5
Cavab: Qaldırılan yükün düşməsi, qaldırılan yükün yerdəyişməsi zamanı baş verə bilən zədələnmələr,
elektrik cərəyanından zədələnmələr.
73. Elektrik telferindən istifadə edən işçilər üçün əlavə olaraq hansı xüsusi geyim, xüsusi ayaqqabı və
digər fərdi mühafizə vasitələrindən istifadə nəzərdə tutulmuşdur?
Cavab: Heç bir xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrindən istifadə nəzərdə
tutulmamışdır.
74. Elektrik açarını (rubilniki) işə salmazdan əvvəl işçi elektrik telferinin idarəetmə pultunda nələri
yoxlamalıdır?
Cavab: Telferinin idarəetmə pultunun düymələrinin söndürülmüş vəziyyətdə olmasına.
75. Elektrik telferi ilə işlədikdə yükü qarmağa birləşdirməzdən əvvəl (yüksüz) nələri yoxlamaq lazımdır?
Cavab: Elektrik telferinin işə salınması və söndürülməsini, yuxarı, aşağı, sola və sağa necə hərəkət
etməsini, telferin və qarmağın son uc nöqtələrində hərəkətləri məhdudlaşdıran söndürücülərin işə
düşməsini və əyləclərin sazlığını.
76. Telferin qarmağında kanatlar arasında maksimal bucaq neçə dərəcədən çox olmamalıdır?
Cavab: 90 dərəcədən.
77. Qaldırılacaq hər hansı yükün mərkəzi oxu elektrik telferinin qarmağı ilə hansı bucaq təşkil etməlidir?
Cavab: 90
0
.
78. Qaldırılacaq yükün çəkisi elektrik telferinin yükqaldırma qabiliyyətinə yaxın olarsa nə etmək
lazımdır?
Cavab: Yük 0,2-0,3 metr hündürlüyə qaldırılmalı, mexanizmlərin dözümlülüyü yoxlanılmalı və yalnız
bundan sonra yükü lazım olan hündürlüyə qaldırmaq lazımdır.
79. Elektrik
telferi ilə endirilən yüklə, divar və ya əşyalar arasında kimin olmasna icazə verilir?
Cavab: Endirilən yüklə, divar və ya əşyalar arasında heç kim olmamalıdır.
80. Yükün üfüqi istiqamətdə yerdəyişməsi zamanı, qaldırılan yük, hərəkət istiqamətində olan əşyalardan
ən azı neçə metr hündürə qaldırılmalıdır?
Cavab: 0,5 metr.
81. Uzun ölçülü və iri qabaritli yüklərin qaldırılması, yerdəyişməsi və döndərilməsi zamanı nədən istifadə
edilməlidir?
Cavab: Xüsusi kəndirdən.
82. Qaldırılan və yerdəyişmədə olan yükü əvvəlcədən hazırlanmış yerə qoymazdan əvvəl nəyə əmin
olmaq lazımdır?
Cavab: Qoyulacaq yerdə yükün aşmayacağına və sürüşməyəcəyinə.
83. İşin sonunda və yaxud fasilə zamanı yükü elektrik telferindən asılı vəziyyətdə saxlamaq olarmı?
Hansı hallarda buna icazə verilir?
Cavab: Yükün elektrik telferindən asılı vəziyyətdə saxlanılması qadağandır. Heç bir halda icazə
verilmir.
84. Elektrik telferi ilə işləyən işçi harada dayanmalı və nəyi daim nəzarətdə saxlamalıdır?
Cavab: İşçi, kanat yığılan barabanın açıq hissəsi tərəfində dayanmalı və kanatın barabana necə
yığılmasını və ya barabandan necə açılmasını və yükü daim nəzarətdə saxlamalıdır.
85. Elektrik telferi ilə nə qədər yük qaldırılmasına icazə verilir?
Cavab: Telferin sınağı zamanı müəyyən edilmiş çəki qədər.
86. Telferin qarmağı son aşağı vəziyyətdə olduqda barabanda ən azı neçə dolaq (vitok) qalmalıdır?
Cavab: 1,5 dolaq.
87. Dəniz estakadalarında işçiləri daşıyan avtomobillərin hərəkət sürəti neçə km/saat-dan artıq
olmamalıdır?
Cavab: 25 km/saat.
6
88. Estakadada adamları daşıyan nəqliyyat vasitəsi digər nəqliyyat vasitəsi və xüsusi texnika ilə qarşı-
qarşıya gəldikdə yol hansı nəqliyyat vasitəsinə verilməlidir?
Cavab: Adamları daşıyan nəqliyyat vasitəsinə.
89. Dəstə üzvüləri quyuya necə daşınmalıdır?
Cavab: Laboratoriyanın, qaldırıcının kabinələrində və xüsusi oturacaqlarla təchiz edilmiş nəqliyyat
vasitələrində.
90. Dəstə üzvüləri nəqliyyatın hərəkəti zamanı hansı təhlükəsizlik tələblərinə əməl etməlidir?
Cavab: Siqaret çəkməməli, yatmamalı, nəqliyyat vasitəsi tam dayanmayınca qapını açmamalı və oradan
çıxmamalıdır.
91. Yükün xərəklə ən uzağı neçə metr məsafəyə daşınmasına icazə verilir?
Cavab: 50 metr.
92. Xərəklə yük daşıdıqda xərəkdən yükün endirilməsi komandasını hansı işçi verməlidir?
Cavab: Arxadakı işçi.
93. Pilləkən və nərdivanlarda xərəklə yükü ən uzağı neçə metr məsafəyə daşımaq olar?
Cavab: Daşımaq qadağandır.
94. Neçə metr hündürlüyə yüklərin əllə daşınmasına icazə verilir?
Cavab: 3 metr.
95. Yüklərin əllə daşınmasında hər işçiyə düşən yük neçə kiloqramdan artıq olmamalıdır?
Cavab: 50 kq.
96. Çəkisindən asılı olmayaraq hansı uzunluqdan sonra geofiziki cihazlar dəstənin ən azı iki üzvünün
iştirakı ilə daşınmalıdır?
Cavab: Cihaz 2 metrdən uzun olduqda.
97. İstiqamətləndirici rolikin qaldırıcıya əllə yüklənməsi, boşaldılması dəstənin neçə üzvü tərəfindən və
necə yerinə yetirilməlidir?
Cavab: Bu əməliyyatı dəstənin iki üzvü yerinə yetirməlidir. Bu zaman işçilərdən biri carxdan, digəri isə
həm çarxdan, həm də çarxın oxuna birləşmiş boyunduruğdan tutmalıdır.
98. Çəkisi çox yüngül olan geofiziki cihazları geofiziki kabel başlığına bağladıqdan sonra cihazı əllə
qaldırıb quyuya buraxmaq olarmı?
Cavab: Olmaz.
99. Karotaj işləri zamanı qaldırıcı ilə laboratoriya arasında ən azı neçə metr məsafə olmalıdır?
Cavab: 3 metr.
100. Quyu ağzı ilə (rotorun mərkəzi ilə) istiqamətləndirici rolik arasında üfiqi istiqamətdə ən çoxu neçə
metr məsafə olmalıdır?
Cavab: 2 metr.
101. Qaldırıcı quyu ağzından ən azı neçə metr aralı yerləşdirilməlidir?
Cavab: 30 metr.
102. Qaldırıcı və laboratoriya quyuda necə torpaqlanmalıdır?
Cavab: Qaldırıcı, və laboratoriya buruğun torpaqlayıcı konturuna sıxıcı vint vasıtəsi ilə bağlanaraq
torpaqlanmalıdır. Quyuda torpaqlayıcı kontur yoxdursa qaldırıcının və laboratoriyanın torpaqlama
kabeli quyunun başmağına strupsina ilə bağlamaq lazımdır.
103. Torpaqlama (yerləbirləşdirmə) nə deməkdir?
Cavab: Elektrik avadanlıqlarının və xidmətçi heyətin təhlükəsizliyini təmin etmək üçün qurğunun ayrı-
ayrı elementlərinin yerlə etibarlı birləşdirilməsi.
104. Yerləbirləşdirici (torpaqlama) sistem nədən ibarətdir?
Cavab: Yerləbirləşdiricidən və birləşdirici naqildən.
105. Öz vəzifələrinə görə yerləbirləşdirmələr neçə cür olur?
Cavab: İşçi və mühafizə yerləbirləşdirmələri.