372
N.P.Həsənovanın dəftərxana şöbəsinin
müdiri vəzifəsinə təyin edilməsi haqqında
Azərbaycan DBTİA rektorunun
Sərəncamı
Ştat cədvəlinə uyğun olaraq qərara alıram: Nina Petrovna
Həsənova Akademiyanın dəftərxana şöbəsinin müdiri təyin
edilsin.
Azərb. DBTĠA-nın
rektoru (imza) A.A.S.
10 yanvar 2017-ci il
* * *
26. TELEFONOQRAM
"Telefonoqram" yunanca tele(uzaq), fone(səs), qramme
(yazı) sözlərinin birləşməsindən düzəlmişdir. Müəyyən bir
məlumatı, hadisəni telefonla lazımi yerə çatdırmaq üçün
telefonoqramdan istifadə olunur.
Telefonoqrama verilən tələblər:
1. Telefonoqramın nömrəsi göstərilməlidir;
2. Telefonoqramın nə məqsədlə vurulması yazılmalıdır;
3. Çağırılan yerin ünvanı, tarix və saat dəqiq göstərilməlidir;
4. Telefonoqramı göndərən və qəbul edən şəxslər vəzifə-
sini, ad və soyadlarını, telefon nömrəsini, ayın tarixini dəqiq
yazmalıdırlar;
Nümunə:
Telefonoqram №5
Azərb. DBTİA-nın gimnastika kafedrasının müdiri A.A.S.-ə
Sizin, Bakıda 2017-ci il may ayının 28-də keçiriləcək bədii
gimnastika üzrə dünya çempionatının mərhələ yarışlarında
beynəlxalq dərəcəli iki hakimlə Heydər Əliyev adına İdman-
Konsert Kompleksində olmağınız qərara alınmışdır.
373
Yarışlar 28 may 2017-ci il saat 10
00
-da başlanır.
Azərbaycan Respublikası Gimnastika Federasiyası.
Telefonoqram Gimnastika Federasiyasının baş katibi
F.Qayıbov tərəfindən 16 may 2017-ci il saat 10
30
dəqiqədə
vuruldu.
Tel: 493-95-00
Telefonoqramı qəbul etdi: Azərb. DBTİA gimnastika
kafedrasının dosenti A.A.S.
16 may 2017-ci il saat 10
40
dəqiqədə. Tel: 564-89-72
***
27. TELEQRAM
"Teleqram" yunanca tele (uzaq), qramme (yazı) söz
birləşmələridən yaranmışdır, "uzağa köçürmə" mənasındadır.
Teleqram vasitəsilə müəyyən məlumat və ya müəyyən
miqdarda pul uzaq məsafəyə təcili çatdırılır.
Teleqramın yazılış forması:
1. Şəxsin ünvanı, adı və soyadı dəqiq göstərilməlidir;
2. Teleqramın məzmunu yığcam və aydın yazılmalıdır;
3. Rəqəmlər hərflərlə ifadə olunmalıdır.
Nümunə:
Teleqram
Tovuz rayonu, Quşçular kəndi, Təzəxan müəllim Sultanova
Sizi Novruz bayramı münasibətilə təbrik edir, Sizə uzun
ömür, can sağlığı və işlərinizdə uğurlar arzulayıram.
Çingiz Əlibəyli
keçmiş qrup yoldaşınız
***
374
28. TƏQDĠMAT
"Təqdimat" ərəb mənşəli "təqdim" sözünün cəm forma-
sıdır. Təqdimatda yuxarı vəzifəli şəxs qarşısında hər hansı bir
məsələni qaldırmaq, ona müraciət etmək, kiməsə mükafat və ya
müəyyən vəzifə vermək nəzərdə tutulur.
Nümunə:
Azərbaycan
Milli
İdman Növləri
Assosiasiyası və Azərbaycan Zorxana
İdman Federasiyasının prezidenti cənab
X.K.Qurbanova
Azərbaycan
Respublikası Güləşmə
Federasiyasının məşqçisi A.Cəfərovdan
Təqdimat
13-17 dekabr 2017-ci il tarixdə Almaniya Federativ Res-
publikasının Frankfurt şəhərində Zorxana və pəhləvani güləşi
üzrə 18 ölkənin iştirak etdiyi II Avropa çempionatı keçiril-
mişdir. Dünya xalqlarının milli güləşmə idmanı üzrə keçirilən
bu çempionatda ölkəmizi İ Dünya Kubokunun qalibləri olan
güləşçilərimiz layiqincə təmsil etmişlər. İdmançılarımız
pəhləvan güləşi, kəbbadə, çərxi surət, çərxi çəməni, mil bazı və
kom növləri üzrə qazanılan qızıl medalların sayına, eləcə də
komandalı və fərdi hərəkətlərin cəminə görə Avstriya, Belçika
və Almaniya kimi ölkələrin komandalarını geridə qoyaraq
ümumi komanda hesabında birinci yeri tutmuşdur.
Qızıl medallar əldə etmiş bu idmançılardan nümunəvi
davranış, bacarıq və böyük əzmkarlıq göstərmiş adları çəkilən
üç güləşçiyə əmrlə təşəkkür və pul mükafatı verməyinizi xahiş
edirəm:
1. Cavadov Vüsal Yaşar oğlu
375
2.Qurbanov Vüqar Ağayusif oğlu
3. Orucov Xəyyam Hüseyn oğlu
Azərbaycan Respublikası Güləşmə
Federasiyasının məşqçisi: (imza) A.Cəfərov
20 dekabr 2017-ci il
***
29. TƏLƏBNAMƏ
"Tələbnamə" ərəb mənşəli tələb (istəmə, tələb etmə) və
fars mənşəli namə (yazı, məktub) sözlərinin birləşməsindən
yaranmışdır. Bir şeyin tələb edilməsi, bir işin görülməsi, müəy-
yən şeyin istənilməsi və ya bir adamın sərəncama göndərilməsi
haqqında yazılı rəsmi xahişdir.
Nümunə:
Bakı şəhər Təhsil İdarəsinin müdiri cənab T.Ə.İsmayılova
Bakı şəhəri 158 saylı məktəbin direktorundan
Tələbnamə
Məktəbdə bədən tərbiyəsi dərslərini səmərəli keçirmək
üçün aşağıda adları çəkilən inventarın alınmasına maliyyə
vəsaiti ayrılmasını xahiş edirik:
1. Futbol topu - 5 ədəd
2. Güləşmə xalçası - 2 ədəd
3. Voleybol toru - 1 ədəd
4. Stolüstü tennis kompleksi - 1 ədəd.
Nəsimi rayonu 158 saylı ümumtəhsil
orta məktəbin direktoru: (imza) A.A.S.
6 mart 2017-ci il
***
Dostları ilə paylaş: |