1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə116/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   112   113   114   115   116   117   118   119   ...   128

 

 

357 



6. Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə (idarə, təşki-

lat) rəhbəri verir, onu ən azı iki məsul şəxs (əsasən, həmkarlar 

təşkilatının  sədri,  şöbə müdiri) imzalayır, müəssisənin  möhürü 

ilə təsdiqlənir və verilmə tarixi qeyd edilir. 



 

Nümunə: 

 

Xasiyyətnamə 

 

Verilir  1999-cu  il  noyabr  ayının  30-da  Lənkəran  rayonu-



nun  Digah  kəndində  anadan  olmuş,  azərbaycanlı,  orta  təhsilli, 

bitərəf Əyyub Etibar oğlu Pirverdiyevə.  

Pirverdiyev  Əyyub  Etibar  oğlu  2016/2017-ci  tədris  ilində 

Azərb. DBTİA-ya daxil olmuş, I kursun kredit ballarını vaxtın-

da  yüksək  səviyyədə  toplamış  və  hazırda  II  kursda  (qrup  TA 

17-10)  oxuyur.  Bu  müddət  ərzində  özünü  tərbiyəli,  ünsiyyətli 

və  nəzakətli  bir  tələbə  kimi  göstərmiş,  dərin  bilik  nümayiş 

etdirərək  tələbə  yoldaşlarının  və  professor-müəllim  heyətinin 

dərin rəğbətini qazanmışdır. O özünün intizamı ilə həmişə yol-

daşlarına  nümunə  olmuş,  heç  vaxt  dərslərə  gecikməmiş  və 

üzürsüz  səbəbdən  dərs  buraxmamışdır.  Qrupun  nümayəndəsi 

kimi  kollektivin  ictimai  həyatında  da  fəal  iştirak  edir,  dekan-

lıqla  və  tələbə  həmkarlar  ittifaqı  ilə  əlbir  işləməyi  xoşlayır. 

Milli vətənpərvərlik mövzusunda hazırladığı məruzə (elmi rəh-

bəri  professor  Məmməd  Nəsrullayev)  tələbələrin  illik  praktik 

konfransında birinci yerə layiq görülmüş, məruzənin tezisi nəşr 

olunmaq  üçün  Akademiyanın  elmi  hissəsinə  götürülmüşdür. 

Pirverdiyev indiyə qədər heç bir inzibati cəza almamışdır. 

 Xasiyyətnamə  Azərbaycan  Respublikası  Gənclər  və  İdman 

Nazirliyinin "Gənclərlə iş" şöbəsinə təqdim edilmək üçün verilir. 



 

"Təkmübarizlik" fakültəsinin dekanı: (imza) A.A.S. 

Azərb.DBTĠA Tələbə Həmkarlar Ġttifaqı 

Komitəsinin sədri: (imza) A.A.S. 

 

26 fevral 2017-ci il 

*** 


 

 

358 



12. HESABAT 

 

"Hesabat" ərəbcə "hesab" sözünün cəmi olmaqla müəy-

yən  tapşırığın  yerinə  yetirilməsi  və  ya  görülmüş  işin  nəticəsi 

haqqında  məsul  şəxsə,  təşkilata  yazılı  və  ya  şifahi  şəkildə 

verilən rəsmi məlumatdır. Hesabat inandırıcı olmalı, faktlar və 

rəqəmlər dəqiq göstərilməlidir.  

Hesabatın əvvəlində onu yazan şəxsin (kollekivin, təşkila-

tın) kimliyi haqqında qısa məlumat qeyd edilir, altındakı sətrin 

ortasında böyük hərflərlə "hesabat" sözü yazılır, sonrakı sətirdə 

abzasdan hesabatın mətni verilir. Mətndən sonra imza qoyulur 

və tərtib edildiyi tarix göstərilir. 



 

Nümunə: 

 

Azərb.DBTĠA-nın  "Təkmübarizlik" 

fakültəsi  TA  17-04-cü  qrupun  (II  kurs) 

tələbəsi  Eyvaz  Nəriman  oğlu  Musayevin 

2017-ci  il  yanvar  ayının  25-dən  fevral 

ayının 15-dək Türkiyənin Antalya kurort 

Ģəhərində  təlim-məĢq  toplanıĢında  iĢtirak 

etməsi haqqında 

 

Hesabatı 

 

Göstərilən tarixdə biz - "İnter" futbol klubunun gənclərdən 



ibarət  komanda üzvləri  yanvar ayının 25-də səhər saat  10

00

-da 



Antalya şəhərinə avtobusla  yola düşdük. Səhəri  gün,  yanvarın 

26-da günün ikinci yarısı saat 18

00

-da orada olduq. Həmin gün 



oteldə  gecələdik.  Yanvarın  27-dən  31-nə  kimi  hər  gün  günün 

birinci  və  ikinci  yarısında  məşqçimiz  Gəray  Qarayevin 

başçılığı  altında  4-5  saat  məşq  edirdik.  Fevralın  2-də  və  6-da 

şəhərin  birinci  divizyonunda  çıxış  edən  "Urfaspor"  və 

"Şannıspor"  komandaları  ilə  yoldaşlıq  görüşləri  keçirtdik,  3:2 

və 3:1 hesabları ilə qələbə qazandıq. Hər iki matçda mən də qol 




 

 

359 



vurdum.  Fevralın  12-nə  kimi  şəhərin  görməli  yerlərinə  səya-

hətə  çıxdıq,  muzeylərə  baş  çəkdik.  Yaxşı  dincəldik.  Fevralın 

13-də  məktəblilərdən  ibarət  yerli  komanda  ilə  görüşdük,  6:2 

hesablı qələbə qazandıq. 

Fevralın  14-də  təcrübə  mübadiləsi  aparmaq  məqsədilə 

"Qazanspor" komandasının  məşq  bazasında olduq,  "sol  ayaqla 

zərbə  taktikası"  mövzusunda  seminarda  iştirak  etdik.  Fevralın 

15-də İstanbuldan təyyarə ilə Bakıya uçduq. 



 

Ġmza: E.N.Musayev 

16.02.2017 

 

*** 



 

13. XƏBƏRDARLIQ 

 

"Xəbərdarlıq" sözü ərəbcə "xəbər" (məlumat, bilgi), farsca 

"dar" (malik olan) sözlərindən və azərbaycanca-lıq şəkilçisindən 

düzəlmişdir,  "xəbəri  olmaq",  "xəbər  vermək"  mənasındadır. 

Xəbərdarlıq, əsasən idarə, təşkilat və ya müəssisələrdə xətaya yol 

vermiş,  qəbahət  etmiş  şəxsə  bir  daha  belə  işləri  təkrar  etməmək 

üçün verilir. O, yazılı və ya şifahi göstərişdir.  

Xəbərdarlıq intizam tənbehi hesab edilməsə də, nəticəsi ol-

madıqda  həmin  şəxsə  töhmət  verilir.  Nizam-intizama  zidd  hə-

rəkətlərə görə edilən xəbərdarlıq məktəblilərə, tələbələrə aiddir. 



 

Nümunə: 

 

ADBTĠA-nın "Ġdman oyun növləri" fakültəsi üzrə 

 

Xəbərdarlıq 

 

31 mart 2017-ci il  

 

 

   Bakı Ģəhəri, №3 

 

30 mart 2017-ci il tarixdə 401 nömrəli auditoriyada mobil 

telefonlarla  dərsin  gedişinə  mane  olduqlarına,  intizamsızlıq 

törətdiklərinə görə adları çəkilən tələbələrə xəbərdarlıq edilsin: 

1. Əşrəfov Mövsüm Hidayət oğlu - qrup OA 17 - 03 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə