraşdırma xərcləri əlavə edilir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə