1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə127/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   120   121   122   123   124   125   126   127   128

 

 

397 



nəzərdən  keçirmək  və  s.  kimi  hallar  da  müəllimin  sayğısız-

lığının nümayişidir. Yadda saxlamaq lazımdır ki, cavab vermək 

bacarığı  insanın  əsas  keyfiyyətlərindəndir.  Əlbəttə,  suallara 

düzəliş  də  etmək  olar.  "Gərək  bu  sualı  belə  qoyaydınız", 



"Bəlkə soruĢmaq istəyirsiniz ki…?", "Bu sualı bir az baĢqa 

Ģəkildə  vermək  olar"  və  s.  kimi  ifadələrlə  müəllim  qismən 

olsa  da,  gərginliyi  azaltmış  olar,  düzgün  qurulmayan,  yaxıd 

müəllimi sınamaq məqsədilə verilən sualın yaratdığı xoş olma-

yan  ovqatı  tarazlamaq  üçün  "Fikrimi  izah  edə  bildimmi?", 



"Mənimlə  razısanmı?",  "Razı  qaldınızmı?",  "Deyilənlərə 

etirazınız  yoxdur  ki?",  "Cavabım  sizi  qane  etdimi?", 

"Yoxsa  fikrimi  sizə  çatdıra  bilmədim?"-kimi  cümlələrlə 

aradakı boşluğu doldura bilər (3, səh. 266). 

Uşaqlara dinləmə bacarığına yiyələnmənin müxtəlif üsulla-

rı da aşılanmalıdır. Onlara izah olunmalıdır ki, başqasına qulaq 

asmağa səbri çatmayan şəxs boş-boşuna dayanmamaq, oturma-

maq  xatirinə  nə  isə  etməyə,  lüzumsuz  bir  iş  görməyə,  yersiz 

replika atmağa, başqaları ilə gərəksiz danışığa girişir, beləliklə, 

söylənilən fikirləri lazımi dərəcədə nə özü dərk edir, nə də baş-

qalarının mənimsəməsinə imkan verir. Uşaqlara başa salınmalı-

dır ki, danışmaq da, dinləmək də eyni dərəcədə mədəniyyətdir, 

insanın  ümumi  mədəniyyəti  onun  nitq  mədəniyyətinin  inkişa-

fında  əsas  şərtdir.  Müəllim  şagirdlərə,  tələbələrə  dönə-dönə, 

yorulmadan danışıq etikasının nə olduğunu anlatmalı, yeri gəl-

dikcə, görkəmli şəxsiyyətlərin, yazıçıların, siyasi xadimlərin fi-

kirlərini  diqqətə  çatdırmalıdır.  Ümumiyyətlə,  müəllimin  nitqi 

onun şəxsiyyətinin, mədəni səviyyəsinin, dünyagörüşünün tər-

kib hissəsi olmaqla nümunəvi danışığa, eləcə də, yazı mədəniy-

yətinə aparan bir yoldur, üsuldur. Müəllim şagirdlərə, tələbələ-

rə,  gələcəkdə  vətənimizin  layiqli  gəncləri,  vətəndaşı  olacaq 

insanlara sözü qiymətləndirib seçmək, onun semantik mənasını 

anlamaq,  hər  ifadəni  məqamında  və  düzgün  işlətmək  bacarığı 

aşılamalı,  mədəni  və  savadlı  nitqə  yiyələnməkdə  lazımlı 

vasitələr, yol və üsullar tapmaqda öz əməyini əsirgəməməlidir. 



 

 

398 



Sual və tapĢırıqlar: 

1.  Mikrodialoq  nələrdən  təşkil  olunur  və  hansı  janrlarda 

işlədilir? 

2. Kiçik  yaşlı uşaqlarda daxili nitq hansı formada təzahür 

edir? Daxili nitqin hansı formaları vardır? 

3. İntonasiyanın ünsürləri hansılardır? 

4. Nitqin sadəliyi üçün əsas nədir? 

5. Şifahi nitqdə kitab tələffüzü nə üçün əsas götürülmür? 

6. Nitqin münasibliyi hansı amillərlə bağlıdır? 

7. Daxili nitq nədir? Onu pyesdə bir priyom kimi qəbul et-

mək olarmı? Daxili nitqin əsas xüsusiyyətləri hansılardır? 

8. Mədəni nitqi qeyri-mədəni nitqdən fərqləndirən nədir? 

9. Nağıllarda, əfsanə və fantastik əsərlərdə məntiqilik göz-

lənilirmi? 

10.  İfadəliyin  əsas  şərtləri  hansılardır?  İfadəliyi,  bədiiliyi 

gücləndirən vasitələri deyin. 



ÇalıĢma.  Dələduzluqda  suçlandırılan  bir  şəxsə  zamin  qa-

lın, ona zəmanət verin. 



ÇalıĢma. Oxuduğunuz bir kitaba (dərsliyə) referat yazın. 

ÇalıĢma. Mətndə nitq etiketlərini tapın, onları qruplaşdırın 

və hər qrupu ayrıca adlandırın. 

...  Budaq  ox  atanda  Beyrək:  -Əlin  var  olsun!  -dedi.  Uruz 

atanda: -Əlin var olsun! -dedi. Yeynək də atanda: -Əlin var ol-

sun! -dedi. 

Şir Şəmsəddin atdı: -Əlin var olsun! -dedi. Elə ki, kürəkən 

atdı: -Əlin qurusun, barmaqların çürüsün. Hey, donuz oğlu do-

nuz, bu bəylərə qurban ol! -dedi. 

Yalançı oğlu Yalıncığın acığı tutdu, dedi: - Ədə, əbləh oğlu 

əbləh, mənə belə sözlər deməyə sənin haqqın varmı? Gəl, əbləh 

oğlu, mənim yayımı çək, yoxsa indi boynunu vurduraram!  

Dədəm Qorqud gəldi, boy boyladı, soy söylədi: Uca dağla-

rın yıxılmasın! Böyük kölgəlik ağacın kəsilməsin! Ağ saqqallı 

atanın yeri cənnət olsun! Oğuldan, qardaşdan ayrılmasın! (“Ki-

tabi-Dədə Qorqud” dastanından) 



 

 

399 



ÇalıĢma.  Mətn  parçasını  diqqətlə  oxuyun,  məntiqə  sığış-

mayan  söz  və  ifdələrə  öz  münasibətinizi  bildirin,  onlara  hansı 

hallarda yol verildiyini deyin: 

... Yeddi min yeddi yüz yetmiş yeddi dəli atdan düşüb hərə 

onun üstünə bir daş tulladı. O qədər daş yığıldı ki, yekə bir dağ 

oldu. Deyirlər ki, indi də o dağ qalır.…  

Koroğlu  dəlilərə  hökm  elədi  ki,  qocaya  kömək  eləsinlər. 

Dəlilər tutuquşu kimi doluşdular zəmiyə. Bir suiçim saatda qo-

canın bütün taxılını biçib-dərzləyib, yığdılar bir tərəfə.... ("Ko-

roğlu" dastanından). 



ÇalıĢma.  Üstdə  verilmiş  mətn  parçalarında  danışıq  dili 

əlamətlərini tapıb göstərin, cümlələri yazılı ədəbi dildə forma-

laşdırıb yazın. 

ÇalıĢma.  Verilmiş  mətndə  şifahi  ədəbi  dil  xüsusiyyətləri 

də  olmaqla  leksik,  fonetik  və  qrammatik  normalardan  kənara 

çıxma hallarını qeyd edin. 

... Bunu deyib Koroğlu day cavab gözləmədi. Bayaq ha Qı-

rata bir qamçı göstərib təpəni aşdı. Elə ki arxayın oldu ki, day 

dəlilər  çıxıb  gediblər,  ondan  yola  düşdü.  Elə  bir  az  getmişdi, 

birdən Qırat qulaqlarını dikləyib şahə qalxdı. Bir də uzaqdan at 

kişnəməyi  eşidildi.  Koroğlu  dönüb  baxanda  gördü  Giziroğlu 

Mustafa bəy öz Alapaça atının üstündə budu, elə gəlir, elə gəlir 

ki, tozu dumana qatıb, dumanı toza...  

Koroğlu  yumbalanıb  çaya  düşdü.  Giziroğlunun  təpəsinə 

elə bir əmud vurdu ki, bu dəfə Giziroğlu dığırlanıb çaya düşdü.  

Nigar  xanım  dedi:  -  Koroğlu,  indi  danış  görək,  necə  get-

diz? Uşaqları necə qurtardız? ("Koroğlu" dastanından). 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə