1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə117/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   113   114   115   116   117   118   119   120   ...   128

 

 

360 



2. İsmiyev Xəqan Mirzə oğlu - qrup OA 17 - 03 

3. Namazov Əfsər Göyüş oğlu - qrup OA 17 - 04 

"İdman oyun növləri" fakültəsinin dekanı: (imza) A.A.S. 

 

*** 



 

14. ĠZAHAT 

 

"Ġzahat"  ərəb  mənşəli  "izah"  sözünün  cəm  formasıdır, 

bir  işi,  məsələni,  hadisəni  "açıqlama",  "məlumat  vermə" 

anlamında  işlədilir.  İzahat  müdiriyyətin,  vəzifəli  şəxsin  tələbi 

əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər.  

Vərəqin  sol  tərəfində  5-6  sm  yer  buraxmaqla  izahatın 

ünvanlandığı  şəxsin  vəzifəsi,  adı  və  soyadı  göstərilir.  Yeni 

sətirdən  abzasdan  izahat  verənin  kimliyi,  adı  və  soyadı  qeyd 

olunur.  Yenidən  abzasdan  vərəqin  ortasında  böyük  hərflərlə 

"İzahat"  sözü  yazılır.  2  sm  yer  buraxmaqla  sətirbaşından  iş, 

hadisə  haqqında  ətraflı  açıqlama  verilir.  Sonda  izahat  verən 

imzasını qoyur, altından tarixi qeyd edir. 

 

Nümunə: 

 

Azərb.  DBTĠA-nın  "Ġdman  oyun 

növləri" fakültəsinin dekanı A.A.S.-ə 

fakültənin  II  kurs  OA  17-01-ci 

qrupun  nümayəndəsi  Nuru  Hacı 

oğlu Əhmədovdan 

 

Ġzahat 



 

29  noyabr  2016-cı  il  tarixdə  ikinci  növbənin  üçüncü 

saatında  (saat  17

00

-da)  biz  412  nömrəli  auditoriyada 



pedaqogika  dərsi  keçərkən  pəncərə  açıq  olduğundan  qəfildən 

əsən  güclü  külək  təzyiqlə  içəri  daxil  oldu,  çərçivəyə  möhkəm 




 

 

361 



bərkidilməmiş  qapını  vurub  qırdı.  Bu  hadisədə  tələbələrimizin 

birbaşa  günahı  yoxdur.  Bunu  həmin  vaxt  bizə  dərs  deyən  baş 

müəllim Əli Məmmədov da təsdiq edə bilər. 

Ġmza:Əhmədov N. H 

30.XI.2016-cı il 

*** 

 

15. QƏBZ 

 

Mən, "İdman oyun növləri" fakültəsinin I kurs OR 17-1-ci 



qrupun  nümayəndəsi  Qəhrəmanova  Aynur  Kamran  qızı 

Akademiyanın  oxu  zalından  məşğələ  zamanı  tələbələrin 

istifadə  etməsi  üçün  25  (iyirmi  beş)  ədəd  "İngilis  dili"  (Bakı, 

2016, İ hissə) dərsliyi götürdüm. 



 

Ġmza:Aynur Qəhrəmanova 

26 fevral 2017-ci il 

*** 

 

16. MƏQALƏ 

 

Çempionla görüĢ 

 

Bu günlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman 

Akademiyasında  Olimpiya  və  iki  dəfə  dünya  çempionu  Fərid 

Mansurovla  tələbə  və  müəllimlərin  görüşü  keçirilmişdir. 

Görüşdə  Fərid  Mansurovla  yanaşı  Olimpiya  çempionu  Elnur 

Məmmədli,  dünya  və  Avropa  çempionu  Rövşən  Bayramov, 

Avropa çempionu Həsən Cəbrayılov da iştirak edirdilər ki, bu 

da  tələbələrin  böyük  marağına  səbəb  olmuşdu.  Akademiyanın 

idman  işləri  üzrə  prorektoru,  professor  D.Q.Quliyev  F. 

Mansurovun  həyatından,  müxtəlif  illərdə  dünya  və  Avropa 

çempionatlarında,  xüsusən  XXX  Olimpiya  oyunlarında 

apardığı  mübarizədən  olduqca  maraqlı  epizodlar  danışdı.  O, 

yazmış olduğu kitabda, eləcə də xaricdə çap olunmuş qəzet və 

jurnallarda Fərid haqqındakı fikirləri nəzərə çatdırdı. 




 

 

362 



 Akademiyanın  “Güləşmə  və  onun  metodikası”  kafedrası-

nın  müdiri,  professor  A.A.S.,  kafedranın  müəllimlərindən  do-

sentlər  C.Yaqubov,  İ.Abdulqədirov  və  başqaları  çempionun 

uğurlarının  tələbələrimiz  üçün  örnək  olmasını  vurğuladılar. 

Sonda  Fərid  Mansurov  çıxış  edərək  gələcək  planlarından 

danışdı və tələbələrlə xatirə şəkli çəkdirdi. 



 

Nüsrət Məmmədli, 

"Ġdman təkmübarizliyi" fakültəsinin tələbəsi 

 

*** 


 

17. MƏLUMAT 

 

Məlumat ərəb mənşəli "məlum" sözünün cəm formasıdır, 

aydın,  aĢkar,  bilinən mənasındadır.  Hər  hansı  bir  xəbər  haq-

qında bildiriş xarakteri daşıyır. Elanlar lövhəsində bir vərəqdə 

yazılır, məlumatı rəsmi şəkildə çatdırmaq məqsədi daşıyır. 

*** 


Nümunə: 

 

Məlumat 

 

Azərb. DBTĠA-nın bütün əməkdaĢlarının, müəllim və 

tələbələrin nəzərinə 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  26  fevral 

2010-cu  il  tarixli  qərarı  ilə  Novruz  bayramı  20-27  martda 

keçiriləcəkdir və həmin günlər iş günü hesab edilmir. 



Tədris hissəsi 

*** 


 

18. MÜQAVĠLƏ 

 

"Müqavilə"  ərəb  mənşəli  söz  olub,  "qarĢılıqlı  razılaĢ-

ma",  "anlaĢma"  deməkdir.  Məzmununa  görə  müqavilənin 

müxtəlif  növləri  vardır:  sülh  müqaviləsi,  ticarət  müqaviləsi, 

təhsil müqaviləsi, icarə müqaviləsi və s.  



 

 

363 



Müqavilələr  müəyyən  şərtlərlə  bağlanır  və  hər  iki  tərəfin 

nümayəndələri  tərəfindən  təsdiqlənir.  Müqavilə  tərəflərin 

imzalandığı  gündən  qüvvəyə  minir  və  nəzərdə  tutulmuş  vaxta 

qədər qüvvədə qalır. Müqavilələr dörd nüsxədə tərtib edilir və 

hər tərəfdə eyni qüvvəyə malik 2 nüsxə saxlanılır. 

 

Nümunə: 

 

Müqavilə 

 

Bakı Ģəhəri  

 

 

 

12 mart 2017-ci il  

 

Biz,  aşağıda  imza  edənlər-sonradan  "Nicat"  adlanacaq 



ticarət  kompleksinin  direktoru  Y.Ə.Nuriyev  və  gələcəkdə 

"İcarəçi" adlanacaq satış birliyinin direktoru C.N.Hüseynli belə 

bir müqavilə bağladıq: 

1. Bakı şəhəri H.Ə.Əliyev küçəsi-89, 1-ci mərtəbə, 105 kv 

metr  sahəsi  olan  otaqları  satış  müəssisəsi  yaratmaq  məqsədilə 

"Nicat"  ticarət  kompleksi  "İcarəçi"yə  kirayəyə  verir,  "Nicat" 

isə kirayə götürür. 

2.  Kirayə  müddəti  müəyyənləşdirilib:  02.03.2017-ci  ildən 

02.03.2020-ci ilə qədər. 

3. Tərəflərin razılığına görə kirayə haqqı hər kvadrat metr 

üçün 20 (iyirmi) manatdır. 

4. Bu müqavilədə göstərilən hüquqların başqasına verilmə-

si yalnız "Nicat"ın qeyd olunmuş yazılı razılığı ilə mümkündür. 

5.  "İcarəçi"  hər  rübün  birinci  ayının  10-a  qədər  rüblük 

kirayə haqqını ödəməlidir. 

6. Müqavilə iki nüsxədə imzalanmaqla biri "Nicat"a, digəri 

"İcarəçi"yə verilir. 

Tərəflər: 

"Nicat" ticarət kompleksi  

Bakı şəhəri, H.Əliyev küçəsi-89, 

Hesab 9876543  

və Bakı, H.Cavid prospekti-156,  

Hesab 3210567 mərkəzi bank 

Ticarət kompleksinin sahibi: (imza) Y.Ə.Nuriyev 

"İcarəçi"nin müdiri: (imza) C.N.Hüseynli 

*** 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə