3
Çöl işləri zamanı hər bir genetik tipli torpaq qatının mexaniki
xüsusiyyətlərinə də fikir vermək lazımdır. Çöl şəraitində torpaqları müxtəlifliyinə
görə bu cür ayırmaq olar: qumlu,gilli-qumlu, gillicəli, gilli.
H.A.Kaçinski mexaniki tərkibinə görə torpaqların aşağıdakı təsnifatını
vermişdir: Əgər torpaqda hissəciklərin diametri <0,01-dənkiçikdirsə qumlu, eyni
fraksiyalar 10%-20%-dirsə gillicəli, 50%-dən çoxdursa gilli torpaqlar adlanır.
Torpağın tədqiqatı zamanı onun strukturasını təyin etmək lazımdır.
Strukturasına görə torpaqlar bu cür ayrılır: Əgər şaquli kəsim yerə təbəqələrin
qalınlığı 1mm-dirsə bu cür struktura təbəqəvari, əgərqalınlıq 1-5mm-dirsə
lövhəvari, 5-20mm-dirsə yastı, 20mm-dən çoxdursa yastı quruluşlu adlanır.
Bundan başqa torpaqların strukturası kubşəkilli,sütunvari-prizma şəkilli də olur.
Torpağın əsas xüsusiyyətlərindən biri də onun sıxlığıdır. Sıxlığına görə torpaqlar
bu cür ayrılır: 1)kövrək; 2)zəif; 3)bərk; 4)daha bərk.
Çöl şəraitində torpaq qatlarındakı reaksiyalar xüsusi lakmus kağızları
vasitəsilə təyin edilir. Beləki, qırmızı lakmus kağızları qələvilərlə reaksiyada
göy,əksinə göy rəngli lakmus kağızlar isə turşularla reaksiyada qırmızı rəng alır.
Bu əlamətlər torpaqda qələvi,turşuluq reaksiyalarının baş verdiyini göstərir.
Bütün
göstərilənlərlə yanaşı çöl şəraitində torpağın eroziya
xüsusiyyətlərini də aşkar etmək lazımdır ki, buda torpaq qattının meylliyindən
asılıdır. Əgr meyllik 1º-dirsə torpaqda eroziya prosesi getmir. Meyllik 1,5-2º-dirsə,
zəif; 3-4º-dirsə orta; 4-6º nisbətən güclü; 5-8º-dirsə onda bütün humus qatı
yuyulur.
behruzmelikov.com
Geobotaniki tədqiqat
Bildiyimiz kimi bitki örtüyü landşaftın ən mühüm komplekslərindən olub,
onun çöl tədqiqatı müxtəlif sahəlidir. Bitki örtüyü ayrılıqda, geokompleksi
səciyyələndirən bütün komplekslərin indikatorudur.
Hal-hazırda geobotanik üsul müxtəlif sahəli axtarış işlərində, eləcə də
geoloqlar tərəfindən qrup sularının dərinliyi və sərhəddinin dəqiqləşdirilməsində,
litoloji xəritələrin tərtibində, asrofoto şəkillərin aydınlaşdırılmasında geniş istifadə
edilir.
Ölkəmizdə bitki örtüyünün analizinin tərtibi əhəmiyyəti melorasiya və
suvarma kanallarının istifadəsində, təbii qoruqların və yasaqların sərhəddinin
təyinində, təbii ehtiyatlardan səmərəli istifadə edilməsində geniş nəzərə çarpır.
Botaniki-coğrafi çöl tədqiqat işlərinin səmərəli aparılması üçün aşağıdakı
ləvazimatlar lazımdır: iri miqyaslı mopoxəritə, botaniki papka, bitkiləri qurutmaq
üçün xüsusi kağızlar, kompas, eklimetr, termometrlər, psixrometr, yüksəklik
ölçmək üçün aperoid, ağacların diametrini ölçmək üçün xüsusi qarmaqlar, binokl
və s. i.
Tədqiqatçı qarşısındakı geo botaniki işlərin məqsədindən asılı olaraq çöl
işləri aşağıdakı tiplərə bölünür: 1) ilkin yoxlama tədqiqatı; 2) marirut; 3) stasionar
işlər.
İlkin yoxlama zamanı geobotaniki işlər acaq ərazinin bitki örtüyünün
xarakterini öyrənməkdən ibarət olur və onun əsas elementləri mopoxəritədə qeyd
olunur. İlkin yoxlama zamanı ərazidə mövcud olan maraqlı sahələr gələcək
tədqiqatlar üçün hazırlanır.
Marirut işləri zamanı ərazinin bitki örtüyünün geobotanik xəritələr tərtib
edilməklə yanaşı, onun kənd təsərrüfatı əhəmiyyəti və eyni zamanda gələcəkdə
bitki örtüyünün inkişaf xüsusiyyətləridə aydınlaşdırılır. Buna görə də marirutların
istiqaməti ərazidə mövcud olan relyef tiplərini və çay şəbəkəsini kəsməlidir.
Stasionar tədqiqat işləri isə xüsusi zonal stansiyalarda, qoruqlarda və
yasaqlarda aparılır.
behruzmelikov.com
2
Bütün tədqiqat işləri kimi geobotanik tədqiqatlarda üç mərhələdə aparılır:
hazırlıq, ekspedisiya və hesabat mərhələləri. Geobotanik işlərin hazırlıq
mərhələsində mütəxəssis tədqiqat sahəsinə aid olan bütün ədəbiyyat və xəritə
materialları ilə tanış olmalı, ərazinin landşaft komplekslərinin müxtəlifliyini
aydınlaşdırmalıdır.
Ekspedisiya mərhələsi tədqiqatların əsası olub, bilavasitə ərazidə mövcud
olan nadir bitkilərin analizindən, onların inkişaf xüsusiyyətlərinin araşdırılmsından
ibarətdir. Ekspedisiyanın ilk günündən başlayaraq tədqiqatçı xüsusi jurnallarda
qeydlər aparmalıdır ki, burada da gündəlik marşrutların istiqaməti və məsafəsi,
ayrı-ayrı bitkilər üzrə müşahidələrin nəticəsi, relyefin xüsusiyyətləri, torpağın
müxtəlifliyi, insanların təsərrüfat fəaliyyəti iləəlaqədar olaraq bitki örtüyünün
yararsızlaşdırılması və digər əlamətlər öz əksini tapmalıdır.
Bitki örtüyünün üçün əsas üsullardan biri də xüsusi nümunəvi sahələrin
ayrılmasıdır ki, burada da bitkinin bütün inkişaf xüsusiyyətləri dəqiq öyrənilir. Bu
cür sahələrdə bitki örtüyünün eynicinsli olmasınada fikir vermək lazımdır.
Öyrənilmə müddətinə görə, nümunəvi sahələr müvəqqəti və daimi olurlar.
Müvəqqəti sahələrdə bitkiləri bir dəfə öyrənməklə, onun gələcək inkişaf
xüsusiyyətləri aydınlaşdırılır. Daimi sahələrdə isə bitkilər üzərində uzun müddətli
tədqiqat işləri aparılır. Ona görə də bu cür sahələrin ölçüsü 400m
2
-dən, bəzən isə
1000m
2
-dən az olmamalıdır. Ümumiyyətlə bu sahələr əksərən kvadrat, düzbucaqlı
və bəzən də dairəvi xarakterindən asılı olaraq çöl işləri zamanı xəritələr müxtəlif
miqyaslarda tərtib edilir:
1.
Dəqiq iri miqyaslı xəritələr -1:5000-1:25000
2.
Ümumiləşdirilmiş iri miqyaslı xəritələr -1:50000-1:200000
3.
Orta miqyaslı xəritələr -1:300000-1:1000000
4.
Kiçik miqyaslı xəritələr -1:500000-1:4000000
5.
Kiçik miqyaslı sxematik xəritələr -1:5000000
Geobotaniki işlərin xarakterindən asılı olaraq, planalma işləri müxtəlif
üsullarla aparılır:
behruzmelikov.com
Dostları ilə paylaş: |