1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə8/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   4   5   6   7   8   9   10   11   ...   128

 

 

23 



matik,  məhkəmə,  hərbi)  üslublarında  öz  sözünü  deyə  bilmirdi 

və ya buna icazə verilmirdi.  

VII-XVIII əsrlər arasında yazılmış bütün elmi əsərlər ərəb-

fars dillərində idi, bu dillər eyni zamanda dövlət  dili və təlim-

tədris  dili  idi.  XIX-XX  əsrlərdə  isə  bu  missiyanı  artıq  rus  dili 

oynayırdı. 1920-1991-ci illərdə rus dilinin SSRİ-də rəsmi döv-

lət dili kimi qəbul edilməsi nəticəsində rus dili aparıcı, əsas dil, 

milli dillər isə ikinci dərəcəli, yardımçı dil kimi fəaliyyət göstə-

rirdi.  Deməli,  Azərbaycanda  da  Azərbaycan  dili  mətbuat  və 

məişət dilində də rus dili ilə paralel işlədilirdi. 

Azərbaycan  dilinin  inkişafında  və  ona  dövlət  qayğısı  gös-

tərilməsində müxtəlif vaxtlarda öz dövrü üçün və əsrlərin arxa-

sından  da  öz  böyüklüyü  ilə  seçilən  siyasi  xadimlər  olmuşdur. 

Belə şəxslərdən biri, bəlkə də birincisi XVI yüzillikdə yaşamış 

qüdrətli  hökmdar Şah  İsmayıl Xətaidir (1487-1524). O, 1499-

cu ildə, cəmi on iki yaşı olarkən ətrafına tərəfdarlarını toplaya-

raq yürüşə çıxmış, azərbaycanlılar yaşayan, az qala, bütün əra-

ziləri  tutmuş  və  1502-ci  ildə  özünü  şah  elan  etmişdi.  Ş.İ.Xə-

tainin  rəhbərlik  etdiyi  dövrdə  Səfəvilər  dövləti  sürətlə  inkişaf 

edərək qısa bir zaman kəsiyində Şərqin ən qüdrətli dövlətlərin-

dən  birinə  çevrilmişdi.  Dərbənddən  İraqa  və  Hindistana  qədər 

uzanmış böyük bir ərazidə Azərbaycan dövlətini yaratmaq yal-

nız fatehlərə məxsus bir iş idi. Məhz Səfəvilər dövründə Azər-

baycanda  mədəniyyətin,  ana  dilli  ədəbiyyatın,  xüsusən  də 

Azərbaycan dilinin inkşafında, onun rəsmi dövlət dili statusun-

da işlədilməsində Xətainin  misilsiz xidmətləri danılmazdır. O, 

Azərbaycan  dilinin  saflığı,  zənginliyi,  inkişafı  və  yayılması 

üçün mübarizə aparmış, dövlət dili səviyyəsinə qaldıraraq onun 

rəsmi  və  dövlətlərarası  yazışmalarda  işlədilməsinin  əsasını 

qoymuşdur.  Səfəvilər  hakimiyyəti  dövründə  Azərbaycan  dili 

bütün  ölkədə, başlıcası  isə sarayda-yəni  ali hakimiyyət  orqan-

larında və orduda hakim mövqe tuturdu. Bir tədqiqatçının yaz-

dığına görə cəmi 37 il yaşamış şair-hökmdar ömrünün sonunda 

“Dilimizi  və  vətənimizi  əbədi  yaşatmaq  üçün  əlimdən  gələni 




 

 

24 



etdim”-demişdi. Təbii ki, Azərbaycan müstəqil bir dövlət oldu-

ğu kimi onun dili də rəsmi dövlət statusunda idi.  

Azərbaycan dilinin dövlət dili kimi işlənmə tarixindən da-

nışılarkən  kommunist  ideologiyasının  daşıyıcıları  və  sovet 

dönəmində yazılmış tarix kitabları bizi inandırmağa çalışırdı ki, 

guya  uzun  əsrlər  boyu  öz  əlifbası  olmayan  Azərbaycan  dili 

yalnız  Sovet  hakimiyyəti  qurulandan  sonra  dövlət  dili  statusu 

almış,  bütün  xalqın  ünsiyyət  vasitəsinə  çevrilmişdi.  Əsl  hə-

qiqətdə isə Azərbaycan dili hələ Səfəvilər hakimiyyəti dövrün-

də dövlət dili kimi işlənmişdi. 

Azərbaycan  dili  ikinci  dəfə  rəsmi  dövlət  dili  səviyyəsində 

1918-ci  ildə  qurulmuş  milli  hökumətimiz  –  Azərbaycan  Xalq 

Cümhuriyyəti dövründə işlənməyə başlamış, rəsmən dövlət dili 

elan edilmişdi. Azərbaycan Demokratik Respublikasının başçı-

sı Məmməd Əmin Rəsulzadə hələ 1915-ci ildə “Açıq söz” qə-

zetində çap etdirdiyi “Tutduğumuz yol” məqaləsində yazırdı ki, 

hər  bir  millət  azad  yaşayıb  tərəqqi  edə  bilmək  üçün  üç  əsasa-

dilə,  dinə  və  zəmanəyə  istinad  etməlidir.  Xalqın  bir  dövlətdə 

azad yaşayıb inkişaf edə bilməsi üçün XX əsrin birinci yarısın-

da dil birliyini böyük maarifpərvər Firudin bəy Köçərli də irəli 

sürürdü.  O  bu  fikirdə  idi  ki,  dili  olmayan  xalq  yoxdur.  Dilini 

itirən xalq artıq xalq olmur, böyük xalqın (xalqların) içərisində 

əriyib itir, yaxud hardasa etnik qrupa çevrilir. F.Köçərli böyük 

rus  pedaqoqu  K.D.Uşinskidən  belə  bir  sitat  gətirmişdi:  “Bir 

millətin  malını,  dövlətini  və  hətta  vətənini  əlindən  alsan  ölüb 

itməz,  amma  dilini  alsan  fot  olar  və  ondan  bir  nişan  qalmaz. 

Ana  dili  millətin  mənəvi  diriliyidir.  Vay  o  gündən  ki,  xalq  öz 

dilinə etinasızlıq göstərə! O gündən dilin ölümü və dillə birlik-

də xalqın ölümü başlanır”.  

AXC  1920-ci  il  aprelin  28-də  Sovet  Rusiyası  tərəfindən 

süquta yetirildikdən sonra Azərbaycan dili yenə də türk dili adı 

ilə  dövlət  dili  elan  olunmasına  baxmayaraq  hakim  mövqe  tut-

murdu,  tuta  bilmirdi,  çünki  dövlət  başçısı  da  daxil  olmaqla 

dövlət  orqanları  məmurlarının  mütləq  əksəriyyəti  qeyri-azər-




 

 

25 



baycanlı olurdu, hətta rayon və kəndlərdə də icra başçıları qey-

ri-millətin nümayəndələrindən seçilirdi, istisna hallarda rus di-

lində oxumuş Azərbaycan türkləri vəzifəyə irəli çəkilirdilər ki, 

bu da onların guya daha savadlı, bilikli, dövlət yönümlü olması 

mənasında yozulurdu. Bütün bunlar öz növbəsində Azərbaycan 

dilinin  rəsmi  yığıncıqlarda  işlədilməməsinə  gətirib  çıxarırdı. 

Adamlar övladlarını gələcək karyerası naminə rus dilində təhsil 

almağa  məcbur  edirdilər.  1937-ci  ildə  respublikaya  rəhbərlik 

M.C.Bağırova tapşırılsa da, o vaxtdan 1992-ci ilə qədər respub-

likanın  2-ci  rəhbəri rus millətinin  nümayəndəsi,  daha doğrusu, 

Moskvanın öz adamı olurdu. Bu ikinci şəxs Azərbaycan dilində 

bir kəlmə də bilmədiyi halda ölkəyə rəhbərlik edirdi, Azərbay-

canlı olan birinci şəxs də Moskvanın nəzarətində idi. Həmin 70 

ildə  milli  kadrlar  rus  dilini  bilmirdisə  doğma  elində,  obasında 

hər  hansı  bir  sahəyə  rəhbərlik  edə  bilməzdilər.  Şəhərlərdə 

səhiyyə, təhsil (maarif) şöbələrinin  müdirləri, hətta məktəb di-

rektorları da ancaq rus dilini mükəmməl bilən, siyasi cəhətdən 

savadlı  (rus  yönümlü)  şəxslər  olurdu.  Elə  buna  görə  də  Azər-

baycan Respublikasının rəsmi dövlət dili 1937-ci il Konstitusi-

yasına yazılmamışdı, yazılması “yaddan çıxmışdı”.  

Konstitusiyaya  düzəliş  bundan  20  il  sonra  baş  tutmuşdu. 

Bu yalnız 1956-cı ildə bir sıra dövlət və hökumət vəzifələrində 

(Azərbaycan  Respublikası  Nazirlər  Sovetinin  sədr  müavini, 

Azərbaycan  Respublikasının  Maarif  naziri  və  s.)  çalışan  xalq 

yazıçısı Mirzə İbrahimovun Azərbaycan SSR Ali Soveti Rəya-

sət Heyətinin sədri işləyərkən (1954-1958-ci illər) mümkün ol-

muşdu.  Həmin  vaxtlar  ümumittifaq  səviyyəsində  yaxşı  tanın-

mış,  böyük  nüfuza  malik  Səməd  Vurğun,  Süleyman  Rüstəm, 

Mehdi Hüseyn, Süleyman Rəhimov və başqa görkəmli sənət və 

elm  xadimlərinin  fədakarlığı  nəticəsində  Azərbaycan  SSR  Ali 

Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan di-

linin  dövlət  dili  olması  maddəsi  əlavə  edildi.  Azərbaycan  dili-

nin dövlət səviyyəsində tanınmasına bu Konstitusiya aktının və 

M.İbrahimovun “Azərbaycan dili” kitabının nəşri (1957) böyük 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə