380
Nümunə:
Töhmət
Azərb. DBTİA üzrə
Əmr
29 aprel 2017-ci il
Bakı şəhəri, №8
1. "İdman oyun növləri" fakцltəsinin OA 16-10-cu qrup
tələbələrinə icazəsiz ardıcıl iki gün üçüncü dərsdən getdiklərinə
görə töhmət elan edilsin.
2. "Əmr" Akademiyanın bütün qruplarında oxunsun.
Əsas: "İdman oyun növləri" fakültəsinin dekanı A.A.S.-in
məlumatı.
ADBTĠA-nın rektoru: (imza) A.A.S.
* * *
35. VƏKALƏTNAMƏ
Vəkalətnamə "birdəfəlik etibarnamə" olub vəsiyyətna-
mə, etibarnamə kimi əqdin (bağlama, tərtib etmə, təĢkil
etmə) bir növüdür. Qiymətli bir əşyanı müəyyən yerdən almaq
üçün lazımi şəxsə verilən sənəddir. Vəkalətnamə vəkil edilən
şəxsin adına yazılarkən imza qoyulur və müəssisənin möhürü
ilə, yaxud notarius tərəfindən təsdiq olunur. Yalnız şəxsiyyət
vəsiqəsi ilə etibarlıdır.
Nümunə:
Vəkalətnamə
Mən, Masallı rayonu Şərəfə kənd sakini İzzət Adəm oğlu
Seyfullayev adıma göndərilmiş qiymətli bağlamanı mərkəzi
poçtdan almağı oğlum Fərhad İzzət oğlu Seyfullayevə (Şəxsiy-
381
yət vəsiqəsi AZE seriya №09876543, 16 dekabr 2015-ci ildə
Masallı rayon DPŞ tərəfindən verilib) etibar edirəm.
Ġmza: Ġzzət Seyfullayev
20 dekabr 2017-ci il
Ġzzət Seyfullayevin imzasını təsdiq edirəm:
Masallı Dövlət Notariat
kontorunun müdiri: imza/A.A.S./ və möhür:
***
36. ZƏMANƏT
"Zəmanət" ərəb mənşəli sözdür, "zamin olma", "öhdə-
sinə götürmə" mənasındadır. Hüquqi sənəd olan zəmanət
əsasında məhkəmə, prokuror və ya müstəntiq müttəhimi azad
edə bilər. Zəmanət əmək kollektivləri və ictimai təşkilatlar
tərəfindən hüquq mühafizə orqanlarının adına yazılır.
Nümunə:
Zəmanət
Bakı şəhəri, Baş polis İdarəsinin müstəntiqi İlyas Həsən
oğlu Kərimova
9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 12, mənzil 26-da
yaşayan 14 yaşlı (2002-ci il təvəllüdlü), 37 saylı məktəbin VIII
sinfində oxuyan oğlum Əvəz İlham oğlu Nağıyevin üç nəfər
sinif yoldaşı ilə avtomobil qaçıraraq əyləndikləri haqqında
məlumatı aldım. Məlumata qədər bu barədə xəbərim olmayıb.
Məktəb rəhbərliyinin iştirakı ilə keçirilən yığıncaqda və
evimizdə olan söhbətdə oğlum Əvəz söz vermişdir ki, bir də
382
heç vaxt belə hadisəyə yol verməyəcəkdir. Mən öz adımdan
söz verir və zamin dururam ki, oğlum Əvəz bir daha belə
xoşagəlməz hallara - kiçik dələduzluğa yol verməyəcəkdir.
İmza:Ġlham Teymur oğlu Nağıyev
Əvəz Nağıyevin valideyni
23 may 2017-ci il
Sual və tapĢırıqlar:
1. Rəsmi-kargüzarlıq üslubu nədir, onun elmi üslubdan
fərqi nədədir?
2. Rəsmi sənədlər üçün səciyyəvi cəhətlər hansılardır?
3. İşgüzar üslubda bədii obrazlığa, ekspressivlik və emo-
sionallığa yer verilirmi?
4. İşgüzar üslubun əsas xüsusiyyətləri hansılardır?
5. Ştamp və ya standart söz-ifadələr nəyi nəzərdə tutur?
6. Əməli yazı nümunələri kimlərdən kimə yazılır?
7. Əməli yazıya aid sənədlərin adlarını xatırlayın, bir
neçəsinin yazılma forması haqqında məlumat verin.
8. Nitqin düzgünlüyü, dəqiqliyi hamıdan tələb olunur. Bəs
ifadəlik necə? İfadəli nitq kimlərə aiddir?
9. Hansı nitq təmiz sayılır? Nitqin təmizliyi ədəbi dilin
normalarına əsaslanmaq əsasında, yoxsa dil vasitələrinin təhrif
olunmaması hesabına təmin olunur?
10. Hansı hallar nitqin yığcamlığına mənfi təsir göstərir,
oxucu və dinləyiciləri yorur?
ÇalıĢma. Oxuduğunuz bir kitab (roman, dərslik, dərs və-
saiti) haqqında annotasiya yazın, əvvəlcə sözün mənasını, son-
ra onun formasını qısaca izah edin.
ÇalıĢma. Qrupunuzda bir məsələ barəsində iclas keçirilib.
İclasın protokolunu yazın.
ÇalıĢma. Mətndə arxaizmləri tapın, necə başa düşdüyünü-
zü söyləyin:
383
... Şeyx Şəban yağış yağanda sel gətirən köhnə başmaqları,
çustları, çəkmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz
qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan satardı. Baharda,
yayda abaya bürünərdi. Plov olmayan günü hökmən gərək bir
abbasılıq ət alıb göndərəydi evə, ta arvad abgüşt bişirsin. Gül-
süm xala yaxşı çöp ötürərdi, noxud falı açardı, boğaz basardı.
Şeyx Şəbanın atası da başmaqçı idi. Gülsüm cəld başını yastıq-
dan qalxızıb durdu ayağa:
- A kişi, daha durginən, azanın vaxtı keçir.
- Bu saat durram, çay hazırdırmı? (Ə. Haqverdiyev. "Şeyx
Şəban" hekayəsindən)
ÇalıĢma. Hazırda yaşadığınız ünvana deyil, anadan oldu-
ğunuz yerə göndərilmiş qiymətli bağlamanı alıb gətirmək üçün
bir nəfərə vəkalətnamə yazın.
AĠLƏ-MƏĠġƏT ÜSLUBU
Bəzən məişət, bəzən də danışıq üslubu adlandırılan ailə-
məişət üslubu müəyyən mənada sərbəst üslubdur. Burada canlı
danışıq dili üstünlük təşkil edir. Bu üslub digərlərindən ayrı-
ayrı sözlərə, onların tələffüzünə, söz sırası və s. cəhətlərə görə
fərqlənir, burada terminlərə, poetik sözlərə, bədii ifadə və təsvir
vasitələrinə geniş yer verilmir.
İctimai yerlərdə olmasa da, adamları danışıq üslubunda
ləqəbi ilə adlandırırlar; At Balaxanım, Cin Hüseyn, Gömbul
Ələsgər, Gomuş Vəli, Lal Vəkil və s. kimi ləqəbi ilə adlandırı-
lan adamlar çox vaxt bir-birindən məhz bu ayamalarla öz adaş-
larından fərqləndirilir. Yazıçılar bədii üslubda, xüsusən, mənfi
sürətlərin adlarında bu üsuldan istifadə edirlər. Məsələn: M.
İbrahimovun "Böyük dayaq" romanında Yarməmməd, Lal
Hüseyn, Yastı Salman kimi obrazlar təkcə adları ilə özlərini
tanıtmırlar, həm də öz nitqləri ilə
məişət üslubuna xas dolaşıq
Dostları ilə paylaş: |