326
məsi baş verir. Sözlərin bir əşyadan başqasına köçürülməsi, bir
əşyanın əlamətinin onun bir hissəsinin adı ilə verilməsi çoxmə-
nalığa gətirib çıxarır. Sözlərin məcazi məna daşıması bədii-
üslubi mahiyyət daşıyır ki, bunlar obrazlı ifadələrdir. Obrazlıq
yaratmağa xidmət edən məcazlar dilin bədii təsvir vasitələrin-
dən hesab olunur.
Bədii üslub özü də iki yerə bölünür: nəzm üslubu və nəsr
üslubu. Nəzm üslubu dedikdə şeirlə yazılmış əsərlər nəzərdə tutu-
lur. Burada fikirlər, təsvirlər sözlərin özünəməxsus nizamla mis-
ralar daxilində düzülməsi əsasında verilir. Bu üslubda müəyyən
ölçülər gözlənilir: eyni ölçülü səslər bir-birini izləyir, növbə ilə
təkrarlanaraq ahəng və ya ritm yaradır. Misralar eyni ölçüdə ol-
maqla şeirin vəznini müəyyənləşdirir. Əruz vəznində ölçü uzun və
qısa saitlərin növbələşərək onların təkrarı əsasında yaranır. Heca
vəznində isə misraların ölçüsü hecaların sayı ilə müəyyənləşir.
Şeirdə misralar qafiyələnir. Qafiyə misraların sonunda gələn söz-
lərin səs tərkibinə görə bir-birinə uyğun, eyni (və ya oxşar) səslə-
nən hecaları əhatə edir. Şeirdə qafiyə ilə yanaşı rədif, bölgü (mis-
radaxili fasilə), bir cümləni tam və ya onun bir hissəsini özündə
ehtiva edən misralar daxilində olur. Şeir beytlər, yaxud bəndlər
şəklində yazılır. Beyt bir-biri ilə fikrən bağlı olan qafiyəli iki
misradan ibarət olur. Bayatı, ağı, qoşma, gəraylı, təcnis (cığalı və
ayağlı təcnis istisnadır), rübai, tuyuğ dörd misradan ibarət dörd-
lüklər şəklində, müxəmməs, müstəzadlar və s. isə beşlik, altılıq,
yeddilik şəkillərində qurulur. Bədii əsərlər dramatik növdə də
yazılır. Dramatik növün üç janrı vardır: komediya, faciə, dram.
Bu növün əsas xüsusiyyəti əsərdə baş verən hadisələri sürətlərin
(personajların) hərəkəti və danışığı ilə canlandırmaqdır. Dramatik
əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Sürətlərin danı-
şığı dialoq və monoloq şəklində qurulur. Pyeslər daha çox nəsrlə
yazılır. Lakin H.Cavidin, S.Vurğunun, S.Rüstəmin və başqaları-
nın şeirlə yazılmış pyesləri də vardır. Ədəbiyyatımızda dramatur-
giyanın əsasını M.F.Axundzadə öz altı komediyası ilə qoymuşdur.
Faciə janrında N.Nərimanovun, N.Vəzirovun, Ə.Haqverdiyevin
327
gözəl əsərləri
vardır. Sonrakı dövrlərdə C.Cabbarlı, S.Rəhman,
İ.Əfəndiyev, B.Vahabzadə, N.Xəzri, Anar və başqa görkəmli şair
və yazıçılarımız nəzm və nəsrlə bədii cəhətdən bitkin pyeslər yaz-
mışlar. Nəsr üslubunun əsas əlaməti müəyyən bir həyati hadisə və
ya əhvalatın danışıq, nəqletmə yolu ilə təsvir olunmasıdır. Bu
üslubun əsas ifadə üsulu təhkiyədir. Epik növün janrları nağıl, əf-
sanə, lətifə, təmsil, dastan, hekayə, novella,oçerk, povest və ro-
mandır. Bədii üslubda nitq zamanı şəxs öz fikrini daha emosional
çatdırmaq üçün müxtəlif üsullardan istifadə edir. Bu hal, əsasən,
yazılı nitq üçün xarakterikdir. Danışan və yazan dediyi fikrin
emosionallığını, təsir gücünü artırarkən bədii təsvir vasitələrinə,
sintaktik fiqurlara, ən çox da bədii sual, təzad, mübaliğə, kinayə
və təkrirlərə geniş yer verir. Ahəngdarlığın artırılmasında, fikrin
qüvvətləndirilməsində nitqdəki cümlənin başlanğıcında və ya so-
nunda təkrar olunan sözlər (anafora və epifora) diqqəti cəlb edir:
Can deməklə candan can əskik olmaz,
Dostları bir-birinə mehriban eylər. (A.Qurbani)
Ta inki eşitdi vəfati-canan,
Canan,
canan deyib o da verdi
can.
(Q.Zakir)
Ümumiyyətlə, bədii üslub digər üslublardan bir çox cəhətdən,
əsasən də, obrazlılıq cəhətdən fərqlənir. Yazıçılar da bu üslubda
yazdığı əsərlərində dilin axıcı və cəlbedici olmasına, estetik
cəhətən yüksək keyfiyyətlərə cavab verməsinə çalışırlar. Onlar
rəngarəng söz və ifadələrdən, dilin bədii təsvir və ifadə vasitə-
lərindən istifadə etməklə əsərlərinin oxucular tərəfindən maraqla
oxunmasına, zövq və həzz mənbəyinə çevrilməsinə çalışırlar.
Sual və tapĢırıqlar:
1. Nitq üslubları necə yaranır?
2. Yazı üslubu nədir və onun hansı növləri vardır?
3. Bədii üslub nədir?
4. Bədii əsərin xarakterik xüsusiyyətləri və vəzifələri han-
sılardır?
328
5. Bədii təsvir vasitələri dedikdə nə başa düşülür və onlar
ədəbi bədii əsərlərin ifadəliyinə xidmət edirmi?
6. Metafora nə deməkdir və o, dildə necə yaranır?
7. Metonimiya nədir? Metonimiyaya aid bir neçə nümunə
göstərin.
8. Epitet sözünün mənasını deyin, ona aid misallar gətirin.
9. Bədii üslubun növləri hansılardır?
10. Nəzm və nəsr üslubları nə deməkdir?
ÇalıĢma. Bədii ədəbiyyatın müxtəlif növ və janrlarında
işlənmiş epitetləri və təşbehləri tapıb göstərin.
"Şərili", "Bəhməni", "Cəlili", "Cəngi"…
Türkülər dəməti, səslər çələngi…
Sevincin zirvəsi, qəmin zirvəsi (X.R.Ulutürk)
Hər tərəfdən onu fəlakət buludları çulğaladı, axırda onu
qara torpaq altına girməyə məcbur etdi. (C.Cabbarlı)
ÇalıĢma. Yazıçı əşya və hadisələr arasındakı oxşarlığı və
ya fərqi qabarıq şəkildə göstərmək üçün metaforalardan istifa-
də etmişdir. Həmin metaforaları tapın və nəyə işarə edildiyini
göstərin.
Keçdi pəncəmizə gözəl Qarabağ
Öpsün qılıncımı hər qaya, hər dağ
(S.Vurğun)
Həsən də qəlyan çəkər,
Hüseyn də qəlyan çəkər.
Tənbəki bol olanda
Siçan da qəlyan çəkər.
Hamam, hamam içində,
Xəlbir
saman içində
Dəvə dəlləklik eylər,
Köhnə hamam içində (Atalar sözləri)