1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə4/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   2   3   4   5   6   7   8   9   ...   128

 

 

11 



dadır.  Əvvəllər  “mədəni”  anlayışı  şəhərdən  uzaqda  yaşayan, 

hərəkəti, davranışı, eləcə də danışığı, nitq qabiliyyəti hələ istə-

nilən  qədər  formalaşmayıb  müəyyən  ölçüyə,  əndazəyə  uyğun 

olmayan insanlara qarşı, şəhərdə  yaşayanların danışığı bədəvi-

lərin, ucqarlarda yaşayanların nitqinə qarşı qoyulurdu. Deməli, 

uzun əsrlərdən bəri birgə yaşayış nəticəsində şəhərdə yaşayan-

ların - şəhər adamlarının hərəkəti, davranışı, danışığı həyat şə-

raitinə uyğun olaraq sürətlə formalaşıb ucqarlarda yaşayankıla-

ra nisbətən daha mədəni hesab olunmuşdur. 

İndi mədəniyyət mədəniyyətsizliyə qarşı deyil, həm şəhər-

də, həm də kənddə yaşayan bütün mədəni adamlara, ictimai və 

mənəvi həyatda, birgə yaşayışda özünü nümunəvi göstərənlərin 

hamısına aiddir. Ona görə də, “mədəni” sözü indi: a) “mədə-

niyyətcə  çox  inkiçaf  etmiş,  mədəniyyətin  yüksək  pilləsində 

olan”; b) “cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydala-

rına yaxşı bələd olan”; tərbiyəli; c) “mədəniyyətlə bağlı olan” – 

mənalarında işlənir. “Mədəniyyət” sözü isə: 1) “insan cəmiyyə-

tinin  istehsal  sahəsində,  ictimai  və  mənəvi  həyatda  əldə  etdiyi 

nailiyyətlərin məcmusu”; 2) “hər hansı xalqın müəyyən dövrdə 

əldə  etdiyi  belə  nailiyyətlərin  səviyyəsi”;  3)  “savadlılıq”,  “el-

mililik”,  “biliklilik”,  “cəmiyyətdə  özünü  apara  bilmə”;  “tərbi-

yəlilik”; “mədəni adamın tələbatına uyğun olan həyat şəraitinin 

məcmusu” (8. səh. 282-283) kimi mənaları əhatə edir. 

İndi  təhsilin,  elmin,  mədəniyyətin  inkişafı,  mətbuatın,  ra-

dio  və  televiziyanın  respublikamızın  aranlı,  dağlı  bütün  kənd, 

qəsəbə, rayon mərkəzi və şəhərlərində xalqımızın gündəlik hə-

yatına, məişətinə daxil olması nəticəsində nəinki ədəbi dilimiz, 

eləcə də xalqımızın danışıq dili kütləviləşir, hamının eyni dərə-

cə tam başa düşdüyü, anladığı rəvan və səlis dilə çevrilir. 

Nitq mədəniyyəti terminini, ümumiyyətlə, mədəniyyət sö-

zü ilə də qarışdırmaq olmaz. İnsanlar mədəniyyət dedikdə əsa-

sən, təlim-tədris ocaqlarını – məktəbləri, klub, kitabxana, kino-

teatrları,  tamaşa  salonlarını,  tarix-ölkəşünaslıq  muzeylərini, 

mədəni  sözünü  isə  təhsilli,  tərbiyəli  anlamında  başa  düşürlər. 



 

 

12 



Nitq  mədəniyyəti  cəmiyyətin  müəyyən  dövründə  danışıq  qay-

dalarını  öyrənən  və  insanlar  arasında  əsas  ünsiyyət  vasitəsi 

kimi fikri formalaşdırma və ifadə etmə qaydalarının elmi əsas-

larını müəyyənləşdirən dilçilik sahəsidir (Adilov M.İ., Verdiye-

va  Z.N.,  Ağayeva  F.M..  İzahlı  dilçilik  terminləri,  Bakı,  1989, 

səh. 102). Deməli, nitq mədəniyyəti həm nitqin kommunikativ 

keyfiyyətlərinin  məcmusu  və  sistemi,  həm  də  bu  sistemi 

öyrənən dilçilik elminin bir sahəsidir. 

Müəllim mədəniyyəti, həkim mədəniyyəti, tələbə mədəniy-

yəti, səhnə mədəniyyəti, oxu mədəniyyəti, qulaqasma, dinləmə 

mədəniyyəti  və  s.  Şəhər  mədəniyyəti,  kənd  mədəniyyəti  daha 

geniş  mənada  götürülərək  konkret  yerin  –  ölkə  və  ya  qitənin 

adı ilə – Avropa mədəniyyəti, Amerika mədəniyyəti, Şərq mə-

dəniyyəti,  Çin  mədəniyyəti  və  s.  deyilir;  Millətlə  bağlı  olaraq 

alman  mədəniyyəti,  fransız  mədəniyyəti,  türk  mədəniyyəti, 

.......anlayışları da mövcuddur. 

Deməli,  mədəniyyət  sözü  həyatımıza  dərindən  sirayət  et-

miş, insanın həyat və fəaliyyətinin bütün sahələrini əhatə edən 

çox işlək anlayış olmuşdur: Mənəvi və estetik ideyalar, davra-

nış  qaydaları,  dillər,  dialektlər,  ləhcələr,  milli  və  etnik  mədə-

niyyət  və  incəsənət  əsərləri,  tarix  və  mədəniyyət  əhəmiyyəti 

olan  binalar,  tikililər  və  əşyalar  mədəniyyət  sərvətləri  hesab 

olunur.  Bura:  1)  təsviri  sənət  əsərləri,  o  cümlədən  şəkillər, 

rəsmlər,  heykəltaraşlıq  əsərləri;  2)  kino,  televiziya,  radio,  vi-

deomateriallar,  fotoəsərlər  və  fotomateriallar;  3)  əlyazmalar;  

4)  şifahi  xalq  yaradıcılığı  nümunələri;  5)  arxeoloji  kompleks-

lər; numizmatik xarakterli əşyalar; 6) memarlıq abidələri daxil-

dir (Azərbaycan Respublikasının Konstitusiyası, Dərslik. Bakı, 

2014, səh. 49). 

Bu deyilənlər arasında 



danışıq mədəniyyəti xüsusi yer tu-

tur.  Danışıq  mədəniyyəti  bilavasitə  insanla  bağlı  olduğu  üçün 

yuxarıda  sadalanan  müəllim  mədəniyyəti,  şagird,  tələbə,  sürü-

cü,  satıcı  və  başqa  peşə-sənət  sahələri  ilə  əlaqəli  insanların 

ədəb-ərkan,  qanacaq,  əxlaq  normaları  daxil  olmaqla  danışığı 



 

 

13 



nəzərdə  tutulur,  çünki  hər  bir  insan  kiçik  yaşlarında  başlamış 

ömrünün sonuna qədər  danışır,  yazır, nitq söyləyir,  çıxış  edir. 

O,  illər  keçdikcə  danışıq  tərzini  təkmilləşdirir,  arzu  edilən  qə-

dər öz sözünü deyir, nitqini həyatdan, cəmiyyətdən gələn yeni-

yeni  sözlər  hesabına  zənginləşdirir,  başqalarından  daha  yaxşı, 

müdrikcəsinə  danışmağa  ,  nitqini  gözəl,  ifadəli,  rəvan  çatdır-

mağa  çalışır.  İnsan  danışıq  vərdişi  formalaşıb  təkmilləşdikcə, 

söz ehtiyyatı, dilinin lüğət tərkibi artdıqca, müxtəlif yaş və peşə 

sahibləri  ilə  ünsiyyət  saxladıqca  özü  üçün  daha  rəvan,  səlis, 

düzgün  danışılanları  nümunə  kimi  qəbul  edərək,  qəzetlərdən, 

jurnallardan,  kitablardan  oxuduğu,  televiziya  aparıcılarından, 

çıxış edən şair, yazıçı və alimlərdən eşitdiyi nitq nümunələri ilə 

tanış  olduqca  dilimizin  qayda-qanunlarına,  qrammatik  qurulu-

şuna, onun incəliklərinə bələdləşdikcə öz fikirlərini daha gözəl, 

məntiqi qurmağa nail olur. Deməli, insan mədəniyyətinin ayrıl-

maz tərkib hissəsi olan nitq mədəniyyəti dil normalarının məc-

musu  kimi təzahür edir. Hər bir şəxs  elə danışmalı, nitqini  elə 

qurmalıdır ki, dinləyicilər onu aydın başa düşsün, həm də onun 

nitqinə həvəslə qulaq assın, danışıqdan xüsusi həzz alsınlar. O, 

bu hallar vərdişə  çevriləndən, danışığının arzu olunduğunu bi-

ləndən sonra nitqinin mənalı və məzmunlu olmasına daha ciddi 

hazırlaşacaqdır. Doğrudur, bu heç də asan başa gəlmir, hamıda 

yaxşı alınmır, bunun üçün böyüklə böyük, kiçiklə kiçik dilində 

danışmaq,  nə  barədə,  nə  məqsədlə,  harada,  hansı  şəraitdə,  ki-

minlə və ya kimlərlə danışdığını bilmək və bunları mütləq nə-

zərə almaq lazımdır. Bu, nitq mədəniyyətinin əsas şərtidir. De-

məli,  nitq  mədəniyyəti  qrammatik  cəhətdən  düzgün  cümlələr 

qurmaq, fikri aydın, dəqiq, məntiqi ardıcıllıqla çatdırmaq, ədə-

bi dilin tələffüz, intonasiya, vurğu, fasilə kimi tələblərinə prak-

tik əməl etmək bacarığıdır.  

Nitq  mədəniyyəti  fənninin  məqsədi  ədəbi  dil  normalarını 

müasir Azərbaycan dilinə tətbiq etmək, dil normaları haqqında 

sistemli  məlumat  vermək,  nitq  üslubları  haqqında  geniş  təsəv-

vür yaratmaq, mədəni nitqi adi danışıqdan fərqləndirmək, şifa-




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə