1. Bakteroloji silahlar


Xalq təsərrüfatı obyektlərində FV-də iş davamlılığının artırılması üsulları



Yüklə 103,72 Kb.
səhifə23/52
tarix22.05.2023
ölçüsü103,72 Kb.
#112003
1   ...   19   20   21   22   23   24   25   26   ...   52
Mulki Mudafi Final docx

33. Xalq təsərrüfatı obyektlərində FV-də iş davamlılığının artırılması üsulları
Fövqəladə hallarda işin dayanıqlığını yüksəldən konkret tədbirləri müəyyən etməkdən ötrü əvvəlcə obyektdə bu sahə üzrə araşdırmalar aparılır. Araşdırma zamanı obyektin istehsal prosesində iştirak edən bütün əsas elementlərinin mövcud vəziyyəti müasir silahların bütün zədələyəci amillərinə, ikinci amillərə, habelə ehtimal edilən kortəbii hadisələrin təsirinə davamlılıq baxımından qiymətləndirilib, təyin edilir. Məqsəd obyektin istehsal fəaliyyətində ən zəif sahələrini aşkara çıxarmaq və onların etibarlılığını, eləcə də bütünlüklə müəssisənin dayanıqlı işini təmin etmək üçün tələb olunan mühəndis-texniki, texnoloji və təşkilati tədbirlərini müəəyyənləşdirməkdir. Dayanıqlılığın qiymətləndirilməsi üzrə işləri yerinə yetirmək üçün obyektlərdə əsas mütəxəssislərdən ibarət hesabat-tədqiqat qrupları yaradılır ki, bunlara fəhlə qulluqçularının müdafiəsinin tədqiqi; bina və qurğuların dayanıqlığı; sənaye avadanlıqları; texnoloji proseslər; elektrik, su, qaz və buxar təchizatı;maddi- texniki təchizatın tədqiqi; sənayenin dayanıqlı idarə olunmasının tədqiqi və həmçinin kompleks tədqiqat və ümumi işlərin nətivələrini yekunlaşdıran qrup daxildir. Zərurilikdən asılı olaraq obyektin xüsusiyyətinə əsasən tədqiqat qrupları başqa vəzifələri də yerinə yetirə bilər, onların sayı artırılıb azaldıla bilər. İşin dayanıqlığının yüksəldilməsi yolları:
☆ fövqəladə hallarda fəhlə və qulluqçuların mühafizəsinin təmin edilməsi;
☆ obyektin ən vacib elementlərinin möhkənliyinin artırılması və texnoloji prosesin təkmilləşdirilməsi;
☆ maddi- texniki təchizatın dayanıqlığının artırılması;
☆ ekstremal şəraitdə obyekti idarəetmə sisteminin etibarlılığının yüksəldilməsi;
☆ müəssisədə istehsalat qəzalarının baş verməsi. 2-ci zədələyici amillər törəməsi ehtimalını və onların zərərini azaltmaq üçün tədbirlər hazırlanması;
☆ obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq görülməsi.
Bu tədbirlər əsasən əvvəlcədən işlənilib yerinə yetirilir. Bilavasitə FH-lar yaranarkən görülməli olan əməliyyatlar isə qabaqcadan planlaşdırılır və onların dərhal icrası üçün hazırlıq görülür.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə