1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə62/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   58   59   60   61   62   63   64   65   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq müqavilənin qeydə alınması dərc edilməsi.BMT Nizamnaməsinin 102-ci maddəsinə görə, BMT üzvləri tərəfindən bağlanmış hər bir beynəlxalq müqavilə BMT-nin Katibliyində qeydə alınmalıdır. Qeydə alınma müqavilənin hüquqi qüvvəsinə təsir etmir; sadəcə olaraq, bu cür qeydə alınmamış müqavilələrə dövlətlər BMT-nin orqanlarında istinad edə bilməzlər.

Qeyd alınmış beynəlxalq müqavilələri Katiblik “Treaty Series” adlı topluda dərc edir
Bəzi dövlətlərdə iştirakçıları olduqları beynəlxalq müqavilələrin dərc olunması qaydası qanunvericilikdə müəyyən olunur.

  1. Beynəlxalq müqavilənin qüvvədə olması.Yalnız qüvvəyə minmiş beynəlxalq müqavilə tərəflər üçün məcburi sayılır. Müqavilənin qüvvəyə mindiyi an, adətən, müqavilənin özündə göstərilir. Burada bir sıra qaydalar mövcuddur. Belə ki, ratifikasiya və ya təsdiq edilməli olmayan müqavilə aşağıdakı müddətdə qüvvəyə minir: a) imzalandığı andan etibarən; b) imzalandığı andan müəyyən müddət keçdikdən sonra və ya c) müqavilədə dəqiq göstərilmiş andan etibarən.

Ratifikasiya və ya təsdiq edilməli olan müqavilələrin isə qüvvəyə minməsi qaydası aşağıdakı kimidir:

  1. – ikitərəfli müqavilələr: a) ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən və ya b) ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən müəyyən müddət keçdikdən sonra;

  2. – çoxtərəfli müqavilələr: a) depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən və ya b) depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən müəyyən müddət keçdikdən sonra.

Müqavilənin qüvvədə olması müəyyən müddət üçün (məsələn, 5 il, 10 il və s.) və ya
müddətsiz nəzərdə tutula bilər. Müəyyən müddətə bağlanılan müqavilə həmin müddət bitdikdən sonra müqavilənin özündə göstərilən şərtlərlə (məsələn,tərəflərdən biri bu müddət bitən ərəfədə müqavilədən çıxmaq haqqında öz istəyini bildirməyibsə) və ya tərəflrin xüsusi razılığı ilə uzadıla bilər; buna prolonqasiya deyilir.
Müqavilə müəyyən məkanda qüvvədə olur. Əgər müqavilənin özündə başqa hal nəzərdə tutulmayıbsa, o, müvafiq dövlətin ərazisində qüvvədə olur.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə