1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə6/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   2   3   4   5   6   7   8   9   ...   128

 

 

17 



 

 

AZƏRBAYCAN DİLİ 

 

Azərbaycan dilinin məişət dili, danışıq dili səviyyəsindən 

müasir ədəbi dil, rəsmi dövlət dili statusuna qədər keçdiyi 

ictimai-tarixi şərait 

 

Azərbaycan mənim elim,  



Azərbaycan mənim dilim. 

Doğransam da dilim-dilim

Mənim dilim ölən deyil,  

Mənim elim ölən deyil. 

 

Azərbaycan  dili!  Azərbaycan  xalqının  danışdığı  dil.  Azər-



baycançılığın  əsas  və  birinci  komponenti.  Analarımız  bizə  bu 

dildə layla çalmış, bu dildə bayatılar, mahnılar, nəğmələr, şeirlər 

oxumuş, dilimizi öz dodaqlarından bizə vermiş, onu öyrənməyə 

öyrətməyə, sevdirməyə çalışmışlar. Mahnıda deyildiyi kimi dilin 

daşıyıcıları  –  Azərbaycanlılar  yaşayırlarsa,  vətən  də  olacaq, 

dilini sevən xalqın özü kimi dili də ölümsüzlük qazanacaq, milli 

varlığımızın əsas amili əbədi yaşayacaq. Azərbaycan dili! 

Ana dili! Nə qədər rəfiq və nə qədər ürək hissləri oyandı-

ran bir kəlmə! Nə qədər möhtəşəm, müqəddəs, nə qədər uca bir 

qüvvə! 


Ana dili! Bir dil ki, mehriban bir vücudda öz məhəbbətini, 

ana şəfqətini sənə o dildə bəyan edibdir. Bir dil ki, sənə beşik-

dəykən bir lay-lay şəklində öz ahəng və lətafətini eşitdirib, ru-

hunun ən dəruni güşələrində nəqş bağlayıbdır. Bir dil ki, həyat 

və  kainat  haqqında  ilk  əvvəl  bu  dil  sayəsində  bir  fikir  hasil 

edibsən.......  Azərbaycanlı  balası  heç  vaxt  razı  olmaz  ki,  ana 

dilinə xəyanət etsin” (Nəriman Nərimanov). 

“Millətimizi  sevmək  üçün  ən  irəli  dilimizi  sevməliyik. 

Həm də elə eşq ilə sevməliyik ki, heç bir şey ona əngəl ola bil-



 

 

18 



məsin.  Məhəbbətlərimizin  ən üst  qatına dil məhəbbətini  çıxar-

malıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs bor-

cu olmalıdır. A canım, biz özümüzü  bilməsək, öz dilimizi bə-

yənməsək, kim bizə hörmət edəcək?” (Ömər Faiq Nemanzadə).  

“Hər  millətin  özünəməxsus  ana  dili  var  ki,  onun  məxsusi 

malıdır.  Ana  dili  millətin  mənəvi  diriliyidir,  həyatının  mayəsi 

mənziləsindədir.  Ananın  südü  bədənin  mayəsi  olduğu  kimi, 

ananın  dili  də  ruhun  qidasıdır.  Hər  kəs  öz  anasını  və  vətənini 

sevdiyi  kimi,  ana  dilini  də  sevir.  Bu  Allah-təalanın  gözəl  ne-

mətlərindən  birisidir,  onu  əziz  və  möhtərəm  tutmaq  hər  kəsə 

borcdur” (Firidun bəy Köçərli. “Ana dili haqqında” məqaləsi).  

Bizim ana dilimiz! Biz azərbaycanlıların doğma dili! 

Ümumitəhsil  məktəblərində  tədris  olunan  “Azərbaycan 

dili”,  “Ədəbiyyat”,  “Azərbaycan  tarixi”,  “Azərbaycanın  fiziki 

coğrafiyası”,  “Azərbaycan  Konstitusiyası”  və  başqa  fənn 

dərslikləri aşağı  siniflərdən başlamış  məktəb illəri sona  yetənə 

qədər  bizə  Azərbaycan  haqqında,  azərbaycançılıq  haqqında, 

dilimiz,  dinimiz  haqqında,  türkçülük  və  müasirlik  haqqında 

zəngin məlumat verir. Azərbaycan radiosu, televiziya kanalları, 

internet  şəbəkəsi,  müxtəlif  markalı  əl-cib  telefonları,  mətbuat 

və s. bu ruhda uşaqlardan tutmuş yaşlı nəslin nümayəndələrinə 

qədər  hamını,  hətta  xarici  ölkələrdən  gəlmiş  insanları  da 

Azərbaycançılıq üzərində kökləyir.  

Xalqımızın  milli  ruhunun daşıyıcısı olan  Azərbaycan dili, 

Azərbaycanda  yaşamış qədim türkdilli tayfalar, onların folklor 

üslubunda  ədəbiyyatı  və  mədəniyyəti,  xalqımızın  soykökü  və 

dilimizin  mənşəyi,  Azərbaycan  türklərinin  yaşadıqları  ərazilər 

haqqında  ilkin  məlumatlara  leksikoqraf  alim  Mahmud  Kaş-

ğarinin  1072-ci  ildə  yazdığı  “Divanü  luğatit-  türk”  adlı  üç 

cildlik  lüğətində  rast  gəlirik.  Akademik  Ziya  Bünyadovun 

“Azərbaycan  VII-IX  əsrlərdə”  kitabında  (Bakı-1989,  səh.174) 

xalqımızın  və  dilimizin  mənşəyi  haqqında  geniş  tarixi  mə-

lumatlar verilmişdir. “Azərbaycan” sözü  ərazi  vahidi kimi  hə-

mişə  işlək  olmuşdur,  lakin  “Azərbaycan  dili”  əvəzinə  “ana 

dili”, “türk dili” terminləri işlədilmişdir.  



 

 

19 



Türk dilləri ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan 

dilinin  tarixi  miladdan  əvvəlki  dövrlərə  gedib  çıxır.  Ayrı-ayrı 

türk  qəbilələrinin  ümumi  anlaşma  vasitəsi  olan  dilimiz  IV-V 

əsrlərdən artıq danışıq dili kimi fəaliyyət göstərmişdir. Aqqlü-

tinativ  (iltisaqi)  quruluşa  malik  bu  dil  şifahi  şəkildə  yayılan 

ilkin  ədəbiyyat  nümunələri  –  dastanlar,  nağıllar,  bayatılar, 

laylalar,  sayaçı  sözləri,  holavarlar  və  s.  şəklində  Azərbaycan 

ədəbi  dilinin  erkən  formalaşmasına  zəmin  yaratmışdır  və  bu, 

həm də onu sübut edir ki, dilimiz V-IX əsrlərdə ümumxalq dili 

kimi tam formalaşmışdı.  

“Kitabi-Dədə Qorqud” eposunun (VII-XI əsrlər) meydana 

çıxması göstərir ki, Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq 

mərhələsi keçmişdir. XIII əsrdə İzzəddin Həsənoğlunun qəzəl-

ləri  ilə  özünün  varlığını  nümayiş  etdirən,  sonralar  Qazi 

Bürhanəddin (1344-1398), İmadədin Nəsimi (1369-1417) kimi 

söz sənətkarlarının əsərlərində daha da cilalanmışdır. 

Azərbaycan  dili  Ş.İ.Xətainin  (1487-1524),  M.Füzulinin 

(1494-1556),  aşıq  ədəbiyyatının  qüdrətli  nümayəndəsi  Aşıq 

Qurbaninin  əsərlərində  özünün  yeni  zirvəsinə  ucalmışdır. 

XVIII  əsrdə  xalq  şeirinin  inkişafı  ədəbi  dilimizdə  sadəliyə 

meyli gücləndirmiş, M.P.Vaqifin (1717-1797) və ardıcıllarının 

yaradıcılığında  yeni  inkişaf  mərhələsinə  qədəm  qoymuşdur. 

XIX  əsrin  II  yarısında  M.F.Axundzadə  Azərbaycan  dilində 

yazdığı altı komediyası ilə (M.F.Axundzadə. Əsərləri, Üç cild-

də, I cild. “Şərq-Qərb” nəşriyyatı, Bakı-2005) təkcə ölkəmizdə 

deyil,  eləcə  də  bütün  Yaxın  Şərqdə  dram  janrının,  “Aldanmış 

kəvakib”lə realist nəsrin əsasını qoymuş, “Kəmalüddövlə mək-

tubları”  ilə  tənqidşünaslığın,  əlifba  islahatına  aid  yazışmaları 

ilə  elmi-fəlsəfi  fikrin  formalaşmasında,  xalqımızın  maariflən-

məsi  məsələlərində  çox  əhəmiyyətli  yer  tutmuşdur.  Beləliklə, 

M.F.Axundzadənin  bədii,  elmi,  fəlsəfi  və  tənqidi  əsərləri, 

“Əkinçi”  qəzetinin  nəşrə  başlaması  (1875-1877),  milli  teatrın 

meydana gəlməsi dilimizin inkişafına, xalqımızın dünya sivili-

zasiyasına  yaxınlaşmasına  yeni  imkanlar  açmışdır.  XX  əsrin 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə