1. Bakteroloji silahlar


Fövqəladə vəziyyət zamanı əhalinin köçürülməsi



Yüklə 103,72 Kb.
səhifə22/52
tarix22.05.2023
ölçüsü103,72 Kb.
#112003
1   ...   18   19   20   21   22   23   24   25   ...   52
Mulki Mudafi Final docx

32. Fövqəladə vəziyyət zamanı əhalinin köçürülməsi
.Köçürmə (təxliyə) –adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlükəsiz rayonlarda(zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir. Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullarından biridir. Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda(təbii fəlakətlər, qəzalar və s.), həm də müharibə dövründəki fövqəladə hallarda (müasir kütləvi qırğın vasitələri işlədilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən (zədələnmə ocaqlarından) təhlükəsiz rayonlara vaxtında çıxartmağa və bunula da fövqəladə halların təsirindən törəyən tələfatı maksimal dərəcədə azaltmağa imkan verir. Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları baş verməsi ehtimalları nəzərə alınmaqla çox variantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi nəzərdə tutulmalıdır. Köçürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən, vacib obyektlərdən və təhlükəli sahələrdən əhali əvvəlcədən çıxarılıb şəhərdənkənar zonadakı az təhlükəli rayonlarda yerləşdirilir. Bunun sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə azaldılır, şəhərlərdə qalan (vacib obyektlərdə işlədilən) adamların mühafizə qurğularında daldalandırılması işi yüngülləşir, müasir qırğın vasitələrinin təsirindən baş verə bilcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır. Təhlükəsiz ərazi – düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir. Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər. Iri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları təhlükəsiz zonada elə məsafədəki rayonlarda yerləşdirilməlidir ki, burada onların təhlükəsizliyi təmin edilsin, işə aparılması və dincəlmək üçün təhlükəsiz zonaya gətirilməsinə isə minimal (ən çox 4 saat) vaxt sərf edilsin. Bu zaman təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir: -müasir qırğın silahlarının təsirindən dağıntı və daşqınlardan əhalinin etibarlı mühafizəsini; -müssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt sərf etməklə gətirilməsini; -MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli surətdə qruplaşdırılmasını; -lazımi gigiyena – sanitariya şəraitini. Köçürülmənin aşağıdakı növ üsulları vardır: -bütün növ nəqliyyat vasitələri ilə; -piyada üsul (əsas); -kombinasiyalı üsul. Köçürüləcək əhalinin sayı nəqliyyat vasitəsinin və nəqliyyat şəbəkəsinin olmasından, onun buraxma imkanından və s. şərtlərdən asılı olaraq köçürmə komissiyası tərəfindən müəyyən edilir. Ilk öncə tibbi müəssisələr, uzaq məsafələri piyada gedişlə qət etmək imkanı olmayan şəxslər(hamilə qadınlar, 14 yaşına kimi uşağı olan qadınlar, 65 yaşından böyük kişilər və 60 yaşından böyük qadınlar) və öz fəaliyyətini fövqəladə halda da davam etdirən azad növbəli müəssisələrin işçiləri və əməkdaşları köçürülürlər. Köçürmə üçün avtomobil, dəmiryol, su və hava nəqliyyat vasitələrindən istifadə edilə bilər. Əhalinin piyada üsulla köçürülməsi yollar, yol kənarları və yoldankənar qeyd olunmuş marşrut üzrə həyata keçirilməlidir. Hərəkətin orta sürəti 4 km/saat-dan artıq olmur. Hər 1- 1,5 saatdan sonra 10-15 dəqiqəlik, yolun yarısını qət etdikdən sonra isə 1-2 saatlıq böyük istirahət nəzərdə tutulur. Kombinasiyalı üsul- bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələri ilə təhlükəli zonalardan dərhal çıxarılır.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə