1. Bakteroloji silahlar


Sinir iflicedici zəhərli maddələrin təyin edilməsi



Yüklə 103,72 Kb.
səhifə10/52
tarix22.05.2023
ölçüsü103,72 Kb.
#112003
1   ...   6   7   8   9   10   11   12   13   ...   52
Mulki Mudafi Final docx

13. Sinir iflicedici zəhərli maddələrin təyin edilməsi
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub, zəhərləyici maddələr (ZM) və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Kimyəvi silahın əsasını zəhərləyici maddələr (ZM) təşkil edir. Zəhərləyici maddələr (ZM) hərbi, sənaye və təsərrüfat obyektlərinə qarşı işlədilərkən qoşunların şəxsi heyətlərini, fəhlələri, qulluqçuları, əhalini sıradan çıxaran, yaxud onların döyüş və əmək qabliyyətinin zəifləməsinə, heyvanların zədələnməsinə, habelə bitkilərin məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən (zəhərli maddələrdən) ibarətdir. Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılardır.
• maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək imkanı. ZM-
in maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki,bu da onlardan
istifadəni çətinləşdirir;
• zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması
• istehsalın nisbətən ucuz başa gəlməsi.
Məlum olan bütün zəhərləyici maddələr orqanizmə təsirinin xarakterinə görə (toksikoloji təsnifat), döyüş təyinatına və ərazidə zəhərlənmənin davamlılığına görə (taktiki təsnifat) qruplara ayrılır. Bir sıra ölkələrin cəbbəxanalarındakı müasir zəhərləyici maddələrin toksikoloji təsnifata görə aşağıdakı qruplara ayırmaq mümkündür:
Sinir iflicedici ZM kimyəvi strukturuna görə fosforlu üzvi maddədir (FÜM).
Belə maddələrə zarin, zoman və V qazı aiddir. Zarin və zoman rəngsiz (və ya sarımtıl), səciyyəvi iyli mayelərdir. Bu maddələr üzvi həlledicilərdə, o cümlədən yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olur, havada tez bir zamanda ölümcül təsir göstərən yüksək konsentrasiyalı buxar törədir. Yay vaxtı ərazini zarin damcıları 8 saata, zoman isə bir sutkaya qədər müddətə zəhərləyə bilər. Zarinin buxarları havadan 4,77 dəfə, zomanınki isə 6,33 dəfə ağırdır. Zarinin ikinci buludunun zədələyici təsiri 4-7 saatadək davam edir. Suaxmazlarda zarinin zəhərləyici təsiri 25 sutkayadək, zomanınkı isə 2,5 ayadək qalır. V qazı suda zəif, üzvi həlledicilərdə, yanacaq, sürtgü materiallarında yaxşı həll olan rəngsiz mayedir. Rezin-texniki məmulatlara və lak-boyaq örtükləri yaxşı hopur. Yavaş buxarlandığı üçün (20C-də 10-3 mq/1) ərazidə uzun müddət qalır. V qazı, zoman, zarin davamlı zəhərləyici maddələrdir. Fosforlu üzvi zəhərli maddələr (FÜZM) tətbiq edilərkən zəhərlənmə, adətən, maye damcılarının dərini səthinə düşməsi hallarında, yaxud həmin ZM-in buxarları tənəffüs yollarından keçərkən baş verir.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə