1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə19/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   15   16   17   18   19   20   21   22   ...   128

 

 

56 



 

 

DİL, NİTQ VƏ NİTQ MƏDƏNİYYƏTİ 

 

Dil anlaşma, fikir mübadiləsi aparma, təsir göstərmə vasi-

təsidir. Nitq isə dilin şifahi və yaxud yazılı formada işlədilmə-

sidir. 


Nitq  dil  üzərində  qurulur.  Dil,  yəni  dilin  leksikası  sözlər 

kompleksindən  ibarətdir.  Dilin  əsas  vəzifələrindən  biri,  bəlkə 

də  birincisi  bizi  əhatə  edən  cism  və  hadisələrin  adlarını  bil-

dirməsidir.  Cism  və  hadisələrin  adları  sözlər  şəklində  təzahür 

tapır  ki,  onların  iştirakı  olmadan  fikir  formalaşdırmaq,  cümlə 

qurmaq,  yəni  nitqə  gəlmək  mümkün  deyildir.  Lakin  nitqə 

gəlmək,  fikir  söyləmək  üçün  hər  məqamda  ayrıca  götürülmüş 

bir  söz  və  ya  sözlər  qrupu  kifayət  etmir,  mütləq  həmin  sözlər 

və ya ifadələr dilin qrammatik quruluşuna (sintaktik əlaqələrə) 

uyğun  qurulmalıdır.  Dilin  əsas  vəzifələrindən  biri  də  məhz 

insanlar arasında əlaqə yaratması, cəmiyyətdə ünsiyyət vasitəsi 

olmasıdır.  Dilin  sonuncu  vəzifəsi  isə  fikir  ifadə  etməsidir.  İn-

sanın təfəkkür fəaliyyəti ilə bağlı olan dil ona öz düşüncələrini, 

fikir, arzu və istəklərini bildirmək üçün vasitədir. Dili olmayan 

xalqın varlığından, onun qurduğu cəmiyyətdən, dövlət qurulu-

şundan xəbər tutmaq olmaz.  

Dil  ictimai  hadisə  kimi  istehsalla  əlaqədardır,  istehsaldakı 

dəyişiklikləri özündə əks etdirməklə insanlar arasında ünsiyyət 

yaradır.  Söz  fikrin  tikinti  materialıdır,  bu  tikinti  materialı  əsr-

lərlə dildə qorunub saxlanılır, yeri gəldikcə ondan istifadə olu-

nur.  İstifadə  olunduqca  yeni-yeni  çalarlar  qazanır,  istifadə 

olunmazsa  arxaikləşir,  dilin  passiv  lüğət  tərkibində  saxlanılır, 

tamam unudulanları da olur. Məsələn, Əliağa Vahidin bir təcni-

sində deyilir: 

 

Vahid, demə, mən daimiyəm zövqü səfada



Mənsuri də yad etməliyik dari –fənadə. 


 

 

57 



Bu misrəi-nazi o demiş bir belə sadə

Yarəb, sən ona rəhmətin eylə ziyadə

Qəbr içrə onun ruhini lütfünlə fəraz et

“Naz et mənə, ey sevgili-canan, mənə naz et”. 

 

Səməd  Mənsurun  bir  beytinə  təsdis  adlanan  bu  şeirdə 



bizim  dövrümüzdə  yaşamış  şairin  işlətdiyi  zövqi-səfa,  dari-

fəna,  misrəi-naz,  rəhmətini  ziyadə  eylə,  qəbr  içrə,  lütflə 

fəraz  et  kimi  söz  və  söz  birləşmələri  müasir  gənclərə  heç  də 

tam aydın deyildir. XX əsrdə qəzəl janrında özünə böyük nüfuz 

qazandıran  Ə.Vahidin  bu  şeiri,  demək  olar  ki,  onunla  bir 

dövrdə  yaşamış  S.Mənsurun  bir  misrası  ilə  daha  çox  diqqəti 

cəlb edir. “Naz et mənə, ey sevgili canan, mənə naz et” misrası 

həm  anlaşıqlığına  görə,  həm  də  ağıla  və  qulağa  xoş  təsir  gös-

tərən  parlaq,  bəlkə  də  müdrik  fikir  kimi  şeiri  əsl  sənət  nü-

munəsinə  çevirmişdir. Elm,  təhsil ağlı,  istedadı,  müdrikliyi ci-

lalayıb  ona fikri  dərinlik versə  də, oxucuları,  dinləyiciləri cəlb 

etmək məqamında gözlənilməz ifadə tərzi, söz oyunu, epitetlər 

insana böyük zövq verir.  

Çalışma.  Əruz,  mürəbbe,  rəməl,  vəzn,  rədif,  beyt,  bənd, 

səri, rəcəz, minsərih, epik, novella, oçerk, epopeya, qəsidə, qi-

tə,  rübai,  tuyuğ,  müxəmməs  sözlərini  müzakirə  edin.  Mənası 

aydın  olmayan  sözləri  “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndən 

tapıb öyrənin. 

Dilimizin fonetik, leksik, qrammatik qaydalarının dərindən 

öyrənilməsi onların yazılı və şifahi nitqdə tətbiqini zəruri edir. 

Lakin  nitq  mədəniyyətinə  yiyələnmək  üçün  ilk  növbədə  dilin 

lüğət  tərkibinə  dərindən  yiyələnmək  əsas  şərtdir.  Uşaqlıq  il-

lərini xatırlayaq. Az söz ehtiyatına malik iki-üç yaşlı uşaqlar 3-

4  sözdən  ibarət  cümlələr  qura  bilir,  lakin  yarımçıq  cümlələrə, 

müxtəsər,  xəbər  əsasında  formalaşan  təktərkibli  və  şəxssiz 

cümlələrlə  danışmağa,  ən  çox  da  cavab  verməyə  çalışırlar. 

Məktəb  illəri  şagirdlərin  söz  ehtiyatını  sinifdən-sinfə  artırdığı 

kimi, onun cümlə  tiplərinin  də  sayını  artırır, öz üzərində  ciddi 



 

 

58 



çalışanlar mürəkkəb cümlələrin, cümlə konstruksiyalarının rən-

garəngliyini də tədris olunan fənn mövzularını nəql edərkən öz 

danışığında  və  inşa  yazılarında  təkmilləşdirib  artırırlar.  Dün-

yagörüşü  geniş, söz ehtiyatı zəngin,  sözlərin leksik  və məcazi 

mənalarını nitqində düzgün əlaqələndirməyi bacaran və dilimi-

zin  qrammatik  quruluşuna  dərindən  yiyələnən,  ədəbiyyat  əsas 

olmaqla digər fənlərdən də mövzuları yaxşı öyrənən, ilk növbə-

də, müəllimləri olmaqla böyüklərin çıxışlarını, radio-televiziya 

verilişləri aparıcılarının nitqini diqqətlə izləyənlərin danışığı öz 

məntiqliyi,  düzgünlüyü  və  rəvanlığı  ilə,  sərbəst,  rahat  ifadə 

olunması ilə diqqəti çəkir. Deməli, nitqin düzgünlüyü və aydın-

lığı,  səlisliyi  və  rəvanlığı,  fikrin  ardıcıllığı  və  məntiqliyi,  söz-

lərin  yerli-yerində  dəqiq  işlənilməsi  bir  daha  göstərir  ki,  nitq 

dilin əməli fəaliyyət formasıdır.  

Azərbaycanın  görkəmli  mütəfəkkirləri,  şair  və  yazıçıları 

nitqin  gözəlliyi,  təmizliyi,  təsirliliyi  və  s.  kimi  cəhətlərindən 

min  ildən  bəri  bəhs  etmələrinə  baxmayaraq  nitq  mədəniyyəti 

dilçilik  fənni  kimi  respublikamızda  yalnız  XX  əsrin  ortala-

rından  formalaşmağa  başlamışdır.  Keçən  əsrin  70-ci  illərində 

Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  Nəsimi  adı-

na  Dilçilik  İnstitutunun  nəzdində  “Nitq  mədəniyyəti”  şöbəsi 

açılmış,  ali  məktəblərin  filologiya  fakültələri  üçün  nitq  mə-

dəniyyəti  məsələlərinə  həsr  edilmiş  dərslik  və  dərs  vəsaitləri 

nəşr  olunmuş,  fənn  kimi  1986-cı  ildən  bəzi  ali  məktəblərin 

tədris planına daxil edilmişdir.  

Nitq  mədəniyyətində  nitqin  düzgünlüyü,  aydınlığı,  tə-

mizliyi,  sadəliyi,  münasibliyi,  rabitəliliyi,  ahəngdarlığı,  imkan 

daxilində ifadəliliyi və s. kimi keyfiyyətlər əsas götürülür. Nitq 

mədəniyyəti  düzgün  və  aydın  danışıb  yaza  bilməyi,  nitqdə 

müxtəlif  dil  vasitələrindən  məqamında,  eyni  zamanda  məqsə-

dəuyğun  şəkildə  istifadə  etməyi,  sözlərin  ədəbi  dilin  orfo-

qrafiya və orfoepiya qaydalarına uyğunluğunu öyrənir. Deməli, 

nitq mədəniyyəti  dilin  lüğət  tərkibinə dərindən bələd olmaqla 

onun  fonetik  və  leksik  sisteminə,  qrammatik  quruluşuna  aid 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə