133
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası:
erməni iddialarına qarşı yeni platformanın yaradılması
Zirvəsi” olaraq keçirilən görüşlərin adı “Türk Respublikaları Dövlət
Başçıları Zirvəsi”, 1998-ci ildə Astanada keçirilən sammitdə “Türkdilli
Ölkələrin Dövlət Başçıları Zirvəsi” olaraq dəyişdirilib. 1992-ci ildən
etibarən müəyyən fasilələrlə təşkil edilən zirvələrdə türk dünyasının
problemləri gündəmə gətirilib.
Türkdilli Ölkələrin Dövlət Başçıları Zirvəsinin IX Sammiti 2009-
cu il oktyabrın 2-3-də Naxçıvanda keçirilib. Bu sammitdə imzalanan
müqavilənin şərtlərinə görə, Türk Şurası adlanan daimi katiblik qurulub.
Müqaviləyə uyğun olaraq, Türk Şurasının təşkilati mərkəzi İstanbul,
akademik mərkəzi Qazaxıstan, Parlament mərkəzi (TÜRKPA) Bakı olub.
“TÜRKSOY” da birbaşa bu şuraya daxil edilib.
Türkdilli Ölkələrin Dövlət Başçıları Zirvəsinin əsas məqsəd və vəzifəsi
türk dövlətləri arasındakı siyasi, iqtisadi, mədəni, ictimai, ortaq tarixi və
mədəni bağları dərinləşdirmək, qarşılıqlı əməkdaşlığı genişləndirmək və
ortaq tarixi mirasa sahib çıxmaqdır.
Buna əsasən aşağıdakılar aiddir:
Ortaq mədəni dəyərlər baxımından:
- türk xalqları arasındakı mövcud əlaqələri
daha da inkişaf etdirmək;
- türk respublikaları arasındakı dostluq və təşkilati əlaqələri gücləndirmək;
- türk dünyasının ortaq əlifbasını hazırlamaq;
- türk ləhcələrinin müqayisəli lüğətini hazırlamaq;
- türk tarixini tədqiq edəcək Ortaq Türk Tarixi İnstitutu qurmaq;
- ortaq mədəniyyət mirası olan tarixi əsərlərin qorunması, təmir edilməsi
və tanıdılması ilə əlaqədar layihələr hazırlamaq və tətbiq etmək.
Ortaq təhsil baxımından:
- təhsil nazirlikləri və universitetlər arasındakı əməkdaşlığa səy
göstərmək;
- qarşılıqlı təqaüdlü tələbə
mübadiləsini inkişaf etdirmək;
- lisey və universitetlərarası şagird/tələbə mübadilə və sirkulyasiya
sistemini qurmaq;
- ortaq türk tarixi kitabı və ortaq tarix tədris planı hazırlamaq.
Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi baxımından:
- beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə xidmət edən müsbət
təşəbbüsləri artırmaq;
- terrorizm, qaçaqmalçılıqla mübarizə və təhlükəsizlik sahəsində
134
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası:
erməni iddialarına qarşı yeni platformanın yaradılması
əməkdaşlığı
genişləndirmək;
- Avrasiyada türk varlığı və əməkdaşlıq potensialını daha da artırmaq;
- müstəqillikdən sonra türkdilli ölkələrin siyasi, iqtisadi və təhlükəsizlik
sahəsində ortaq
hərəkət etməsinə səy göstərmək;
- ortaq hərbi fəaliyyətləri həyata keçirmək.
İqtisadi baxımdan:
- türk coğrafiyasını əməkdaşlıq, sabitlik və barış
bölgəsinə çevirmək;
- beynəlxalq və regional platformalarda ortaq hərəkət edərək siyasi və
iqtisadi fəaliyyətlərini artırmaq;
- türk dünyasını bir-birinə bağlayacaq enerji siyasətləri meydana gətirmək;
- İstanbul-Almatı qatar və ümumi nəqliyyat şəbəkəsinə Bişkeki daxil
etmək və Bakı-Tbilisi-Axalkələk-Qars dəmiryolunun inşasına dəstəyi
artırmaq;
- İpək Yolunun tarixi əhəmiyyət və funksionallığını canlandırmaq;
- müxtəlif sahələrdə çoxtərəfli və ikitərəfli əməkdaşlığı
inkişaf etdirmək;
- türk dünyasının iqtisadi inteqrasiya olunmasını təmin etmək məqsədilə
ortaq
gömrük müqaviləsi imzalamaq;
- nəqliyyat və informasiya layihələri tətbiq etmək, biznes və iqtisadi
əlaqələri inkişaf etdirmək.
Təşkilatlanma baxımından:
- daimi
bir katiblik yaratmaq;
- digər sahələrdə əməkdaşlıq koordinasiyasını təmin etmək məqsədilə
müxtəlif alt komitə və komissiyalar qurmaq.
Siyasi baxımdan:
- Parlamentlərarası Şura və Parlamentlərarası Əlaqələr İnstitutu qurmaq;
- ölkələr arasındakı regional və beynəlxalq problemlər haqqında fikir
mübadiləsi aparmaq və ortaq strategiyanı inkişaf etdirmək.
Türkdilli Ölkələrin Dövlət Başçıları Zirvəsinin mövcud potensialını
daha da artıraraq Avropa Birliyi modelində “Türk Dövlətləri Birliyi”nin
qurulması üçün fəaliyyətə başlamaq lazımdır.
Bu görüşlərin davamı olan Naxçıvan Sammiti təşkilatlanma,
ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, xarici siyasətlərinin
koordinasiyası, regional və beynəlxalq problemlərin müzakirəsi, türk
dünyasının gələcəyinin hazırlanması və uzunmüddətli əməkdaşlıq