1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə15/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   11   12   13   14   15   16   17   18   ...   128

 

 

44 



sili  (formalaşması)  haqqında”  əsərində  əks  etdirmişdir.  Mark 

Fabi Kvintilian natiqlik sənətini 5 hissəyə ayırıb nitq üçün söz 

və  ifadələrin  seçilməsini,  yadda  saxlanılmasını  və  ifadə 

olunmasını  (yüksək,  orta  və  aşağı  üslubda)  başlıca  şərt  kimi 

irəli sürürdü. O, nitq mədəniyyətinə gətirdiyi yenilikləri böyük 

sənətkarlıqla  özündən  neçə  əsr  əvvəl  yaşamış  Demosfenin  və 

Siseronun  adına  çıxaraq  yazırdı:  “Demosfendən  heç  bir  şeyi 

ixtisar etmək, Siserona isə heç bir şeyi əlavə etmək olmur” . 

 

Sonrakı  əsrlərdə  Fransa,  Almaniya,  İtaliya,  İngiltərə, 



İspaniya antik mədəniyyətin bütün incəliklərini Roma məktəbi 

vasitəsilə əldə edib yeni dövrlə əlaqələndirməyə başladılar. 12-

ci əsrdə İngiltərənin Oksford, 13-cü əsrdə Fransanın Sorbon və 

İtaliyanın  Boloniya  Universitetlərində  natiqlik  sənətinə  aid 

mühazirələr oxunurdu.  

VII  əsrdə  İslam  dininin  meydana  gəlməsi  ərəb  mədəniy-

yətinin inkişafında xüsusi mərhələ sayılır. Məhz bu əsrdə ərəb 

ədəbiyyatı,  ərəb  musiqisi,  ərəb  elmi  misli  görünməmiş  dərə-

cədə  inkişaf  etməyə  başladı.  Məkkədə  doğulmuş  Məhəmməd 

Peyğəmbər (570-632) Allahdan gələn vəhyləri (qeybdən gələn 

nidaları, cümlələri) əsl natiq kimi oxuduğu xütbələrdə insanlara 

çatdırır,  onları  qan  qohumluğu  ilə  deyil,  dini  inanc  əsasında 

birləşməyə, bir olan Allaha ibadət etməyə, möminliyə çağırırdı. 

İki tayfaya bölünmüş məkkəlilər – tək bir Allaha inanan və ona 

ibadət  edən  Haşimilər  Məhəmməd  Peyğəmbərin  başçılığı  ilə 

Əbu Süfyanın rəhbərlik etdiyi Bəniüməyyəlilərə - bütpərəstlərə 

qarşı  illərlə  mübarizə  və  müharibələr  aparmışdılar,  müha-

ribələrdə çoxlu insan qırğınına  yol verilmişdi, çox sərkərdə və 

döyüşçü  itirilmişdi.  İnsanlar  Məhəmməd  Peyğəmbərin  yetkin-

lik  yaşında  nümunəvi  əxlaqına,  yüksək  tərbiyəsinə,  çox  ağıllı 

sözlər, fikirlər söyləməsinə, bəlağətli nitqlə danışmasına heyran 

qalırdı.  Həzrət  Məhəmmədə  40  yaşında  (609-cu  ildə)  Hərra 

dağında  peyğəmbərlik  verilmişdi.  Allahdan  ona  peyğəmbərlik 

və  islam  dinini  yaymaq  əmri  gəlmişdi.  “Bir  tək  Allah  var  və 

mən də  onun ən sonuncu rəsuluyam”  – deyən Həzrət  Məhəm-



 

 

45 



məd  Peyğəmbər  bütün  bəşəriyyəti  tək  Allahlığa,  İslam  dininə, 

Allahın  vacib  əməllərindən  olan  Məkkəyə  Həcc  ziyarətinə, 

Ramazan ayında oruc tutmağa, gündə üç (beş) dəfə namaz qıl-

mağa, fitrə-zəkat verməyə, kasıblara əl tutmağa, yetimlərə arxa 

olmağa,  haram  yeməməyə,  yalan  danışmamağa,  düzgün  bir 

müsəlman  kimi,  insanlarla  mehriban  olmağa,  müharibələrə 

deyil sülhə, Allaha ibadət etməyə çağırırdı.  

Məhəmməd  Peyğəmbər  616-cı  ildə  İslam  (İtaətetmə)  di-

nini yaradaraq güclü bir natiq kimi müsəlmanları (İslam dininə 

inananları)  Allahın  kəlamlarına,  Qurani-Kərimin  hökmlərinə, 

şəriət qanunlarına tapınmağa dəvət edirdi.  

VII  əsrin axırlarında Əl-Fərabinin  ərəb poeziyası  əsasında 

tərtib  etdiyi  ritmik-melodik  modellərlə  “Qurani-Kərim”  ayələ-

rinin xüsusi avazla oxunması ərəb natiqlik sənətinin inkişafına 

böyük təkan verdi. Xüsusən, İslamın böyük ideoloqu, Peyğəm-

bərin  əmisi  oğlu  və  kürəkəni  (xanım  Fatimeyi-Zəhranın  əri) 

Həzrət  İmam Əli şəriət  haqqında xütbələri ilə özünü mahir bir 

natiq  kimi  tanıtmış,  656-661-ci  illərdə  müsəlman  dövlətinin 

başçısı  olduğu  dövrdə  İslam  dininə  böyük  şöhrət  gətirmişdi. 

Onun nəsihət və kəlamları indi də bütün dünyada məşhur olan 

“Nəhcül-Bəlağə” adlı kitabda toplanmışdır.  

Azərbaycanda  natiqlik  sənətinin  formalaşması  haqqında 

məlumatlara XI-XIII əsrlərdə  yazılmış məxəzlərdə rast gəlirik. 

Görkəmli  söz  ustaları  –  sənətkarlar,  vəzirlər  Azərbaycan-türk 

dilində  olmasa  da,  fars,  ərəb  dillərində  söz,  kəlam,  dil  haq-

qında,  təlim-tərbiyə  haqqında  ibrətamiz  fikirlər  söyləmiş, 

insanların ünsiyyətinə, danışığına, nitqinə, natiqliyə xüsusi yer 

ayırmış,  fəzilət  sahiblərinin  məntiqi  çıxışlarını  nümunə  kimi 

təqdim etmişlər. Belə sənətkarların cərgəsində İbn Sina (X əsr), 

Nizamül-Mülk  (1017-1092)  və  Xacə  Nəsirəddin  Tusinin 

(1201-1274) xüsusi yeri vardır.  

Nizamül-Mülk  səlcuq  sarayında  əvvəlcə  Alp-Arslanın, 

sonra  Məlik  şahin  vəziri  olmuş,  “Siyasətnamə”  əsərində  söz-

kəlam-dil haqqında öz fikir və nəsihətlərini toplamışdır. 




 

 

46 



Loğman adı ilə Şərqdə məşhur olan İbn Sina yazırdı: “Hər 

iki  dünyada  xoşbəxt  olmaq  istəyirsənsə,  özünü  anla.  Oxuyub 

öyrənməyə çalış ki, bilən ilə bilməyən bir deyildir. Tənbəl ol-

ma ki, bu, bədbəxtlik əlamətidir. Dosta gülər üz göstər və yax-

şılıq  et.  Danışıq  arasında  kimsəni  utandırma.  Yaxşı  sözləri, 

mənfəətli  danışıqları  eşitməyə  rəğbət  et.  Gözəl  kitablar  və 

məcmuələr oxumağa adət et. Əvvəl  fikirləş, sonra danış. Yox-

sullara kömək et.  Sözündə, işində,  gedişində doğru ol.  Xalqın 

könlünü xoş tutmağa çalış. Sənin yaxşılığını istəyənləri tanıyıb, 

onların gözəl nəsihətlərinə əməl et. Bacarmadığın bir şey üçün 

bacararam  deyib  vəd  vermə.  Bir  işə  başlayanda  əvvəl  onun 

axırını fikirləş. Axırı pis qurtaracaq bir işi başlama. Oxumağa 

və  öyrənməyə  həvəs  et.  Çünki  uşaqlıqda  öyrəndiyin  işlər 

həmişə  yadında  qalacaqdır.  Bu  gün  görə  biləcəyin  işi  sabaha 

saxlama. Bir işə çətin deyib, ondan qorxma, çünki işin çətin tə-

rəfi  yalnız  başlamaqdır.  Başlanan  iş  çox  asanlıqla  tamam  olur 

(Abdullayev  N.,  Qurbanov  V.  Azərbaycan  dili.  Təlimi  rus  di-

lində olan məktəblərin 9-cu sinfi üçün dərslik. Bakı, 2005, səh. 

107). 

Xacə  Nəsirəddin  Tusi  XIII  əsrin  böyük  filosofu,  riyaziy-



yatçısı,  astronomu  kimi  Şərqdə  özünə  böyük  şöhrət  qazandır-

mışdır.  O,  binom  düsturunun  həllini  Nyutondan,  maddə  çəki-

sinin  saxlanması  qanununu  M.Lomonosovdan  çox-çox  əvvəl 

kəşf  etmiş,  bir  sıra  astronomik  tapıntıların  müəllifi  olmuşdur. 

Tusi əxlaq qaydalarına və natiqlik sənətinə aid “Əxlaqi-Nasiri” 

(Nasirin  əxlaqa  aid  fikirləri)  əsərində  (1234-cü  il)  natiqin 

nitqinə,  nitq  mədəniyyətinə  belə  tələblər  qoyurdu:  “İnsan  çox 

danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqası-

nın nağıl etdiyi hekayət və ya rəvayəti bilirsə, bunu üzə vurma-

malı  və  onun  danışıb  qurtarmasına  imkan  yaratmalıdır.  Baş-

qasından soruşulana cavab verməməli, ümumidən edilən sualda 

başqalarını  qabaqlayıb  tələsik  irəli  düşməyə  çalışmamalıdır. 

Biri  cavab  verməklə  məşğul  isə,  daha  qabil  cavab  verməyə 

qadir  olsa  da  səbr  etməli,  o,  sözünü  qurtardıqdan  sonra  öz 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə