333
Bədii əsərlərdə cümləni təşkil edən sözlərin əvvəlində və
ya axırında eyni, yaxud oxşar samitlərin işlənməsi sözləri, söz
birləşmələrini, cümlə, beyt və bəndləri musiqili, ahəngdar edir,
öyrənilməyə, yadda saxlanmağa böyük kömək olur.
S.Rüstəmin “Çapayev” adlı şeirində ç samitinin tez-tez
təkrarı çınqıllı, daşlı yollarda nallı atın dırnaqlarından qopan
səsləri xatırladır:
Çıqıl daşlı çayları,
Çapayev çapa-çapa
Çapır, biçir çöllərdə
Çar canavarlarını.
Çap çaylardan Çapayım,
Çap o çapsın, biz çapaq,
Çap, gələcək günlərin,
Əlindən sevinc qapaq.
Səs düzümündən məharətlə istifadə obrazlılıq, ahəngdarlıq
yaratmağa hesablanır. Nitqdə ahəngdarlıq törədən vasitələrdən
yalnız şərait və məqamdan asılı olaraq istifadə xoş avazlan-
maya səbəb olur.
2. Leksik üslubiyyat. Nitqdə üslubi effekt və səlislik ya-
ratmaq, lüzumsuz təkrara yol verməmək, fikrin daha təsirli və
dəqiq ifadə edilməsi məqsədilə rəngarəng dil vahidlərinin işlə-
dilməsi çox zəruridir. Bu cəhətdən sinonimlərin üslubi imkan-
ları genişdir. Öz nitqini quran şəxs eyni mənanı müxtəlif üslubi
çalarlıqda ifadə edən sinonim cərgəyə müraciət edib lazimi sö-
zü seçib işlədir. Semantik məna sahəsi imkan verir ki, biz bir
fikri şəraitdən, üslubi münasibətdən, subyektiv mövqedən asılı
olaraq müxtəlif sözlərlə işlədə bilərik. Məs.: böyük-yekə-iri-nə-
həng-zırpı-zırhov-dahi-zorba-yekəpər; eşitmək-dinləmək-qulaq
asmaq-qulaq kəsilmək; ürək-könül-qəlb; ölmək-gözlərini əbədi
yummaq-dünyasını dəyişmək-dünyadan köçmək-o dünyaya
təşrif aparmaq-cəhənnəmə vasil olmaq; yaxşı-gözəl-göyçək-
gəşəng-incə-zərif-nəfis-lətif; qoçaq-igid-cəsur-qorxmaz-qəhrə-
man; dünya-cahan-aləm-kainat-yer üzü və s. və i. a.
334
Ümumiyyətlə, sinonimlər nitqdə lüzumsuz təkrardan qaç-
maq, məzmundan asılı olaraq müəyyən məna koloriti yarat-
maq, fikri dəqiq və daha incə məna çalarında çatdırmaq üçün
əvəzsiz dil vasitəsidir. Əlbəttə, hamı eyni dərəcədə məqbul
sinonimlərdən istifadə edə bilmir, çünki bu hal şəxsin söz ehti-
yatının səviyyəsindən asılıdır. Müşahidələr göstərir ki, kifayət
qədər söz ehtiyatına malik olan şəxs nəzərdə tutduğu fikri
(cümləni) çadırmaq üçün söz seçməkdə çətinlik çəkmir, zəngin
dil vasitələrindən bacarıqla yararlandığından onun nitqi təsir
gücünü, ifadəliyini artırmış olur.
Nitq prosesində təzadlı, ziddiyyətli hadisə və faktları qaba-
rıq, eyni zamanda obrazlı şəkildə nəzərə çatdırmaq məqsədilə
antonim söz və ifadələrdən istifadə olunur. Obrazlıq yaratma-
ğa xidmət edən antonimlər üslubi vasitə kimi əks və ziddiy-
yətli cəhətləri daha qabarıq nəzərə çarpdırmağa yardımçı olur.
Məs.: doğma-ögey, cənnət-cəhənnəm, keçmiş-indi, isti-soyuq,
cavan-qoca, ağlamaq-gülmək, sevinc-kədər və s. bu kimi an-
tonimlər hər gün dəfələrlə nitqimizdə yan-yana işlənir.
Nitq mədəniyyətində obrazlıq yaradan, fikri yığcam və mən-
tiqi çalarlıqla diqqətə çatdıran ifadə vasitələri içərisində frazeoloji
birləĢmələr, idiomlar, ibarə, hikmətli söz, zərb-məsəl və atalar
sözləri əhəmiyyətli yer tutur. Nitqin emosionallığını, obrazlıq və
ifadəliyini artıran ən təsirli dil vasitəsi frazeologizmlərdir. Fra-
zeoloji ifadələr məcazi məna kəsb etməklə fikri sözlərə nisbətən
daha yığcam və obrazlı ifadə edir. Onların böyük bir qismini
əmələ gətirən sözlər, bir növ, daşlaşıb sabit vəziyyətə düşmüşdür.
(15. səh.48) Məs: üz çevirmək (incimək), ayaq döymək (hey
gedib-gəlmək), ağzını aramaq (fikrini öyrənmək), ağzına dil at-
maq (yadına salmaq), kipriyi ilə od götürmək (çox çətinliklə
yaşamaq), quĢu gözündən vurmaq (düz və dəqiq demək), əldən
düĢmək (yorulmaq), nəfəsi kəsilmək (tamam yorulmaq), gözü-
nün kökü saralmaq (hey gözləmək), gözü yolda qalmaq(hey
baxmaq), gözü yol çəkmək (fikrə getmək), gözünü yollara dik-
335
mək (hey baxmaq), baĢ sındırmaq (çox düşünmək), dəridən-qa-
bıqdan çıxmaq (çox çalışıb işləmək), qabıq qoymaq (çox işlə-
mək), ölüb yerə girmək (bərk utanmaq), bir köynək ət tökmək
(bərk xəcalət çəkmək), qanadının altına almaq (himayə etmək),
kömək əlini uzatmaq-əl tutmaq (kömək etmək) və s. Frazeoloji
birləşmələrdə ifadəni yaradan komponentlər öz əvvəlki leksik mə-
nalarından əlaqəsini kəsib uzaqlaşmış olur. Onlar dildə sözlər ki-
mi neçə yüz illərdir ki, mövcuddür və hamı tərəfindən hazır şək-
ildə götürülüb işlədilir. Nitq prosesində dilin bu ifadəlilik vasi-
təsindən nitqi qüvvətləndirmək, məna gözəlliyi və rəngarəngliyi
yaratmaq məqsədilə istifadə olunur. Nitqin məcazi söz və ifadə-
lərlə zəngin olması dilin adi danışıq, məişət üslubunu da maraqlı,
eşidilməli edir. Frazeoloji birləşmələri məqsədəuyğun işlətməyi
bacaran insanların nitqi öz gözəlliyi, rəngarəngliyi və xəlqiliyi ilə
seçilir, dinləyənlərdə və oxuyanlarda xoş ovqat yaradır. Xalq
zəkasının, xalq müdrikliyinin ümumiləşdirilmiş bədii ifadəsi olan
atalar sözləri, zərb-məsəllər və aforizmlər nitqi rövnəqləndirir. İs-
tər səslənməsinə, istərsə də mənasına görə deyilən, yazılan fikrin
yığcam, müdrik və obrazlı ifadəsinə yardımçı olan atalar sözləri
və zərb-məsəllər tərbiyəvi mövzuda aparılan söhbətlərdə olduqca
faydalıdır, deyilənləri əsaslandırmaq, dinləyənləri nəyə isə inan-
dırmaq, nədənsə çəkindirmək, düşündürmək üçün əhəmiyyətlidir.
Məs: Dirilik birlikdədir; El gücü, sel gücü; El sevəni aləm sevər;
Dost dosta arxadır; İgid ölər adı qalar; Elə arxalanan igidin
arxası yerə dəyməz; Yaxşı dost yaman gündə tanınar; Sənətin
pisi yoxdur; Halva, halva deməklə ağız şirin olmaz; Aza qane
olmayan, çoxa çatmaz; Ağıl yaşda deyil, başdadır; Sirkə nə
qədər tünd olsa, öz qabını çatladar; Ağıl ağıldan üstündür; Pis
adam yaxşının qədrini bilməz; Başqasına quyu qazan özü
düşər; Bağa baxarsan bağ olar, baxmazsan dağ olar və s. və i.
Hər kəs atalar sözləri və zərb-məsəllərdən həyatın müxtəlif
sahələrinə aid mövzularda yerində və məqsədəmüvafiq şəkildə
Dostları ilə paylaş: |