391
idarə rəhbərliyinə) şamil edirlər. Müraciət olunanda "müəl-
lim" sözü şəxsin adı ilə birlikdə işlədilir: Ramiz müəllim,
Müslüm müəllim, Rövnəq müəllim, Nailə müəllimə və s.
Hazırda məsul vəzifəli şəxslərə yaxın adamlarından fərqli ola-
raq geniş ictimaiyyət "cənab" sözünü həmin şəxsin soyadı ilə
birlikdə işlədir. Cənab Abdullayev, cənab Məmmədov, cə-
nab səfir, cənab hakim, cənab nazir, cənab Misir müəllim,
möhtərəm ġeyx həzrətləri və s. rəsmi məqamlarda geniş iş-
ləklik qazanmışdır. Təkcə ölkə prezidentinə deyilən "möhtə-
rəm Ġ.Əliyev cənabları" (cəm şəkildə) müraciət etiketi
işləkdir.
Hazırda xalqımızın səmimi şəkildə yaşa, qohumluğa, rəsmi
münasibətlərə yanaşması nəticəsində əziz, hörmətli, çox hör-
mətli, xüsusi hallarda möhtərəm sözləri üstünlük qazanır. Ailə
qohumluğu olmayan adamlar bir-birinə "siz" deyə müraciət
edirlər. Ailədə, yaxud bacı, qardaş əlaqələri olan adamlar yaş-
dan və vəzifədən asılı olmayaraq bir-birinə "sən" deyə müra-
ciət edirlər: - Ata, sən…; Əmi, səni atam çağırır; Dayı, anam
səni görmək istəyir və s. Belə situasiya və məqamlar istisna
olmaqla, qalan hallarda "sən" forması məqbul sayılmır, xüsu-
sən, vəzifəli və ya orta yaşdan yuxarı olan adamlara bu sözlə
müraciət etdikdə onlar bunu özlərinə qarşı kiçiklik, hörmətsiz-
lik sayır, nəzakətsizlik kimi qiymətləndirirlər. İctimai yerlərdə
gədə, qağa, a kiĢi, ay arvad, lələ, lələĢ kimi müraciət formala-
rını da münasib saymaq olmaz. Müəllimlər şagird və tələbələrə
eyni sözlərlə müraciət etməməlidirlər. Şagirdlərə oğlum,
qızım, əzizim kimi müraciət olunması təbii qarşılansa da, ali
məktəb tələbələrinə belə müraciət lazimi effekti vermir. Onlara
"Siz", "siz, tələbə filankəsov" deyilərsə həm nəzakətli, həm
də hörmətli olar. Valideyinlərin öz övladlarına, yaxınlarına,
ərki çatdığı yeniyetmə qızlara qızım, gülüm, ceyranım, göyər-
çinim, gözümün iĢığı, Ģirin Ģəkərim, oğlanlara isə oğlum,
əzizim, evimin yaraĢığı, ömrüm-günüm, qadan alım, qoçaq
balam və s. kimi əzizləmə mənalı, könül oxşayan, qəlbə sığal
392
çəkən söz və ifadələrlə müraciəti şərait və məqamından asılı
olaraq münasib sayılmalıdır. Qadınlara yaşından asılı olmaya-
raq "xanım", kişilərə isə sadəcə olaraq adından sonra "kiĢi"
sözünü işlətmək məqbuldur. Əgər bu şəxslərin sənəti, peşəsi
məlumdursa, adından sonra müəllim, həkim (doktor), bəzi
məqamlarda addan əvvəl mühəndis, geoloq, fermer, həkim
sözlərini işlətmək yerinə düşər.
Bilmək lazımdır ki, etiket formaları ilk növbədə spesifik
situasiya ilə bağlıdır. Görüş, günün hansı çağında salamlaşma,
xudahafizləşmə, qonaq qəbulu zamanı işlədilən etiketlər
situasiya haqqında müəyyən təsəvvür yaradır.
Ümumiyyətlə, ziyalı, mədəni adamlar danışıqda səbirli və
dözümlü olmağı məsləhət görürlər. Müasir dövrümüzdə mədə-
ni danışıq etikası və müraciət qaydaları hər bir adamın həyatın-
da başlıca davranış, adət halına keçməli, hər kəs təkcə ictimai
yerlərdə, kollektivdə deyil, eləcə də həyatın bütün sahələrində-
evdə, ailədə, küçədə, bazarda, nəqliyyatda və s. etik normalara,
danışıq və yazı etikasına (bu, ilk növbədə bizim saysız-hesab-
sız mətbuat orqanlarımıza, xüsusən, reket qəzetlərimizə aiddir)
riayət etməli, kiminlə necə danışmaq, kimə necə müraciət
etmək, kimdən necə yazmaq qaydalarını həmişə, hər yerdə
yadda saxlamalı, gündəlik həyat devizinə çevirməlidir.
Nitq etiketləri öz normaları daxilində inkişaf edir, təkmil-
ləşir. Bugünkü gənc nəsil müraciət qaydalarına, müxtəlif xa-
rakterli xəbərləri çatdırma, dinləmə, soruşma, cavab vermə və
söhbətə qoşulma mədəniyyətinə dərindən yiyələnməlidir.
Gənclər həmişəlik yadda saxlamalıdırlar ki, ünsiyyətə girmək,
informasiya vermək və almaq nitq mədəniyyətinin, insanın
ümumi mədəniyyətinin tərkib hissəsidir, bunları bilmək və
riayət etmək hər bir şəxsin borcudur. Ünsiyyət müraciətlə
başlanır, -deyirlər. Salamlaşmaq, xoş sözlərlə hal-əhval tutmaq,
gülümsər sifətlə müraciət etmək insan mədəniyyətində ilkin
şərtdir. Kimə, harada, necə müraciət etməyi hər kəs evdən,
ailədən, bağçadan görüb, eşidib götürür. Xoş ünsiyyət, səmimi
393
münasibət yalnız mehribanlıq, qayğı və hörmət əsnasında
mümkündür və bu da ilk tanışlıqdan başlamış birgə yaşayış, iş
fəaliyyəti ilə, ümumiyyətlə, bütün ömrümüz boyu müraciət
etiketləri ilə həmahəngdir. Ünsiyyət üslubu nitq fəaliyyətinin
müxtəlif sahələrini-müraciət etmə, tanışlıq, xudahafizləşmə,
dərdinə şərik olma, xahiş etmə, təbrik etmə, dəvət etmə, rədd
etmə, imtina etmə, kompliment demə və s. sahələri əhatə
etməklə müraciət etiketlərini həmişə nəzərdə saxlayır.
1. SalamlaĢma - Mədəni nitqin etiketlərindən olan salam-
laşmada xalqımızın milli mentalitetinə uyğun hazır nitq mo-
delləri insanlarda ünsiyyətin başlanğıcı kimi xoş ovqat yaradır,
qarşılıqlı anlaşmaya, bir növ, körpü salır. Azərbaycanlılar qar-
şılaşarkən əvvəlcə mütləq salam və ya salaməleyküm sözlə-
rindən birini işlədir, ardınca günün hansı çağından asılı olaraq
Sabahın (sabahınız) xeyir! Günortanız xeyir! AxĢamınız
xeyir! – ifadələrini işlədirlər. Müsahib elə həmin söz-ifadələrlə
cavab verir. Yaşlılar cavabında Aqibətiniz xeyir! Hər vaxtınız
xeyir! Ağ bəxt olasınız! - ifadələrini işlətməyə üstünlük ve-
rirlər.
2. SağollaĢma - Yaşlılar "xudahafiz" sözünü, yeniyetmə-
lər, gənclər salamat qalın! Sağ olun, Sağlıqla qalın! - ifadələ-
rini, orta yaşlılar isə ailədən gələn adət üzrə bu kəlamlardan bi-
rini seçirlər. Əgər sağollaşma mənzildə və ya birinin həyətində
baş tutubsa, yola salan "XoĢ gəldin!" "XoĢ gəldiniz!" deyir,
axşamdan xeyli keçmiş gedən şəxs "Gecəniz xeyrə qalsın!",
ev sahibi - yola salan isə "Xeyrə qarĢı!" ifadəsini işlədir. Bu
nitq etiketləri yalnız üzbəüz görüşənlərə deyil, eləcə də tele-
fonla danışanlara da aiddir.
3. Üzrxahlıq söz və ifadələri: Bağışlayın; Üzr istəyirəm;
Narahat etdiyimə görə üzr istəyirəm; Sizə zəhmət verdim;
Allah sizdən razı qalsın (olsun)!; Əvvəlcədən minnətdarlığımı
bildirirəm və s.
4. Təşəkkür etmə: Təşəkkür edirəm; Təşəkkürlər! Hər
şey üçün minnətdaram! Allah (sizdən) razı olsun! Allah sizi
Dostları ilə paylaş: |