1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə11/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   7   8   9   10   11   12   13   14   ...   128

 

 

32 



yəndəlikləri  ilə  yazışmalar  dövlət  dilində  və  ya  Azərbaycan 

dilinə tərcümə olunmaqla müvafiq xarici dildə aparıla bilər.  

Azərbaycan  Respublikasının  ərazisində  təsis  edilən  və  fə-

aliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq bütün 

televiziya  və  radio  yayımları  dövlət  dilində  aparılır.  Bütün 

televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəm-

məl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır.  

Eyni  zamanda  bütün  xidmət  sahələrində,  reklam  və  elan-

larda  dövlət  dili  işlənilir  (Azərbaycan  Respublikasının 

Konstitusiyası. Dərslik, Bakı, 2014, səh.31).  

Azərbaycan dilinin dövlət dili statusu almasında XX  əsrin 

90-cı  illərində  SSRİ-də  baş  vermiş  hadisələrin də  mühüm rolu 

olmuşdu. Belə ki, Sovet imperiyasının dağılmasının əsası Sovet 

İttifaqı  Kommunist  Partiyasının  1985-ci  ildə  keçirilən  mart 

plenumunda  qoyuldu.  Məhz  bu  plenumdan  sonra  sovetlər 

daxilində  birləşdirilmiş  xalqlar  sanki  yuxudan  ayıldılar,  illərlə 

vətənpərvər, qabaqcıl ziyalıların, şair və yazıçıların, elm və sə-

nət  adamlarının  öz  milli  azadlıqları,  suverenlikləri  uğrunda 

apardıqları  mübarizə  yeni  məcraya  yönəldi,  xalqlar  qul  psi-

xologiyasından azad olmağın vaxtı çatdığını başa düşdülər, öz 

mili  dilləri,  yazıları,  mədəniyyətləri  uğrunda  mübarizəyə  atıl-

dılar. Bu xalqların içərisində Azərbaycanlılar daha öncül möv-

qe tuturdular. Belə bir siyasi şəraitdə Azərbaycan Respublikası 

Ali  Sovetinin  1988-ci  il  18  avqust  və  23  sentyabr  tarixli 

qərarları  dilimizin  hörmətini  qaldırmağa  yönəlmiş  ilk  ciddi 

addımlar oldu. 

Azərbaycan xalqı 1990-cı ilin 20 yanvarında qanına qəltan 

olsa  da,  böyük  faciələrlə  üzləşərək  torpağının  20  faizini  itirsə 

də, bir milyona yaxın soydaşı öz ev-eşiyindən, öz əzəli torpaq-

larından  didərgin  düşsə  də  Azərbaycan  Respublikası  Ali 

Sovetinin  1991-ci  il  avqustun  30-da  qəbul  etdiyi  “Azərbaycan 

Respublikasının  dövlət  müstəqilliyinin  bərpası  haqqında”  bə-

yannaməsi xalqımızın siyasi mübarizəsinin yekunu oldu. Azər-

baycan  Respublikası  öz  dövlət  müstəqilliyini  bərpa  etdikdən 




 

 

33 



sonra Azərbaycan dilinin inkişaf etdirilməsi yolunda yeni dövr 

açıldı.  Azərbaycan  dilinin  rəsmi  dövlət  dili  statusu  məsələsi 

artıq  1992-ci  ilin  dekabrında  Azərbaycan  Respublikası  Milli 

Məclisində  müzakirə  olundu  və  dilimizin  adının  1936-cı  ilə 

qədər işləndiyi kimi -“türk dili” adlandırılması qərara alındı. 

Lakin Azərbaycan dilinin respublikamızda tam səlahiyyətli 

dil olmasını, dövlət dili statusu almasını, şəriksiz rəsmi dil kimi 

işlədilməsini  ulu  öndər  Heydər  Əliyev  reallaşdırıb  həyata  ke-

çirdi.  O,  hakimiyyətə  ikinci  dəfə  gəlişindən  sonra  Konstitusi-

yanın  qəbulu  zamanı  müzakirələrdə  öz  çıxışlarında  dilimizin 

adının  təsbit  olunmasında  və  dövlət  dili  statusu  almasında 

çevik siyasət yeritdi. Dilimizin adının 1936-cı ildən “Azərbay-

can  dili”  adlandırılmasına  rəğmən  onun  bu  şəkildə  adlandırıl-

masını  düzgün  hesab  etdi.  Çünki  xarici  ölkələrdə  “türk  dili” 

termini  altında  ancaq  Türkiyə  dövlətinin  rəsmi  dili  başa 

düşülürdü  və  onlar  ikinci  türk  dilini  tanıyıb  qəbul  etmək  istə-

mirdilər.  Bu  məlum  həqiqəti  nəzərə  alaraq,  eləcə  də  50  ildən 

artıq  bir  müddətdə  bütün  dünyada  “Azərbaycan  dili”  altında 

tanınmış  dilimizin  elə  bu  adda  işlənməsini  şair  və  yazıçılar, 

dilçi  alimlər,  elm  və  ictimai  xadimlər,  ümumən  bütün 

ictimaiyyət  müsbət  qarşıladı  və  Heydər  Əliyevin  mövqeyini 

dəstəklədilər.  Adamlar  bu  məsələni  Konstitusiya  komissiya-

sında,  kütləvi  informasiya  vasitələrində,  müxtəlif  elmi  forum-

larda,  yığıncıqlarda,  idarə,  təşkilat  və  müəssisələrdə  hərtərəfli 

müzakirə edərək dövlət  başçısı, çox hörmətli  prezident H.Əli-

yevin  təklif  etdiyi  variantı  –  “Azərbaycan  dili”nin  tərəfdarı 

olduqlarını  bildirdilər  və  həmin  il  noyabrın  12-də  keçirilən 

ümumxalq  referendumunda  Azərbaycan  Respublikasının 

dövlət  dilinin  Azərbaycan  dili  olması  müdəası  qəbul  olundu. 

Beləliklə, ölkəmizin, dövlətimizin, xalqımızın adi dilimizin adı 

üçün  də  əsas  götürüldü  və  1992-ci  ilin  30  dekabrında  Azər-

baycan Milli Məclisində qəbul olunmuş və sənədlərdə, dərslik-

lərdə  öz  əksini  tapmış  “türk  dili”  adı  “Azərbaycan  dili”adı  ilə 

əvəzləndi. Məhz bundan sonra dilimiz böyük ictimai-siyasi nü-




 

 

34 



fuz qazandı, siyasi, iqtisadi, sosial, mənəvi-ideoloji həyatımızın 

bütün sahələrində işlənməyə başladı. 

Söz  ehtiyatının  artırılması  və  fəal  nitq  vahidinə  çevrilmə-

sinin ilkin vasitələrindən biri bədii, ictimai-siyasi və publisistik 

ədəbiyyatın  mütaliəsindən  ibarətdir.  Rabitəli  cümlələrdən  iba-

rət  mətnləri,  bədii  əsərlərdən  götürülmüş  parçaları  mütaliə 

etmədən,  hər  dərsdə  öz  nitqinə  yeni  leksik  və  frazeoloji  ma-

teriallar daxil etmədən dili öyrənmək isə çox çətindir. 

İstər  Azərbaycan  yazıçılarının  həyat  və  yaradıcılığına  aid 

esselər,  şifahi  xalq  yaradıcılığına  aid  sənət  nümunələri,  istərsə 

də  bədii  ədəbiyyatdan  götürülmüş  parçalar  tələbələrin  bədii, 

elmi,  siyasi  dünyagörüşünü  genişləndirir,  onların  vətənpərvər-

lik  hisslərini  daha  da  gücləndirir.  Əbəs  deyildir  ki,  “vətənpər-

vərlik ana dilindən başlanır” deyirlər.  

Azərbaycan dilini, bu dilin incəliklərini gənc nəslə öyrədən 

müəllim  xalqımızın  ən  məşhur  şair  və  yazıçıları  kimi  bədii 

dilin  obrazlı,  emosional  nümunələrinə  dərindən  yiyələnməklə 

hər  bir  dərsdə,  praktik  məşğələ  və  mühazirədə,  söhbət  və  mü-

sahibələrdə elə səlis, ifadəli və rəvan danışmalıdır ki, özünü əsl 

natiq  kimi  sevdirməklə  yanaşı  müqəddəs  ana  dilimizi  də  sev-

dirməli,  dilimizin  mənimsənilməsinə,  dərindən  öyrənilməsinə 

xidmət göstərmiş olsun. Bəli, müəllim şair və nasir kimi gözəl, 

ifadəli,  obrazlı  danışmağı,  natiqlər  kimi  bəlağətli,  pafoslu  nitq 

söyləməyi, bədahətən, sinədəftər söz deməyi bacarmalı, danışıq 

dilimizi  zənginləşdirməli,  danışıq  dili  ilə  ədəbi  dil  arasında 

canlı  körpü  yaratmalı,  dilimizin  müasir  elmi  fikirləri  də  ifadə 

etməyə qadir olduğunu nümayiş etdirməlidir. 

Biz  tələbələrdə  mütaliəyə  həvəs  oyatmaq  üçün  xalqımızın 

əsrlər boyu yaratdığı zəngin məzmunlu dastanları, zərb-məsəl-

ləri,  nağıllarımızı,  hekayələrimizi,  atalar  sözlərini,  məsəlləri, 

aforizmləri, şifahi xalq ədəbiyyatının başqa nümunələrini  yük-

sək  səviyyədə  çatdırmalı,  xalq  həyatını,  xalq  dilini  özündə 

ehtiva  edən  bədii  sənət  nümunələrini  gənc  nəslə  estafet  kimi 

ötürməliyik. Biz eyni zamanda öz dilimizdə elə təmiz, cazibəli, 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə