1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə119/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   115   116   117   118   119   120   121   122   ...   128

 

 

368 



22. REFERAT 

 

"Referat"  latın  sözü  olub  "məruzə  etmək",  "məlumat 

vermək"  mənasındadır.  Referat  elmi  və  ya  bədii  əsərin,  hər 

hansı  kitabın  məzmununa,  xülasəsinə,  məxəzin  icmalına  həsr 

olunmuş yığcam məruzə mənasında da işlədilir. Referat incəsə-

nət,  elm,  texnika  və  təsərrüfatın,  məktəb  həyatının  ən  aktual 

problemləri  ilə  əlaqədar  məsələləri  işıqlandırır.  Referatın 

yazılma forması belədir: 

1. Vərəqin ortasında böyük hərflə "Referat" sözü yazılır; 

2. İki sətirdən sonra abzasdan "Mövzu" sözü və mövzunun 

adı qeyd edilir

3.  Abzasdan  "Referat  müəllifi"  sözü  və  müəllifin  adı, 

atasının adı və soyadı yazılır; 

4.  Abzasdan  referatın  planı  verilir,  sonra  məzmunu  şərh 

olunur; 

5. Yazının sonunda referat müəllifi imzasının qoyur, imza-

nın altından tarix göstərilir. 

 

Nümunə: 

 

Referat 

 

Mövzu:  "Ağırlıqqaldırma idmanında  yeniyetmələrin məşq 

metodikası"  

Referat müəllifi: İntiqam Zahirov  

Son illər ağırlıqqaldırma idmanında yüksək nəticə göstərən 

gənc idmançıların mübarizəsi daha gərgin keçir. Azərbaycanın 

gənc  ağırlıq  qaldıranları  ildən-ilə  nəticələrini  yaxşılaşdırmaqla 

müxtəlif miqyaslı yarışlarda uğurla çıxış edirlər. Lakin bunlara 

baxmayaraq  yeni  başlayan  gənc  idmançıların  nəzəri  biliklərə 

lazımınca  yiyələnə  bilməmələrinin  səbəbi  məşq  metodikasına 

aid dərslik və dərs vəsaitlərinin az yazılmasıdır. "Ağırlıqqaldır-

ma və boks" kafedrasının dosenti Qubad Əli oğlu Cəbrayılovun 

"Ağırlıqqaldırma  idmanında  yeniyetmələrin  məşq  metodikası" 



 

 

369 



dərs vəsaiti həmin boşluğu doldurmaq və müasir şəraitə uyğun 

məşq prosesinin təşkil olunmasına köməklik göstərməkdir. 

 Dərs vəsaiti  dörd  fəsildən ibarətdir. Hər  fəsildə  məşq  yü-

künün  təşkilindən,  saatların  bölüşdürülməsindən,  müxtəlif  yaş 

qruplarında  aparılan  planlaşdırmadan,  məşq  yükünün  tədricən 

artırılmasından geniş və ətraflı danışılmışdır. 

 Vəsaitdə  müəllif  ixtisasçı  tələbələrin  tədris  proqramında 

olan  mövzuların  planlı  və  saatlar  üzrə  bölgüsünü  nümunələr 

əsasında işıqlandırır.  

Dərs vəsaitinin nəşri gənc idmançılara, bu sahədə fəaliyyət 

göstərən  mütəxəssislərə,  eləcə  də  Azərb.  DBTİA-nın  ağırlıq-

qaldırma idmanı ilə məşğul olan tələbələrinə vaxtında verilmiş 

faydalı töhfədir. 

Ġmza: Ġntiqam Zahirov 

27 fevral 2017-ci il 

*** 

 

23. REQLAMENT 



 

"Reqlament"  fransız  sözü  olub  (reqlement)  müşavirənin, 

iclasın,  toplantının,  konfransın  və  s.  aparılması  qaydası  haq-

qında  qabaqcadan  müəyyən  edilmiş  və  açılış  anında  qəbul 

edilən nizamnamə mənasındadır. 



 

Nümunə: 

 

20 may 2017-ci ildə TA 17-05-ci qrupda keçirilən iclasın 

Reqlamenti 

 

Birinci məsələ: Qrup nümayəndəsi Gülhüseyn Dadaşovun 

"Tələbələrin  yay  imtahan  sessiyasına  hazırlığı  haqqında" 

məruzəsi - 10 dəqiqə: 

Cari məsələlər: 

1. Tələbələrin dərsə davamiyyəti və yığma komanda üzvlə-

rinin dərslərə münasibəti (qrupun həmkarlar təşkilatının nüma-

yəndəsi) - 5 dəqiqə; 




 

 

370 



2.  İmtahan  fənləri  üzrə  sərbəst  mövzu  və  son  kollokvium 

ballarının  müzakirəsi  (dekan  müavini  Q.M.Cəfərovun  məlu-

matı) -5 dəqiqə; 

3. Çıxışlar 1- 2 dəqiqə; 



*** 

 

24. RƏY 

 

"Rəy" ərəb sözü olub bir şey – əsər, tamaşa, konsert, kino-

film və s. haqqında fikir, mülahizə söyləməkdir. 

Rəyin yazılmasına verilən tələblər: 

1. Rəyin başlığında onun nəyə və ya kimə verilməsi göstərilir

2. Başlıq hissənin  altında ortada böyük hərflə  "Rəy"  sözü 

yazılır; 

3. Yeni sətirdən rəyin ümumi məzmunu şərh olunur. Haq-

qında  rəy  yazılan  şey,  hadisə,  fakt  təhlil  olunur,  onun  müsbət 

və çatışmayan cəhətləri göstərilir; 

4.  Rəyin  müəllifi  müəyyən  nəticəyə  gələrək  öz  təklif  və 

tövsiyələrini bildirir

5. Rəy tamamlandıqdan sonra rəyçi imzasını qoyur, ardın-

ca adını və soyadını, titulunu qeyd edir

6. Rəyçi imzasının altından ayın tarixini bütöv şəkildə yazır. 



 

Nümunə: 

 

Azərb.  DBTİA-nın  "İdman  oyun  növ-



ləri" fakültəsinin magistrantı Hüseynov 

Hüseyn Əlihüseyn oğlunun "Gənc fut-

bolçularda maksimal aerob dözümlülü-

yün  tədqiqi"  mövzusunda  yazdığı  ma-

gistr dissertasiyasına 

 

Rəy 

Gənc  futbolçularda  təkcə  texniki  və  taktiki  fəndlərin  tək-

milləşdirilməsi  məsələsi  deyil,  eləcə  də  futbolçuların  aerob 



 

 

371 



dözümlülüyü  məsələsi  bu  gün  bütün  aktuallığı  ilə  bu  sahənin 

mütəxəssislərini  maraqlandırır.  Magistraturanı  qurtarmaq  ərə-

fəsində  olan  H.Hüseynov  Akademiyanın  futbol  komandasının 

oyunçusu  kimi  çoxillik  oyun  təcrübəsinə  istinad  etməklə 

maraqlı mülahizələrlə dissertasiya işini bitirmişdir.  

Dissertasiya giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədə-

biyyat  siyahısından  ibarətdir.  Girişdə  dissertasiya  işinin  məq-

səd  və  vəzifələri  qeyd  edilmişdir.  Birinci  fəsildə  əzələlərdə 

ATF resintezinin anaerob və aerob yolla baş verməsi məsələləri 

işıqlandırılır. Təqəllus edən əzələdə üç energetik sistemin işti-

rak etdiyi göstərilir. İkinci fəsildə magistrant qeyd edir ki, uzun 

müddətli və zəif şiddətli işdə əzələlərin oksigen tələbi tam ödə-

nilir.  Lazım  olan  enerji  sulu  karbonların  və  yağların  oksidləş-

məsi  nəticəsində  alınır.  İşin  şiddəti  artdıqca  yağların  oksid-

ləşməsi nəticəsində alınan enerjinin istehsalına ehtiyac azalır.  

Magistrant  gəldiyi  nəticələri  qısa  şəkildə  xülasə  etmişdir. 

Dissertasiya  magistrantın  tədqiq  etdiyi  mövzunu  yaxşı  başa 

düşdüyünü göstərir. Yüksək səviyyədə yerinə yetirilmiş disser-

tasiya işini müdafiəyə buraxmaq olar. 

 

Rəyçi: (imza) Əliyev S.A. 

"Ümumi  və  idman  fiziologiyası"  kafedrasının 

dosenti, biologiya elmləri namizədi 

 

26 aprel 2017-ci il 



*** 

 

25. SƏRƏNCAM 

 

"Sərəncam"  fars  mənşəli  sər  (baş)  və  əncam  (son, 

nəhayət,  aqibət)  sözlərinin  birləşməsindən  düzəlmişdir.  Əmr, 



göstəriĢ, tədbir görmə, həll etmə anlamındadır. 

 

Nümunə: 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə