1. Bakteroloji silahlar


Siniriflicedici zəhərli maddələr



Yüklə 103,72 Kb.
səhifə29/52
tarix22.05.2023
ölçüsü103,72 Kb.
#112003
1   ...   25   26   27   28   29   30   31   32   ...   52
Mulki Mudafi Final docx

46. Siniriflicedici zəhərli maddələr
Sinir iflicedici ZM kimyəvi strukturuna görə fosforlu üzvi maddədir (FÜM). Belə maddələrə zarin, zoman və V qazı aiddir. Zarin və zoman rəngsiz (və ya sarımtıl), səciyyəvi iyli mayelərdir. Bu maddələr üzvi həlledicilərdə, o cümlədən yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olur, havada tez bir zamanda ölümcül təsir göstərən yüksək konsentrasiyalı buxar törədir. Yay vaxtı ərazini zarin damcıları 8 saata, zoman isə bir sutkaya qədər müddətə zəhərləyə bilər. Zarinin buxarları havadan 4,77 dəfə, zomanınki isə 6,33 dəfə ağırdır. Zarinin ikinci buludunun zədələyici təsiri 4-7 saatadək davam edir. Suaxmazlarda zarinin zəhərləyici təsiri 25 sutkayadək, zomanınkı isə 2,5 ayadək qalır. V qazı suda zəif, üzvi həlledicilərdə, yanacaq, sürtgü materiallarında yaxşı həll olan rəngsiz mayedir. Rezin-texniki məmulatlara və lak-boyaq örtükləri yaxşı hopur. Yavaş buxarlandığı üçün (20C-də 10-3 mq/1) ərazidə uzun müddət qalır. V qazı, zoman, zarin davamlı zəhərləyici maddələrdir. Fosforlu üzvi zəhərli maddələr (FÜZM) tətbiq edilərkən zəhərlənmə, adətən, maye damcılarının dərini səthinə düşməsi hallarında, yaxud həmin ZM-in buxarları tənəffüs yollarından keçərkən baş verir.


47. Elektrik, su, qaz və kommunikasiya təsərrüfatlarının davamlılığının artırılması üsulları
Məlumdur ki, bu göstərilən kommunal enerji sistemindən birikəsilərsə, bu müəssisənin öz işini dayandırmağa məcbur edir və nəticədə planlaşdırılmış məhsuldarlıq pozulur. Bununla yanaşı şəhərlər və yaşayış məntəqələrində insanların həyat fəaliyyəti pozulur. Buna görə də göstərilən sistemlərin təchizatının yüksək səviyyədə olması üçün onlara olan tələbat da artıq olmalıdır. Bu tələbatlardan aşağıdakıları göstərmək olar: 1. hökmən azı iki mənbədən götürülməli; 2. bu mənbələr bir-birindən kənar yerləşdirilməlidir ki, onlar eyni vaxtda dağılmasınlar. (Burada su mənbələrindən biri yaxşı olar ki,yeraltı torpaq sularından istifadə etməklə yaradılsın, bu həm də radioaktiv, kimyəvi və bioloji zəhərlənməyə davamlı olur; 3. bu mənbələr öz aralarında elə birləşdirilməlidir ki, lazım olan vaxt ehtiyat mənbə sistemə rahat qoşula bilsin; 4. mümkün dağıntı zonalarında bu mənbələr yeraltı qoruyucu çuxurlarda yerləşdirilməlidir; 5. hər bir mühüm əhəmiyyətli obyektin özünün bu təchizat sistemlərinin ehtiyat mənbələri olmalıdır; 6. obyektlərdə yanğın ısöndürmək üçün ehtiyat su mənbələri yaradılmalıdır; 7. təchizat sisteminin mühüm əhəmiyyətli elementləri mümkün dağıntı zonasından kənarda yerləşdirilməlidir. Bu cür elementlərə aşağıdakılar aiddir: a. enerji təchizat sistemində - elektrik stansiyaları, idarəetmə mərkəzləri, yüksək gərginlikli elektrik ötürücü xəttləri; b. su təchizatı sistemində - nasos stansiyaları və təmizləyici qurğular; c. qaz təchizatı sistemində - qaz paylayıcı stansiyaları və magistral qaz kəmərləri. 8. təchizat xətlərində avtomat və yarım avtomat ayrıcı və bağlayıcı qurğular qoyulmalıdır. 9. yeni təchizat sistemi hazırlanarkən köhnəsini ehtiyat mənbəyi kimi saxlamaq məsləhətdir. 10. Obyektlərin başqa yanğın növünə keçirilməsinə baxılmalıdır. Bu zaman su təchizatından texnoloji proseslərdə maksimum istifadə etmək üçün o dövr etdirilməlidir. Suyun zəhərlənməsinin qarşısı maksimum alınmalıdır, obyektlərdə yanğını söndürmək üçün ehtiyat su mənbələri yaradılmalıdır. Həmçinin qəza ehtiyat boruları olmalıdır ki, bundan lazım gəldikdə magistral boru kəmərlərində və obyektin özündə istifadə olunmalıdır.Fövqəladə hallarda işin dayanıqlılığını yüksəldən konkret tədbirləri müəyyən etməkdən ötrü əvvəlcə obyektdə bu sahə üzrə araşdırmalar (tədqiqatlar) aparılır.Araşdırma zamanı obyektin istehsal prosesində iştirak edən bütün əsas elementlərinin mövcud vəziyyəti müasir silahların kortəbii hadisələrin təsirinə davamlılıq baxımından qiymətləndirilib, təyin edilir. Bunda məqsəd – obyektin istehsal fəaliyyətində ən zəif sahələri aşkara çıxarmaq və onların etibarlığını, eləcə də bütünlüklə müəssisənin dayanıqlı işini təmin etmək üçün tələb olunan mühəndis-texniki, texnoloji və təşkilati tədbirləri müəyyənləşdirməkdir.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə