1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə10/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   6   7   8   9   10   11   12   13   ...   128

 

 

29 



çıxışlar  olarkən  qeyri-millətin  nümayəndələri  və  ya  rus  dilli 

şəxslər qulaq asmır, ayaqlarını yerə döyür, ya da nümayişkara-

nə qəzet, jurnal və ya nəsə bir şey tapıb oxuyur, bir sözlə, nara-

zılıqlarını  müxtəlif  formada  bildirirdilər.  Bəs  biz  belə  hallara 

niyə dözürdük? Həmin vaxtlar biz nəinki dözürdük, hətta “eti-

ka” xatirinə rusca danışmalı olurduq. Bu zaman deyənlər vardı 

ki, axı biz başqa ölkədə deyil, öz ana torpağımızda, ata ocağı-

mızda,  öz  evimizdəyik,  əgər  burada  da  Azərbaycan  dilində 

danışmayacayıqsa, bəs harada danışacayıq? 

1929-cu ildə geniş xalq kütlələri üçün yazıb oxumağın çox 

çətin olduğu  ərəb əlifbasından latın  qrafikalı  əlifbaya, 1940-cı 

ildən  kiril  qrafikalı  rus  əlifbasına  keçilmişdi.  1991-ci  ilin  de-

kabrından  latın  qrafikalı  Azərbaycan  əlifbasının  bərpası  haq-

qında qərar yazıb oxumaq işini daha da asanlaşdırdı, dünyanın 

əksər  ölkələrinin  mətbuatına  və  internetə  maneəsiz  girişini 

asanlaşdırdı.  1995-ci  ilin  12  noyabrında  keçirilən  ümumxalq 

referendumu xalqımızın və dilimizin adlarını (Azərbaycan xal-

qı,  Azərbaycanlı,  Azərbaycan  dili  terminlərini)  qəti  müəyyən 

etdi.  

Prezident  Heydər  Əliyevin  31  Dekabr  tarixini  “Dünya 



Azərbaycanlılarının  Həmrəyliyi  günü”  kimi  təsis  etməsi  də 

tarixi  hadisə  oldu.  Bu  qərar  dünyanın  hər  yerində  yaşayan 

azərbaycanlıları  bir  bayraq  altında  birləşməyə,  müəyyən  prob-

lemlərin həllində həmrəylik göstərməyə, milli dövlətçiliyimizin 

ətrafında  birləşməyə  çağırışdı.  “Azərbaycanlılar!  Harada  olur-

san  ol,  hansı  ölkədə  yaşayırsan  yaşa,  ancaq  Azərbaycan  haq-

qında,  Azərbaycanın  müstəqilliyi,  ərazi  bütövlüyü  haqqında, 

Azərbaycan  xalqının  bugünü  və  gələcəyi  haqqında  düşün-

məlisən! Hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər 

bir  azərbaycanlı  Azərbaycanın  müstəqilliyinin  daimi,  dönməz 

olması  üçün  səy  göstərməlidir.  Torpağımızı,  vətənimizi,  müs-

təqil Azərbaycan Respublikasının suverenliyini,  ərazi  bütövlü-

yünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçir-

mək  hər  bir  Azərbaycan  vətəndaşının  borcudur.  Azərbaycan-




 

 

30 



lılar!  Azərbaycan  Respublikasının  bu  gününü  və  gələcəyini 

qoruyun!  Azərbaycan  bütün  dünya  azərbaycanlılarının  tarixi 

vətənidir”.  

Heydər  Əliyevin  2001-ci  ilin  noyabrında  Bakıda  Dünya 

Azərbaycanlılarının  I  qurultayında  bəyan  etdiyi  tezislər  azər-

baycançılığın ən yüksək ifadəsi oldu: “Hər bir azərbaycanlının 

harada  yaşamasından,  həyatda  hansı  mövqe  tutmasından  asılı 

olmayaraq  ən  böyük  vəzifəsi  öz  ana  dilini  bilməkdən,  ondan 

qürur duymasından ibarətdir”.  

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 

müxtəlif ölkələrdə yaşayan dünya azərbaycanlılarının birlik və 

həmrəyliyini – azərbaycançılığı siyasi ideologiya zirvəsinə qal-

dırdı  və  indi  ulu  öndərin  siyasi  məktəbinin  layiqli  davamçısı, 

ölkə  prezidenti  cənab  İlham  Əliyev  dövlətçilik  ənənələrinin 

varisi  kimi  milli  birliyimizi,  Azərbaycançılıq  ideologiyasını 

istər  ölkə  daxilində,  istərsə  də  ölkə  xaricində  məqsədyönlü 

şəkildə uğurla həyata keçirir. 

Beləliklə,  “Azərbaycan  dili”  termini  1995-ci  ildən  təkcə 

ölkəmizdə  deyil,  bütün  dünyada  öz  layiqli  yerini  tutdu,  türk 

dilləri  ailəsinə  mənsubluğunu  saxlamaqla  “türk  dili”  terminin-

dən  fərqləndirildi,  əsrlər  boyu  işləndiyi  adi  ünsiyyət  vasitəsin-

dən,  məişət  dili  zəminindən  dövlət  dili,  elm  və  siyasət  dilinə 

çevrildi.  Dövlət  dilini  bilmək,  bu  dildə  danışmaq  və  yazmaq 

Azərbaycan  Respublikası  ərazisində  hər  bir  vətəndaşın  borcu 

kimi  göstərildi.  Heydər  Əliyev  Azərbaycan  dilinin  tətbiqi  və 

qorunması  haqqında  2001-2003-cü  illərdə  imzaladığı  bir  neçə 

fərmanla bu sahədə olan boşluğu doldurdu.  

Fərmanlarda  rəsmi  dövlət  dili  statusu  almış  dilimizin  təd-

risinin yaxşılaşdırılması, inkişaf etdirilməsi, latın qrafikalı əlif-

baya  qəti  şəkildə  keçilməsi  tələbi  qoyulurdu.  Həmin  vaxtdan 

hər il avqust ayının 1-i Azərbaycan dili və Azərbaycan əlifbası 

günü kimi qeyd edilir.  

Respublikamızda  yaşayanlar  da  daxil  olmaqla  dünyanın 

60-dan  çox  ölkəsində  50  milyona  yaxın  soydaşımız  bu  gün 




 

 

31 



Azərbaycan dilində danışır, yazır, oxuyur, informasiya vasitəsi 

kimi ondan istifadə edir.  

Azərbaycanda  yaşayan  azsaylı  xalqlar  –  talışlar,  kürdlər, 

tatlar,  lahıclar,  ləzgilər,  aqullar,  laklar,  qrızlar,  inqiloylar, 

saxurlar,  tabasaranlar  və  başqaları  Azərbaycan  dilindən  ikinci 

ana  dili  kimi,  dövlət  dili  kimi  tam  istifadə  edirlər.  Dilimiz  bu 

gün  Ermənistan,  Gürcüstan,  Türkmənistan,  Qazaxıstan,  Özbə-

kistan,  Qırğızıstan  respublikalarında,  Rusiya  Federasiyasında, 

İran, İraq, Suriya, Türkiyə və başqa xarici ölkələrdə də işlədilir, 

anlaşılır, başa düşülür.  

Sabit  qrammatik  quruluşu,  zəngin  söz-lüğət  tərkibi,  geniş 

ifadə  imkanları,  mükəmməl  əlifbası,  yüksək  səviyyəli  yazı 

normaları  olan  dilimiz  orta  və  ali  məktəblərdə,  kütləvi  infor-

masiya  vasitələrində,  rəsmi  yazışmalarda,  kargüzarlığın  bütün 

sahələrində ədəbi dilimizin normalarına uyğun tətbiq edilir.  

Çox  şükürlər  olsun  ki,  respublikamız  müstəqillik  qaza-

nandan  və  1995-ci  il  noyabrın  12-də  ümumsəsvermə  yolu  ilə 

Azərbaycan  Respublikasının  Konstitusiyası  qəbul  olunandan 

sonra  Azərbaycan  dili,  sözün  həqiqi  mənasında  rəsmi  dövlət 

dili  oldu.  Burada  yazılmışdır:  “Azərbaycan  Respublikasının 

dövlət  dili  Azərbaycan  Respublikası  Konstitusiyanın  21-ci 

maddəsinin  I  hissəsinə  müvafiq  olaraq  Azərbaycan  dilidir. 

“Dövlət dili haqqında” Azərbaycan Respublikasının 2002-ci il 

30 sentyabr tarixli Qanununa görə dövlət dilini bilmək hər bir 

Azərbaycan  Respublikası  vətəndaşının  borcudur.  Dövlət  dili 

kimi  Azərbaycan  dili  ölkənin  siyasi,  ictimai,  iqtisadi,  elmi  və 

mədəni  həyatının  bütün  sahələrində  işlədilir.  Dövlət  hakimiy-

yəti  və  yerli  özünüidarəetmə  orqanlarında,  dövlət  qurumların-

da,  siyasi  partiyalarda,  qeyri-hökumət  təşkilatlarında,  həmkar-

lar  təşkilatlarında,  digər  hüquqi  şəxslərdə,  onların  nümayən-

dəliklərində, filiallarında və idarələrdə kargüzarlıq işləri dövlət 

dilində aparılır.  

Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyət  göstərən 

beynəlxalq  təşkilatlarla və  xarici  dövlətlərin diplomatik  nüma-




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə