11
167. Hansı hallarda dəstə üzvlərinin açıq dənizdə bir gəmidən başqa gəmiyə minməsinə icazə verilir?
Cavab: Yalnız qəza vəziyyətində.
168. Dənizin dalğalanması neçə baldan çox olmadıqda əldə yük aparmağa icazə verilir? Hansı cəkidə və
hansı ölçüdə?
Cavab: Dənizin dalğalanması 2 baldan çox olmadıqda. Çəkisi 12 kq-dan, uzunluğu 1 metrdən çox
olmamaq şərti ilə.
169. Qazma
quyusunda istiqamətləndirici və asma roliklərini quyu ağzı meydançadan quyunun qəbul
körpüsü üzərinə qaldırıcı qurğu ilə kim endirməlidir?
Cavab: Qazmaçı və qazmaçı köməkçisi.
170. Qazma
quyusunda işin sonunda istiqamətləndirici və asma roliklərini quyu ağzı meydançadan
quyunun qəbul körpüsünə qaldırıcı qurğu ilə endirən zaman quyunun qəbul körpüsündə kimlər olmalıdır?
Cavab: Heç kim.
171. Lübrikatorun hissələri stenddə ən azı neçə aydan bir təzyiqə yoxlanılmalıdır?
Cavab: 6 ay.
172. Lübrikatorda qaynaq yerləri varsa onun defektoskopiyası ən azı neçə ildən bir aparılır?
Cavab: Hər il.
173. Quyunun Mədəngeofiziki işlərə hazırlıq aktında yerləbirləşdirmə konturunun müqaviməti
göstərilməyibsə işə başlamaq olarmı?
Cavab: Olmaz.
174. Gəzişmə (bas - boş) yolu ilə quyu cihazını azad etmək mümkün olmadıqda dəstə rəisi nə etməlidir?
Cavab: Akt tərtib etməli, Sifarişçiyə və Mədəngeofizika İdarəsi rəhbərliyinə məlumat verməlidir.
175. Mədəngeofizi dəstənin üzvüləri quyuda açıq fontan zamanı xüsusi texnikanı quyudan çıxartmaq
mümkün olmadıqda necə hərəkət ettməlidirlər?
Cavab: Daxili yanma mühərriklərini, elektrik, işıqlanma xətlərini söndürməli və ərazini tərk
etməlidirlər.
176. Qaldırıcının mühərrikin sönmüş vəziyyətində cihazı quyuya buraxmaq olarmı?
Cavab: Olmaz.
177. Geofiziki tədqiqat işlərində cihazın başmağdan çıxması zamanı sürət neçə metr/saat-dan çox
olmamalıdır?
Cavab: 250m/saat.
178. Cihazı quyudan qaldırdıqda kabel üzərində olan ikinci xəbərdarlıqedici nişan göründükdə qaldırma
sürət neçə metr/saat-dan çox olmamalıdır?
Cavab: 250m/saat.
179. Cihaz quyu dibindən maksimal qaldırılma sürəti nə qədərdir?
Cavab: 100 metr/saat.
180. Cihazın başmağa 50 metr qalmış maksimal sürəti nə qədər olmalıdır?
Cavab: 250 metr/saat.
181. Hansı dərinlikdən sonra (əgər buraxılan cihazın xüsusiyyəti və konstruksiyası imkan verərsə)
geofiziki ölçü işi həm endirmə həm də qaldırma zamanı qeyd olunmalıdır?
Cavab: 5000 metr.
182. Quyunun açıq lüləsində geofiziki kabelə calaq (bandaj) qoyulması normadan artıq vaxt tələb edərsə
hansı əməliyyatı etmək lazımdır?
Cavab: 500 metr/saatdan az sürətlə 10-20 metr arası qaldırıb-endirmə əməliyyatını.
183. Qoruyucu kəmər buraxılmış quyuda geofiziki kabelin maksimal qaldırılma sürəti nə qədərdir?
Cavab: 8000 metr/saat.
184. Qoruyucu kəmər buraxılmamış quyuda geofiziki kabelin maksimal qaldırılma sürəti nə qədərdir?
Cavab: 10000 metr/saat.
12
185. Cihazı ilk dəfə quyuya buraxdıqda maksimal sürət ən çoxu nə qədər olmalıdır?
Cavab: 3000 metr/saat.
186. Quyu dibinə catan geofiziki kabeli maksimum neçə metr artıq (perepusk) buraxmaq olar?
Cavab: 2-5 metr.
187. Lübrikator ilə işləyən zaman quyu ağzına neçə metr qalmış maksimal sürət neçə metr/saatdan çox
olmamalıdır?
Cavab: 100 metr qalmış sürət ən çoxu 250 metr/saat olmalıdır.
188. Quyuda tutulmuş geofiziki kabeli azad etmək üçün ona nə qədər yük vermək olar?
Cavab: Kabelin qırılma qüvvəsinin 50%-i qədər.
189. Quyuda tutulmuş zirehli kabeli azad etdikdən sonra qaldırıcıda nələr yoxlanılmalıdır?
Cavab: Aşağı istiqamətləndirici və yuxarı asqı çarxlarının, qaldırıcının hissələrinin və mexanizmlərinin,
texniki baxışını keçirməli, bucurqadın avtomobilin ramasına bərkidilməsinin vəziyyəti yoxlanılmalıdır.
190. Quyuda geofiziki işləri qurtardıqdan sonra bazaya qayıtmazdan əvvəl maşınçı qaldırıcıda hansı
işləri görməli nələri yoxlamalıdır?
Cavab: Gətirilmiş cihaz və avadanlıqları bazaya aparmaq üçün qaldırıcıya yerləşdirilməli və
bağlanılmalı, maşınçı bucurqadı nəzərdən keçirməli onu tormozlamalı, ötrücunü ayırmalıdır. Bucurqad
şöbəsində və bucurqadın idarəetmə şöbəsində səlıqə-səhman yaratmalıdır. Qaldırıcını bazaya qaytarmaq
üçün sazlığını yoxlamalıdır.
191. Quyuda qəzanın ləğvi kimin rəhbərliyi altında aparılmalıdır?
Cavab: Dəstə rəisinin və ya bu işə məhsul edilmiş şəxsin.
192. Kabelin tutulmasının aradan qaldırılmasına başlamazdan əvvəl nələr yoxlanılmalıdır?
Cavab: Bucurqadın qaldırıcının ramasına necə bərkidildiyini, nəzarət ölçü cihazlarının necə işlədiyini,
təkərlərin altına qoyulan dayaqların vəziyyətini, aşağı istiqamətləndirici çarxın bərkidilməsini, dəniz
qazma quyularında qaldırıcının özülə necə bağlanmasını.
193. Hansı hallarda quyu ağzı su buxarı və ya isti su ilə təchiz edilməlidir?
Cavab: Ərtaf mühitin hərarəti mənfi olduqda və ya qazma məhlulu neft mənşəli maddələrdən
hazırlandıqda.
194. Hansı hallarda açıq lüləli quyularda elektrik karotaj işləri aparılmır?
Cavab: Yuycu məhlul neft əsaslı olduqda.
195. Görmə məsafəsi neçə metrdən az olduqda quyuda geofiziki tədqiqat işləri dayandırılmalıdır?
Cavab: 50 metr.
196. Calaq edilmiş geofiziki kabel barabana daxil olduqda sürət nə qədər olmalıdır? Və bu sürətlə
barabanda ən azı neçə dövür vurmalıdır?
Cavab: Calaq edilmiş geofiziki kabelin calaq yeri barabanda ən azı 5 dəfə fırlanana qədər sürət 1000
metr/saat-dan artıq olmamalıdır.
197. Karotaj dəstəsinin dəstə rəisi elektrik təhlükəsizliyi üzrə ən azı hansı qrupa malik olmalıdır?
Cavab: III-qrup.
198. Karotaj dəstəsinin mühəndis-texniki işçiləri elektrik təhlükəsizliyi üzrə ən azı hansı qrupa malik
olmalıdır?
Cavab: III-qrup.
199. Dəstənin karotajçısı elektrik təhlükəsizliyi üzrə ən azı hansı qrupa malik olmalıdır?
Cavab: II qrup.
200. İş prosesi zamanı quyudan məhlulun daşması baş verərsə dəstə rəisi nə etməlidir?
Cavab: Dəstə rəisi bu barədə sifarişçinin nümayəndəsinə xəbər verməli, iş dayandırılmalıdır. Dəstə rəisi
və sifarişçinin nümayəndəsi bu barədə akt tərtib etməli və aktı imzalamalıdırlar.
201. Rolikdə kabelin hərəkət etdiyi cığır neçə faiz yeyildikdə rolik istismara yararsız sayılır.
Cavab: 10%.