1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə7/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   2   3   4   5   6   7   8   9   10   ...   128

 

 

20 



əvvəllərində  “Molla  Nəsrəddin”  jurnalının  nəşri  (1906-1931), 

Ü.Hacıbəylinin Şərqdə ilk operası (“Leyli və Məcnun” – 1908) 

və digər operettalarının səhnəyə qoyulması, neçə-neçə jurnal və 

qəzetin işıq üzü görməsi, 1905-ci ildən sonra müasir məktəblə-

rin açılması, məktəblərin tədris planına ana dilimizin salınması, 

neft  sənayesinin  inkişafı,  Hacı  Zeynalabdin  Tağıyev,  Ağa 

Musa  Nağıyev  kimi  xeyriyəçilərin  ölkənin  inkişafına  sərmayə 

qoyması və s. xalqımızın tanınmasında yeni mərhələ olmuşdur.  

Bu dövrdə görkəmli alimlər, şair, yazıçı, bəstəkar, jurnalist 

və  siyasi  xadimlər  dilimizin  saflığının  qorunması,  dövlət  ida-

rələrində  yer  alması,  rus,  fars  və  türk  dillərinin  təsirindən  qo-

runması, tədris ocaqlarında təlimin yaxşılaşdırılması, ölkəmizin 

mədəni,  elmi  potensialının  artırılması  və  s.  kimi  məsələlərlə 

əlaqədar geniş müzakirələr aparırdılar, xalqımızın varlığı üçün 

dilin rolunun artırılmasını önə çəkirdilər. Siyasi xadimlər azər-

baycançılıq-türkçülük, islamçılıq və müasirlik üzərində qurula-

caq ölkə ideyasını əsaslandırırdılar.  

1917-ci il fevral-burjua, ardınca oktyabr sosialist inqilabla-

rının  nəticəsində  Rusiya  imperiyasının  çökməsindən  istifadə 

edib öz milli hökumətlərini quran xalqlardan biri də Azərbay-

can xalqı oldu. Azərbaycanın siyasi xadimləri M.Ə.Rəsulzadə, 

F.Xoyski,  Ə.Topçubaşov,  N.Yusifbəyli  və  başqaları  1918-ci 

ilin  mayın  28-də  türkçülük,  islamçılıq  və  müasirlik  ideyaları 

üzərində  bərqərar  olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

müstəqilliyini elan etdilər.  

“Torpaq,  uğrunda  ölən  varsa,  vətəndir”  devizini  həyat 

amalına çevirən AXC-nin qəbul etdiyi müstəqillik aktı ölkənin 

daxili və xarici  siyasətini  müəyyənləşdirən böyük siyasi  sənəd 

oldu. Dövlət öz ərazisində yaşayan bütün xalqların (ermənilərin 

də)  hüquqlarının  təminatının  qarantı  olacağını  öhdəsinə 

götürdü.  AXC  bütün  qonşu  dövlətlərlə-ərazi  problemləri 

olmasına  baxmayaraq  İran,  Ermənistan,  Gürcüstan  və  Rusiya 

ilə  xoş  məramlı  qonşuluq  əlaqələri  yaratmaq  niyyətini  bəyan 

etdi.  AXC  hökuməti  ərazilərimizin  bütövlüyünün  qorunma-




 

 

21 



sında böyük fədəkarlıq göstərmiş və Rusiya imperiyasına ilhaq 

edilmiş  torpaqlarımızı  bir  respublika  daxilində  birləşdirdi, 

ölkənin  dağılmış  sənayesini  bərpa  və  inkişaf  etdirdi,  çar  or-

dusunda uzun müddət xidmət etmiş azərbaycanlı generalların – 

Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin böyük təcrü-

bəsi  sayəsində  30  minlik  ordu  yaratdı,  ana  dilində  ali  və  orta 

məktəblər  açdı.  Torpaq  haqqında  qanunu  qəbul  etdi,  bir  çox 

dövlətlə  diplomatik  münasibətlər  qurdu,  dövlət  orqanlarının 

fəaliyyət  və  təşkilat  prinsiplərini,  vətəndaşların  hüquq  və 

vəzifələrini müəyyən edən konstitusiyanı hazırladı. Milli Məc-

lisə deputat seçkisi keçirildi (rus, erməni, gürcü nümayəndələri 

də  daxil  olmaqla),  rəsmi  dövlət  dili  (türk  dili  adı  ilə)  kons-

titusiyada təsbit olundu,  dövlət himnini, gerbini təsdiq etdi, öz 

milli valyutasını dövrəyə buraxdı və s.  

1918-ci  il  noyabrın  9-da  mavi,  qırmızı  və  yaşıl  zolaqlı, 

üzərində ağ rəngli aypara ilə səkkizguşəli ulduz (xoşbəxtlik və 

əbədiliyi ifadə edən ay və günəşin simvolları) təsviri olan bay-

rağı dövlətimizin müstəqillik rəmzi kimi qəbul etdi.  

Dövlət bayrağındakı mavi rəng türk milli mədəniyyətinin – 

türkçülüyün,  qırmızı  rəng  Avropa  demokratiyasının  –  müasir-

liyin,  yaşıl  rəng  isə  islam  dəyərlərinin  simvolu  kimi  diqqəti 

cəlb  edir.  İndi  Azərbaycan  Respublikasının  prezidenti  seçilən 

şəxs andiçmə mərasimində Dövlət bayrağı qarşısında diz çöküb 

onu  öpür,  sonra  ölkə  konstitusiyasına  və  müqəddəs  Qurani-

Kərimə  əl  basaraq  Azərbaycan  xalqının,  Azərbaycan  Respub-

likasının  müstəqilliyini,  suverenliyini,  ərazi  bütövlüyünü 

qoruyacağına,  demokratik  dəyişiklikləri  dəstəkləyib  həyata 

keçirəcəyinə,  ölkəmizin  qabaqcıl  dünya  dövlətləri  içərisində, 

dünya  birliyində  ləyaqətli  yer  tutmasına  çalışacağına,  xalqı-

mızın  milli-mənəvi  dəyərlərinə  sadiq  qalaraq  ümummilli  ənə-

nələrimizin yaşamasına təminatçı olacağına and içir.  

1920-ci  ilin  28  aprelində  rus  qoşunları  Azərbaycana  yeri-

dildi. AXC-nin süqutundan sonra onun üçrəngli bayrağı fəhlə -

kəndlilərin rəmzi olan oraq-çəkicli qırmızı bayraqla  əvəzləndi, 




 

 

22 



dövlət  “Sovet  Sosialist  Respublikası”  adlandırıldı.  Doğrudur, 

dilimizin  adına  toxunulmadı,  yəni  türk  dili  adı  ilə  saxlanıldı, 

amma konstitusiyada təsbit olunmadı.  

Sovet dönəmində torpaqlarımızın bir hissəsi mərkəzi höku-

mətin  –  Moskvanın  əli  ilə  Ermənistana,  Gürcüstana,  Rusiyaya 

(Dağıstana)  “pay”  verildi.  114  min  kvadrat  kilometrlik  ərazi-

miz  86  min  kv  km-ə  qədər  azaldıldı.  Lakin  xalqımız  azərbay-

cançılığın  ideologiyasından,  onun  tərkib  hissəsi  olan  müstəqil 

dövlətçilik ideyasından heç vaxt əl çəkməmiş, üç təməl – türk-

çülük,  islamçılıq  və  müasirlik  üzərində  dayanan  dövlət 

ideyasını bu və  ya digər şəkildə, bədii və publisistik yazılarda 

qorumağa  çalışmış,  xalqımızın  qan  yaddaşından  silinməyə 

qoymamışlar. Söz sənətkarları müxtəlif şəraitlərdə çıxışlarında, 

üstüörtülü  olsa  da  bədii  yazılarında  xalqımızın  müdrikliyini, 

mənəvi  dünyamızı,  xalqımızın  tale  yüklü  məsələlərində 

yenilməz əqidə və iradə  rəmzinə çevrilmiş Tomrisi, Cavanşiri, 

Babəki, Koroğlunu, Qaçaq Nəbini, Cavad xanı xatırladır, ərəb, 

fars, erməni və rus basqılarını, müharibələri, talanları qan yad-

daşımıza  çevirir,  vətəndaşlarımızı,  bütün  dünyaya  səpələnmiş 

soydaşlarımızı  fəlakətlərdən,  aşağılanmaqdan  xilas  etməyin 

yolları haqqında düşünməyə və birləşməyə çağırırdılar.  

Azərbaycan  xalqı  uzun  əsrlər  boyu  işğalçı  yadellilərin  hi-

mayəsi  altında  yaşamalı  olmuşdur.  Azərbaycan  dili  XVI  əsrin 

əvvəllərində (1501-ci ildən) Səfəvilər hakimiyyəti zamanı Şah 

İsmayıl Xətainin 25 illik şahlığı dövrünü, 1918-1920-ci illərdə 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  23  aylıq  tarixini  nəzərə 

almasaq  dövlət  dili  səviyyəsinə  yaxınlaşsa  da,  xalqımız  ərəb, 

fars  və  rus  hökmranlığı  altında  yaşadığına  görə  dövlət  dili  ola 

bilməmişdir.  Dilimiz  ədəbi-bədii,  ailə-məişət  və  danışıq  üslu-

bları  səviyyəsindən  yuxarı  qalxa  bilməmiş,  öz  arzu  və  istək-

lərini, qəlb dünyasından tutmuş adi məişət qayğılarına qədər bu 

dildə  ifadə  etsə  də,  elmi  üslubda,  “Əkinçi”  qəzetinin  nəşrə 

başlamasına  və  milli  teatrın  meydana  gəlməsinə  qədər  pub-

lisistik,  rəsmi  –  kargüzarlıq  və  natiqlik  (ictimai-siyasi,  diplo-




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə