1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə5/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   2   3   4   5   6   7   8   9   ...   128

 

 

14 



hi  və  yazılı  nitq  normalarının  bir-birinə  təsiri  nəticəsində  yeni 

normaların  yaranmasını  öyrənməkdir.  Nitq  mədəniyyəti  ədəbi 

dilin fonetik, leksik, frazeoloji və qrammatik normaları, onların 

qanunauyğunluğu,  yaranması  və  onlara  yiyələnmək  haqqında 

dilçilik elmidir, yəni dil normalarının məcmusudur.  

Şifahi  nitq  zamanı  danışana,  söz  sahibinə  münasibətə  gə-

lincə, onu belə dəyərləndirmək olar: 

1)  Kim  danışır?  Danışan  müəllimdir,  şagirddir,  tələbədir, 

vəzifə sahibidir, adi vətəndaşdır? 

2) Kimə danışır? Özündən vəzifəcə yüksəkdə durana, yox-

sa özündən asılı olan adama? 

3)  Hansı  şəraitdə  danışır?  Sinif-dərs  otağında,  auditoriya-

da, iclasda, yığıncaqda, böyük izdiham qarşısında, televiziyada 

milyonlarla izləyici, tamaşaçı qarşısında? 

4) Nə barədə danışır? Tədris olunan bir mövzunu, ictimai-

siyasi mahiyyətli bir məsələnimi?  

5)  Nə  məqsədlə,  nə  səbəbə  danışıər?  Öyrətmək,  inandır-

maq, yoxsa məlumat vermək məqsədilə?  

6) Öz fikrini çatdıra bilirmi? Onu başa düşürlərmi? 

7) Onun şəxsiyyətinə dinləyicilərin münasibəti necədir? 

8) Onun nitqi, nitq mövzusu arzu edilirmi? 

9)  Danışdığı  mövzunu  hərtərəfli,  yaxşı  bilirmi? və  s.  (12, 

səh. 51). 

Elə  buradan  da  nitq  mədəniyyəti  fənninin  vəzifəsini  ay-

dınlaşdırmaq olur. Vəzifə nitq mədəniyyətinin normalarını tam 

orta ümumtəhsil məktəblərində və ali məktəblərin bakalavr sə-

viyyəsində  əvvəlcə  şagirdlərə,  sonra  tələbələrə,  ümumilikdə 

gənc nəslə düzgün çatdırmaqdır. 



Nitq mədəniyyətinin mövzusuna mədəni nitqin əsas key-

fiyyətləri ilə bağlı məsələlər-ədəbi dil və onun normaları, eləcə 

də nitq istisnaları, özləşmə meylləri, natiqlik sənətinin sahələri 

və nitq etiketləri daxildir.  

Mədəni  nitq  danışanın  nə  haqqında,  nə  məqsədlə,  harada, 

hansı şəraitdə, kiminlə və ya kimlərlə danışmasını mütləq nəzə-




 

 

15 



rə  almağı,  zəngin  söz  ehtiyatına  malik  olmaqla  hər  sözün,  söz 

birləşməsi və frazeoloji ifadələrin semantikasını, onların yazılış 

və  tələffüz  qaydalarını,  şifahi  nitqdə  intonasiya,  fasilə,  vurğu, 

mimika və jestlərin işlənmə məqamlarının yerini bilməyi, yazılı 

nitqdə orfoqrafiya və durğu işarələri qaydalarını mənimsəməyi, 

cümlə üzvlərinin düzgün sıralanması, sintaktik konstruksiyala-

rın,  əsas  və  köməkçi  nitq  hissələrinin,  cümlə  tiplərinin  üslubi 

imkanlarını  mətn  daxilində  qiymətləndirib  yerli-yerində  işlət-

məyi, məna tutumunu başa düşməyi əsas şərt kimi irəli sürür.  

 

Sual və tapşırıqlar: 

1.

 



Nitq mədəniyyəti fənninin məqsədi nədir? 

2.

 



“Mədəniyyət”  sözü  hansı  dildən  alınmışdır  və  mənası 

nədir? 


3.

 

“Mədəni” sözünü necə başa düşürsünüz, mənası nədir? 



4.

 

Nitq mədəniyyəti nə deməkdir? 



5.

 

Nitq  mədəniyyəti  fənninin  mövzusunu  necə  xülasə 



etmək olar? 

6.

 



Nitq mədəniyyəti fənninin vəzifələri hansılardır? 

7.

 



Nitq mədəniyyətinə verilən tələbləri sadalayın. 

8.

 



Nitq mədəniyyəti termininin mədəniyyət anlayışında yeri.  

9.

 



Nitq mədəniyyətinin əsas şərtləri hansılardır? 

10.


 

Nitq mədəniyyəti fənninin tədrisindən məqsəd nədir? 

11.

 

Düzgün nitq nədir? Hansı nitq düzgün nitq forması he-



sab olunur? 

12.


 

Kim  öz  fikrini  elmi  və  məntiqi  cəhətdən  düzgün  qura 

bilir? 

13.


 

Dəqiq  nitq  dedikdə  nəyi  başa  düşürsünüz?  Hansı  ada-

mın nitqi dəqiq olur? 

Çalışma. Mətni diqqətlə oxuyun, mədəniyyət  sərvətlərinə 

aid məhfumları tapın, mədəniyyətlə bağlılığını izah edin: 

Məktəb  xalqın  mənəvi  beşiyidir.  Rəsul  Əleyhissəlamın 

“Beşikdən qəbr evinə qədər elm öyrənin!” –ifadəsinin məktəb-

lə  əlaqəsi  danılmazdır.  Məktəbdə  təkcə  yazıb-oxumağı,  sayıb-



 

 

16 



hesablamağı  və  müxtəlif  elmlərin  ilkin  sirləri  öyrədilməklə 

yanaşı,  həm  də  birgə  yaşayış  qaydaları  öyrədilir.  Məktəbdə 

vətənin  çoxəsrlik  mədəniyyəti  yaşayır.  Müəllimlər  şagirdlərə 

dönə-dönə  xatırladırlar:  “Dövlətimizi  və  məktəbinizi  sevin, 

elmli  və  mədəniyyətli  olaraq  məmləkətimizi  çiçəklənən  bir 

diyara  çevirək”.  Məktəb  bizə  təkcə  təhsil  yox,  tərbiyə  verir, 

mədəniyyət aşılayır.  

Məktəbdə  müəllimlər  və  şagirdlərlə  ünsiyyət  saxlamaq 

hamıya sevinc və mənəvi zövq bəxş edir.  

Hər  bir  dövlət  üçün  məktəb  böyük  rol  oynayır.  Savadlı  in-

sanlar olmadan elm və mədəniyyətin inkişafı qeyri-mümkündür. 

İnsanın  məktəbə,  təhsilə,  elmə  münasibəti  onun  daxili 

mədəniyyətindən  irəli  gəlir,  onun  xeyirxahlığı,  millətinə  say-

ğısı,  məhəbbəti  təkcə  davranışı  və  hərəkətlərində  deyil,  nit-

qində,  şüur  və  düşüncəsində  də  özünü  göstərir.  Məktəbə 

müqəddəs  yer,  elm  məbədi  kimi  baxmaq,  mənəviyyatımızı 

qurmaq, mədəniyyətimizi təkmilləşdirmək və gələcək nəsillərə 

ötürmək hər bir savadlı insanın borcudur.  



Çalışma.  Sözlərdən  istifadə  edərək  qrammatik  normalara 

uyğun cümlələr düzəldin: 

1)

 

Azərbaycan,  qanlı,  mübarizə,  qurmaq,  xalq,  müstəqil



düşmən, müstəqil, qalib gəlmək, dövlət. 

2)

 



Hər,  uğrunda,  öz,  müstəqillik,  olmaq,  bir,  daima,  xalq, 

hazır, mübarizə. 

3)

 

Millət,  azadlıq,  qazanmaq,  etmək,  bir,  hər,  öz,  və, 



müdafiə, öz.  

Çalışma. Sözlərin aşağıdakı tələffüz formalarından hansı-

nın orfoepik normalara uyğun olduğunu müəyyənləşdirin.  

Ev/əv/öy,  qədeş/kardeş/qardaş,  gejə/gecə,  murtda/yumurt-

da/yumurta, biznən/biziynən/bizimlə, daşdı/daşlı, qarandıq /qa-

rannıx/qaranıx/qaranlıq,  qızzar/qızlar/qızdar,  xəbərlər/xavar-

rar/xəbərrər.  



Çalışma.  Akademiyada  bir  tədbirin  keçiriləcəyi  haqqında 

elan (bildiriş) yazın. Elanın yazılma formasını qısaca qeyd edin. 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə