qısa olur və iş şəraiti daha da mürəkkəbləşir. Ona görə də, dağlıq şəraitdə çöl işləri
aparan ekspedisiyanın əməkdaşları sağlam, fiziki cəhətdən davamlı, təhlükəsizlik
texnikasını yaxşı bilən şəxslər olmalıdır. Qeyd etmək lazımdır ki, dağlıq zonalarda
kompleksləri formalaşdıran ayrı-ayrı komponentlərin yerləşməsi, onların genetik
şəraiti daha yaxşı müşahidə olunur. Bu komponentlər dərənin dibindən suayrıcıya
doğru və dərəni əhatə edən tirələrin yollarından yüksəkliklərə doğru tam əks
olunur. Ona görə də, komplekslərin marşrutlar üzrə müxtəlif profillərlə
öyrənilməsi, nümunə sahələrin seçilməsi düzənliklərə nisbətən dağlıq zonalarda
daha asandır. Bu cür nümunəvi sahələrdə komplekslərin struktur əlaqəsinə, onların
mütləq yüksəkliyə görə yerləşməsinə, eyni şaquli qurşaqda olan müxtəlif
ekspozisiyalı yamaclarda bu komplekslərin dəuişkənliyinə xüsusi diqqət yetirmək
lazımdır. Bütün zona və qurşaqlarda, daha doğrusu tundradan başlayaraq dağlıq
sahələrdə daxil olmaqla, kompleks çöl tədqiqat işləri əvvəlcədən nəzərdə tutulmuş
olan proqramma üzrə aparılmalıdır. Beləliklə, kompleks çöl tədqiqatları, landşaftı
və onun morfoloji hissələri olan fasiyanı, mərzi formalaşdıran komponentlər
arasındakı kəmiyyət və keyfiyyət əlaqəsini, onun iqtisadi cəhətdən effektliyini
qiymətləndirməyə imkan verir ki, buda yer səthinin biogen və antropogen
landşaftına məxsusdur.
behruzmelikov.com
6.ÇAYLARIN, QRUNT SULARININ TƏDQİQİ
Çöl işləri mərhələsində ayrılıqda götürülmüş bir sahənin su ehtiyatlarının
öyrənilməsi və onun digər komponentlərlə əlaqəsinin aydınlaşdırılması xüsusi
əhəmiyyət kəsb edir. Qrunt suları və çay şəbəkəsi təbii landşaftın bir hissəsini
təşkil edir. Ərazinin su rejimi ilə bir çox fiziki – coğrafi proseslər əlaqədardır:
atmosfer çöküntülərinin axımı, bataqlıq yaranması, eroziya, mikroiqlim, bitkilərin
inkişafı və s. ona görə də qrunt və səth sularının öyrənilməsi bu və ya başqa bir
ərazinin ümumi geokompleksləri sisteminə daxildir.
Çaylar təbiətin daim inkişafda olan obyektlərindən biri olub, tədqiqatı özünə
məxsus əlamətdar xüsusiyyətə malikdir. Ona görə də çayların tədqiqatına sırf
hidrogeoloji obyekt kimi yox, həm də hövzənin geoloji – geomorfoloji səciyyəvi
kimi də baxmaq lazımdır. Bununla əlaqədar olaraq çayların öyrənilməsi üçün ilk
növbədə hövzəyə aid olan aerofoto şəkil və xəritə materialları ilə tanış olmaq
lazımdır. Bundan sonra isə çay şəbəkəsinin sıxlığı və onun əyrilik əmsalı təyin
edilir. Əyrilik əmsalı çayın həqiqi uzunluğunun onun mənbəyindən mənsəbinə
qədər olan məsafəyə nisbəti ilə ölçülür. Hövzənin sahəsi isə planimetrin köməkliyi
ilə təyin edilir. Topoxəritəyə əsasən çayın meylliyini də tapmaq olar. Çayların
xüsusiyyətini rejimini, asılı və dib gətirmələrini öyrənmək üçün, qayıq, bölgüləri
olan reyka, tros, nivelir, saniyə ölçən, su termometri, analiz götürmək üçün şüşə
qablar lazımdır.
Çöl tədqiqat işləri xüsusi marşrutlarla başlanır ki, bu zaman da çayın suayrıcı
hissəsini, hövzənin relyefini, çöküntülərini və bitki örtüyünü aydınlaşdırmaq
lazımdır. Hövzənin çöküntüləri təbii açılışlar vasitəsilə öyrənilir ki, burada da gil,
gillicə, gilli qumlar, qumlar, üçgün materialları və s. daxildir. Çöl işləri zamanı
həmçinin hövzənin bitki örtüyündə, yəni hidrogeoloji tədqiqat aparılan rayonla
hansı landşaft tipləri (meşə, meşə- çöl, çəmənlik və s.) inkişaf etdiyini də
aydınlaşdırmaq vacibdir.
Çayın məcrasını tədqiq edəndə mütləq sel, daşqın zamanı subasarın
maksimum hündürlüyünü təyin etmək lazımdır. Çünki bu göstəricilərin təyin
edilməsinin energetika, tikinti və nəqliyyat işlərində təcrübi əhəmiyyəti var.
behruzmelikov.com
2
Tədqiqatçı üçün ən mürəkkəb məsələ çay yatağının öyrənilməsidir ki, bu zamanda
əsasən yatağın əyriliyini, onun parçalanmasını, qollarını, astanaları, şəlalələri, çay
pillələrini, yatağın dib hissəsi çöküntülərinin xarakterini, onun sahilinin
yüksəkliyini aydınlaşdırmaq vacibdir.
Çayın enini qrafik üsulla topoxəritədə, həmçinində məsafə ölçənlə ölçmək
olar. Fotoaparatda olan məsafəölçən vasitəsilə eni 20 m-ə qədər olan çayları
ölçmək olar. Çayın dərinliyini isə peyka və REL-1; REL-2 markalı exolotlar
vasitəsilə ölçmək olar. Kxolotla çayın dərinliyi dəqiq təyin edilir ki, bu zamanda da
qayığın sürəti saatda 12-15 km olur.
Çayın rejimi stasionar yaxud yarım stasionar müşahidə yolu ilə öyrənilir.
Suyun axım sürəti və sərfi üzgəc və fırlanğıq vasitəsilə təyin edilir.
Çayın məcrasının düz hissəsində bir – birindən eyni məsafədə yerləşən dörd
xüsusi stvor (yəni çayda su rejiminin tədqiq edildiyi yer) seçilir. Birinci buraxıcı,
ikinci – yuxarı, üçüncü baş və dördüncü isə aşağı stvor adlanır. Axım sürəti bu
üzgəclərin yuxarı stvordan başlayaraq aşağıya doğru olan müddətlə təyin edilir.
Axımın orta sürəti həmin üzgəclərin bütün stvorlar üzrə sürətinin onların
miqdarına olan nisbəti ilə ölçülür.
Beləliklə, bütün lazım olan göstəriciləri aldıqdan sonra, çay hövzəsinin
sxematik xəritəsi tərtib olunur ki, bununda üzərinə bütün müşahidə nöqtələri,
bunların coğrafi yazılışı, (yəni səthi, geoloji və geomorfoloji quruluşu, çay
şəbəkəsinin sıxlığı, bitki və torpaq örtüyü) əsas çay və onun qollarının morfometrik
göstəricilərinin (uzunluğu, meylliyi, əyrilik əmsalı, eni, dərinliyi, axım sürəti, su
sərfi, səviyyənin dəyişməsi) səciyyəsi verilir.
Hesabatın nəticə hissəsində çay hövzəsinin təsərrüfat əhəmiyyəti və çay
sularının mühafizəsi haqqında xüsusi göstərişlər qeyd edilir.
Qrunt sularının çöl şəraitində öyrənilməsi quyu və buruq quyularından
başlanır ki, bunlarda kənd yerlərində əsas su təchizat obyektləridir. Həmin
quyuların sənədləşdirilməsi bu cür aparılır: yaşayış məntəqəsi, quyunun tipi və
yerləşdiyi nöqtə, suyun dərinliyi, suyun həcmi, dib hissəsində qruntun vəziyyəti,
suyun şəffaflığı, rəngi, dadı, yay və qış aylarında suyun temperaturu, suyun
behruzmelikov.com