329
ÇalıĢma. Ad dəyişmə mənasında işlənən sözləri tapın, ha-
disənin, anlayışın adının başqa bir adla necə əvəz edilməsinə
diqqət yetirin:
Ləngərlənən meydana birdən yeni can gəlir,
Azərbaycan, Türküstan, ardınca Turan gəlir. (X.R.Ulutürk)
Ġbrahim xan (yuxudan təlaşla qalxaraq):
- O yandan Türkiyə, bu yandan İran,
Burdan da Rusiya göndərir fərman.
Pozmaq istəyirlər cah-cəlalımı. (S.Vurğun)
ÇalıĢma. Bir tələbənin imtahan ballarını toplaya bilmədi-
yinə görə Akademiyadan xaric olunması haqqında dekanın
adından əmr hazırlayın.
ÇalıĢma. Tədbir keçirilir. Qrup tələbələrinizin iştirakı ba-
rəsində dekana raport verin.
ÇalıĢma. Şeiri ifadəli oxuyun, bədii təsvir və ifadə vasitə-
lərini tapın, ifadəliyin necə yaranmasına diqqət yetirin:
Son payız dayanıb qışa müntəzir,
Otların gözündə gilələnir yaş.
Dağlardan sallanıb apana enir,
Duman yavaş-yavaş, çən yavaş-yavaş.
Ağaclar üsyana qalxıb, bozarıb,
Bircə budaqda da görünməyir bar.
Bağlarda yarpaqlar elə qızarıb,
Deyirsən, indicə alışıb yanar.
Külək xəzəlləri alıb döşünə,
Qovur bağ-baxçanın hər bucağında.
Torpaq da kökündən qopub düşənə,
Yer vermək istəmir öz qucağında.
Gecələr o qədər uzun olubdur,
Deyirsən, bir daha açılmaz səhər.
330
Güllər elə yanıb, elə solubdur
Bir də baş qaldırmaz bahara qədər.
Kimsə yollanmayır tarlaya, çölə,
Sanki təbiətin yuxusu gəlir.
Günəşli günlərin özündə belə,
Havadan yağışın qoxusu gəlir.
Çılpaq budaqlarda qalan yuvalar,
Uzaqdan qaralır bir yumaq kimi.
Çırpına-çırpına əsir gilavar
Hansı bir ağaca qonacaq kimi.
Torpaq həsrətiylə ağlayır bulud,
Çay olur, göl olur gözünün yaşı.
Coşan sellər, sular şahə qalxan at,
Əzir xıncım-xıncım qayanı, daşı.
İsti hava qıtdır, çəkilib göyə,
Geyinib təbiət əskəri paltar.
Payızın möhləti qurtarır deyə,
Uca zirvələrə çilənir ilk qar.
Qar istəyir düzlər, barsız bağlar da,
Çılpaq yerlərini örtsün, gizləsin.
Ağsaqqal qış gəlir, payız dağlarda
Çaşıb qalıb, bilmir, getsin, gözləsin.
(Süleyman Hüseynov. Yaşanmış ömür. Bakı, 2001, səh.51-52)
ÜSLUBĠ VASĠTƏLƏR
Düzgün şifahi nitqə və yazıya yiyələnmək hər bir adamın
arzusudur. Məqsədə çatmaq üçün kiçik yaşlardan dilin fonetik,
leksik və qrammatik normalarını mənimsəmək ilkin şərtdir. La-
kin bu, düzgün nitq üçün kifayət etsə də, gözəl nitq üçün kifa-
331
yət deyildir. Gözəl nitq bacarığı nümayiş etdirmək üçün dilin
daxili quruluşunu, onun qayda-qanunlarını mükəmməl bilmək-
lə dilin üslubi imkanlarına bələd olmaq vacibdir. Nitqin üslubi
cəhətdən düzgün qurulması isə ünsiyyət zamanı onun ahəng-
darlığına, obrazlığına, bədiiliyinə xüsusi qayğı ilə yanaşmaqla,
dilin bədii təsvir və ifadə vasitələrindən konkret məqam və şə-
raitdə yararlanmaq bacarağı ilə reallaşır. Nitq üslubu dil vasitə-
lərindən, onun normalarından məqsədəuyğun istifadə tərzidir.
İndi bu söz daha çox yazı manerası, danıĢıq tərzi anlamında
işlənir. Üslub ayrı-ayrı sənətkarlara, elmi, siyasi, tarixi cərə-
yanlara, bədii janrlara, müəyyən bilik sahələrinə aiddir, buna
görə də hər üslub fərdidir. Gözəl nitq sahiblərinin özünəməxsus
üslubu vardır. Deməli, üslub incəsənət sahələri ilə məşğul olan
hər hansı bir yazıçı, bəstəkar, rəssam və s. kimi sənətkarlar
üçün bədii, musiqi və rəsm əsərləri, janr və cərayanlar üçün sə-
ciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məc-
musudur. Qədim dünyanın ən məşhur alimi və natiqi Aristotel
üslubu nitq mədəniyyəti ilə əlaqələndirmiş, ona yüksək qiymət
vermiş, üslubun nitqin mövzusuna uyğun olmasını əsaslandır-
mışdır. Qədim Romanın məşhur natiqi M.T.Siseron isə demiş-
dir: "Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər
barəsində əzəmətlə, orta səviyyəli işlər haqqında isə yuxarıda-
kılar arasında orta mövqe tutan bir üslubda danışmağı bacar-
sın". (20, səh.37) Dil vahidləri üslubi keyfiyyət qazanmaq üçün
dilin fonetikası, leksikası və qrammatikası çərçivəsində üslubi
çalarlığın yaranmasına xidmət edir. Leksik-semantik, fonetik
və qrammatik normalar dilin quruluşu ilə bağlıdır və nitqin
düzgünlüyünün xidmətindədir, üslub normaları isə nitqin gö-
zəlliyini, ifadəliyini artırır, ünsiyyətin təsirli, mövzuya uyğun-
luğunu və məqsədə müvafiqliyini reallaşdırır.
Dil vahidlərinin üslubiyyatı aşağıdakı qruplara bölünür:
1. Fonetik üslubiyyat.
Fonetikanın nitqdə kəsb etdiyi üslubi keyfiyyətlərdən ən
başlıcası ahəngdarlıqdır. Ahəngdarlıq nitqin səlisliyi, axıcılığı,
332
təbiiliyi deməkdir. Nitq məhz bu keyfiyyətlər hesabına dinləyi-
cilərə və oxuculara xoş təsir bağışlayır, oxunarkən göz oxşayır,
eşidilərkən qulaqlarda xalq musiqisi, muğamlar kimi gözəl səs-
lənir. Əlbəttə, bunun əsas səbəbi dilimizin sait səslərinin çoxlu-
ğudur ki, bu hesaba açıq hecaların üstünlüyü səslənmənin, sə-
danın, avazın ahəngdarlığına əvəzsiz təsir göstərir. Dilimizdəki
doqquz sait və dörd sonor samitin yaratdığı harmoniya nitqdə
avazlı, musiqili tonu gücləndirir.
Atalar sözündən (Ağ gün adamı ağardar, qara gün qaral-
dar; Ağzı aşa yetişəndə, başı daşa yetişər; Asta elə, usta elə);
xalq mahnılarından (Araz üstə, buz üstə; Kabab yanar köz üstə.
Qoy məni öldürsünlər, Bir ala göz qız üstə); bayatılardan (Belə
bağlar; Dost başın belə bağlar; Bülbül ağlar, gül açmaz, Veran-
dı belə bağlar), “Kitabi-Dədə Qorqud”dan başlayaraq İ.Nəsimi,
Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.F.Axundzadə, A.Ələsgər,
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyli, M.Şəhriyar,
S.Vurğun, M.İbrahimov, İ.Əfəndiyev, B.Vahabzadə, X.R.Ulu-
türk və başqa onlarla, yüzlərlə söz sənətkarının nəzm və nəsr
əsərlərində, pyeslərdə, faciələrdə, komediyalarda, mənsur şeir-
lərdə alınma sözlərdə saitlərin uzun tələffüzü, səs uyuşması, səs
artımı ([ayilə], [Ģeyir]), səs düşümü ([nefçi], [dos köməyi]),
milli sözlərdə iki saitin, iki və ya üç samitin yanaşı işlənə bil-
məməsi, çoxhecalı sözlərin sonunda cingiltili samitlərin karlaş-
ması ([kənt], [kitap], [gəĢənk]), söz daxilində iki kar samitdən
birinin cingiltiləşməsi ([hətda], [asdar], [seçgi]), həmcins
üzvlü cümlələrdə şəkilçilərin və hissəciklərin ixtisarı (“Kəndə
yaxınlaşdıqca evlər seçilir, yollar ağarır, adamlar görünürdü”),
tabesiz mürəkkəb cümlələrdə axırıncı xəbərin ixtisarı (Ağac
acı, can şirin; Ağın adı olur, qaranın dadı; At mənimdir, don
geyənin), ahəng qanunu, vurğu və s. kimi fonetik vasitələr nitq-
də ahəngdarlıq yaradır, intonasiya, fasilə, səsin tembri, ritm və
s. nitqin rəvanlığına səbəb olur. Azərbaycan dilinə musiqili dil
deyənlər məhz bunları nəzərdə tutur.
Dostları ilə paylaş: |