1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə18/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   14   15   16   17   18   19   20   21   ...   128

 

 

53 



Natiq  dərin  mühakiməyə,  əqli  nəticəyə,  müdrikliyə  əsas-

lanan dəlillərdən məharətlə istifadə etməyi bacarmalıdır. Onun 

səs  tonu,  intonasiyası,  jestləri,  mimikası,  müəllif  maneraları 

dinləyicilərə  təsir  göstərən,  onlarda  natiqin  fikrinə,  dünyaba-

xışına təsir göstərən başlıca amillərdən olmalıdır.  

Hazırda biz olduqca maraqlı və canlı danışıq aləmi ilə əha-

tə  olunmuşuq.  Evdə,  işdə,  məişətdə,  orta  və  ali  məktəblərdə, 

yığıncaqlarda, mikrofonlar qarşısında, kino-teatr tamaşalarında, 

radioda, televiziya ekranlarında, internet şəbəkələrində adamlar 

mühazirə  oxuyur,  məruzə  söyləyir,  disput  və  müzakirələrdə 

çıxış  edirlər.  Ana  dilini  mükəmməl  bilməyən  adamların  nitqi 

gözəl,  aydın,  dəqiq  və  ifadəli  olmadığından  onlar  yuxarıda 

qeyd  etdiyimiz  yerlərdə  çıxış  edə  bilməzlər.  Əgər  çıxış  edib-

lərsə, deməli onların nitqi arzu olunan səviyyədə olmuşdur. Bu 

da  mədəni  insanın  xüsusi  bir  elm  kimi  inkişaf  etmiş  natiqlik 

sənətinə  yiyələnməsi  hesabına  baş  verir.  Natiq  mütləq  nitqin 

ifadə  tərzinə  –  üslubuna,  bitkinliyinə,  aydınlığına,  dəqiqliyinə, 

məntiqi ardıcıllığına, emosional təsirinə və faktların, sübutların 

obyektiv  təhlilinə  böyük  əhəmiyyət  verməlidir,  bədii  təsvir  və 

ifadə vasitələrindən yeri gəldikcə bəhrələnməlidir.  

 

Sual və tapşırıqlar: 

1.

 



Yunan natiqlik sənətinin baniləri kimlərdir? 

2.

 



Aristotelin  hansı  əsərləri  vardır  və  bu  əsərlərdə  hansı 

məsələlərin həlli verilmişdir? 

3.

 

Roma natiqlik sənətinin nümayəndələri kimlərdir? 



4.

 

Siseronun  nitq  mədəniyyəti  məsələləri  ilə  bağlı  fikirlə-



rindən misallar gətirin.  

5.

 



Savadlı yazmaq şifahi, yoxsa yazılı nitq mədəniyyəti ilə 

bağlıdır?  

6.

 

Şərq natiqlik sənəti və Məhəmməd Peyğəmbər. 



7.

 

Azərbaycanda natiqlik sənətinin nümayəndələri kimlər-



dir?  N.Tusinin  əxlaqa  və  natiqlik  sənətinə  aid  əsərinin  adını 

deyin və ondan misallar gətirin.  

8.

 

Sədi Şirazinin nitqə aid fikirlərini sadələşdirib danışın.  




 

 

54 



Çalışma. Mətni oxuyun, yunan və Roma natiqlik sənətinin 

banilərinin  idmana  olan  münasibətini  fiziki  mədəniyyətlə 

əlaqələndirib danışın.  

Bizim  eradan  əvvəl  776-cı  ildə  Yunanıstanda  idman  ya-

rışları  -  Olimpiya  oyunları  keçirilməyə  başlamışdı.  Yunanlar 

arasında böyük marağa səbəb olmuş bu yarışlar dörd ildən bir, 

qədim  yunanların  “Olimpiya  tanrısı”  adlandırdıqları  Zevsin 

şərəfinə keçirilirdi.  

Yunanıstan və Romanın böyük mütəfəkkirləri Sokrat, Pla-

ton, Demosfen, Siseron qocalana qədər gimnastika, atletika və 

üzgüçülüklə məşğul olmuşlar. Bu, onlara uzun ömür sürməyə, 

məhsuldar  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olmağa  imkan 

vermişdir.  Böyük  riyaziyyatçı  Pifaqor  idmanla  məşğul  olaraq 

güclü  atlet  kimi  ad  çıxarmış,  Olimpiya  oyunlarının  çempionu 

olmuş, buna görə də sağlığında heykəlini qoymuşdular. Müdrik 

Sokrat  fiziki  hərəkətlərlə  müntəzəm  məşğul  olaraq  bədənini 

idmanla  möhkəmlədərək  qışda  qarda  ayaqyalın  gəzirdi.  Onun 

bir  kəlamı  indi  də  bütün  dünyada  məşhurdur:  “Sağlam  yoxsul 

xəstə padşahdan xoşbəxtdir”.  

Olimpiya  oyunlarının  qalibləri  zeytun  (dəfnə)  budaqların-

dan  düzəldilmiş  tacla  təltif  edilir,  onların  şərəfinə  dövlət  bay-

rağı  qaldırılır  və  dövlət  himni  səsləndirilirdi.  Elə  müasir  döv-

rümüzdə də bu mərasim icra olunur.  

İdman millətin sağlamlığı  deməkdir. Sağlamlıq isə insana 

verilən ən böyük nemətdir. Millətimizin güclü, sağlam və mü-

barizələrdə  mətanətli,  əzmkar  və  dözümlü  olması  üçün  gənc-

lərin fiziki cəhətdən hazırlıqlı olması çox vacibdir.  

Çalışma.  Tərcümeyi-halınızı  (avtobioqrafiyanızı)  öz  dia-

lektinizə  (şivənizə)  uyğun  tərtib  edin,  ədəbi  dildəkindən  fərqli 

dil faktlarını göstərin.  

Çalışma.  Ədəbi  dilimizdəki  kimi  işlənməyən,  lakin  dia-

lektiniz  (ləhcəniz)  üçün  xarakterik  olan  bir  neçə  sözü  ayrıca, 

yaxud cümlələr daxilində yazın, onları orfoqrafik cəhətdən ədə-

bi dildəki qarşılığı ilə müqayisə edin.  




 

 

55 



Çalışma.  Bir  tələbənin  müəyyən  səbəb  üzündən  Akade-

miyadan  xaric  olunması  haqqında  əmr  hazırlayın.  Əmrin  ya-

zılma formasını qısaca qeyd edin.  

Çalışma.  Oxuyun,  bir  sıra  dünya  dillərində  milli  fərqin 

müxtəlifliyinə  fikir  verin,  dilimizi  bildiyiniz  dillərlə  səslən-

məsinə görə müqayisə edin: 

Roma imperatoru V Karl demişdir ki, ispan dili Allahla, al-

man dili düşmənlə, fransız dili dostlarla, italyan dili qadınlarla 

danışmaq üçün yaranmışdır. M.Lomonosov deyirdi ki, rus dili 

ispan  dilinin  əzəmətini,  fransız  dilinin  oynaqlığını,  alman 

dilinin möhkləmliyini, italyan dilinin zərifliyini, yunan və latın 

dillərinin zənginliyini və yığcamlığını özündə birləşdirir. Bizim 

fikrimizcə, V Karl və M.Lomonosov Azərbaycan dilini bilsəy-

dilər  deyərdilər  ki,  Azərbaycan  dilində  ispan  dilinin  əzəməti, 

fransız  dilinin  şirinliyi,  alman  dilinin  sərtliyi,  italyan  dilinin 

obrazlılığı  vardır.  Azərbaycan  dili  elə  incə  və  gözəl  dildir  ki, 

onunla  Avropa  dillərindən  fərqli  olaraq  Allahla  da,  dostla  da, 

düşmənlə də, qadınla da danışmaq mümkündür. O, üstəlik hələ 

ərəb  dilinin  dərinliyini,  fars  dilinin  şeiriyyətini  də  özündə 

birləşdirən musiqili dildir.  

Çalışma.  Aşağıda  verilən  əlamətlərin  qarşısında  müvafiq 

saiti deyin: 

1)

 

İncə, dodaqlanan, açıq; 2) İncə, dodaqlanmayan, qapalı; 



3)  Qalın,  dodaqlanan,  açıq;  4)  Qalın,  dodaqlanan,  qapalı;        

5) Qalın, dodaqlanmayan, qapalı;  



Çalışma.  Şeir  parçasını  oxuyun,  hansı  saitlərin  iştirak  et-

mədiyini müəyyən edin.  

 

Qışda dağlar ağ geyinər, yaz – qara, 



Sağ əlinlə ağ kağıza yaz qara. 

Əsər yellər, qəhr eyləyər yaz qara

Daşar çaylar, gələr daşlar çata-çat. (Aşıq Ələsgər) 

 

 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə