3
1.Tam sərhədli planalma işləri iri miqyaslı (1:5000) xəritələşdirmə
işlərində tətbiq edilir.
2.İstiqamətlənmiş marşrut planalma işləri bu zaman bitki örtüyünün bütün
müxtəlifliyi xəritədə öz əksini tapmalıdır.
3.Paralel istiqamətli planalma işləridir ki, bu zaman götürülmüş marşrutlar
arasındakı məsafə 300-500m-ə qədər olmalıdır.
4.Aerogeobotanik
planalmadır
ki,bu
zaman
bitki
örtüyünün
xəritələşdirilməsi təyyarə vasitəsilə aparılır.
Çöl işləri zamanı aparılmış bütün tədqiqatlar hesabatda öz əksini
tapmalıdır.
behruzmelikov.com
Kompleks fiziki-coğrafi tədqiqatlar
Təbii kompleksləri əmələ gətirən ayrı-ayrı komplekslərin öyrənilməsi tətbiq
edilən üsullarla yanaşı, həmin komlekslərin birlikdə analizi üçün kompleks
tədqiqat üsulları da mövcuddur. Kompleks tədqiqat üsullarını təbii landşaftın kiçik
maksonomik vahidləri olan fasiya, mərz, məhəlli və landşaft rayonlarına tətbiq
etmək olar. Bu üsulun əsas mahiyyəti ondan ibarətdi ki, burada bütün mövcud olan
üsulların köməkliyi ilə ayrı-ayrı kompleksləri təşkil edən komponentlərin qarşılıqlı
əlaqəsi, onların inkişaf xüsusiyyətləri dəqiq öyrənilir və çöl şəraitində landşaft
qatının kiçik vafidlərinin (fasiya, mərz, landşaft bə s. i.) konkret sərhədləri
göstərilir. Qeyd etmək lazımdır ki, fasiya, mərz, məhəlli vahidlər təbii obyektlər
olub, vaxt etibarilə uzun müddətdə formalaşırlar. Lakin bu obyektlərdə mövcud
olan təbii ehtiyatlar (otlaqlar, yaylaqlar, meşə və s. i.) isə məkan və zaman nöqteyi
nəzərdən dəyişkən olub, insan fəaliyyəti ilə əlaqədardır. Bildiyiniz kimi, fasiya
eyni litoloji tərkibli sahədən ibarət olub, eyni mikrorelyeflə (yamac, torpaq,
dərənin dibi və s. i.), iqlimlə, nəmliklə, eyni torpaq və bitki örtüyü ilə səciyyələnir.
Lakin, nisbətən böyük maksonomik vahidlər isə yəni mərz; landşaft rayonları
müəyyən konkret şərait daxilində bir-birindən kəskin fərqlənən komponentlərlə
mürəkkəbləşmişdir. Bütün bu cür dəyişikliklər bu vahidlərdən böyük olan
maksonomik göstəricilərdə də (rayon, vilayət, əyalət, ölkə və yaxud da yarış zona,
və s. i.) kəskin müşahidə olunur. Başqa sözlə desək, hər bir sonrakı maksonomik
vahidi təşkil edən komplekslər, strukturasına görə əvvəlki nisbətən daha mürəkkəb
olub, bir-birlərindən kəskin fərqlənirlər.
Kompleks fiziki-coğrafi tədqiqatlarda üç mərhələdə aparılır: hazırlıq, çöl və
hesabatın tərtibi.
Əvvəlki üsullardan fərqli olaraq, kompleks tədqiqatların hazırlıq mərhələsi
böyük əhəmiyyətə malik olub, sonrakı tədqiqat mərhələlərinin əsasını təşkil edir.
Çöl işlərinin ilk mərhələsində ərazinin ayrı-ayrı kompleklərini təşkil edən
komponentlərin ümumi səciyyəsinin qəbul edilmiş terminologiyası, çöl
materiallarının toplanmasının vahid sxemi (hesabat kağızları, nümunələr üçün
behruzmelikov.com
2
xüsusi blanklar, fasiyaları göstərmək üçün xüsusi işarələr, analizlərin nəticələri
üçün blanklar və s. i.) hazırlanır. Məlumdur ki, çöl işlərinin ilk mərhələsi tədqiqat
aparılan ərazinin və onun ətraf sahəsinin ekskursiyası ilə başlanır.
Bu zaman ərazinin təbii görkəmi, kompleks fiziki-coğrafi tədqiqatların əsasını
təşkil edən topoqrafik materiallarla uzlaşdırılır. Sonra isə çöl şəraitində fasiya
mərzin səciyyəsi və bunlara müvafiq olaraq landşaft rayonlarının marşrutlar üzrə
əlavə xüsusiyyətlərinin qısa təsviri yazılır.
Kompleks fiziki-coğrafi tədqiqatlarda xüsusi nümunəvi sahələrin seçilməsinin
də böyük əhəmiyyəti vardır. Çünki bu cür sahələrdə ərazinin bütün təbii
komplekslərinin xarakterik tipləri iştirak edir. Bu cür sahələri seçdikdə, mütləq
geokomplekslərin dəyişilməsində və inkişafında insanın təsərrüfat fəaliyyətinidə
nəzərə almaq lazımdır.
Kompleks fiziki-coğrafi tədqiqatları bəzən məhəlli sahələrdə də aparılır ki,
bunun üçün də mütləq bu cür yerlərin dəqiq geomorfoloji, torpaq, geobotanik və
digər xəritələr olmalıdır. Bu cür sahələrin müxtəlif komponentləri üzrə dəqiq və
aydın məlumatlar yopladıqdan sonra, həmin sahələrin geokompleklərinin təsviri və
xəritələşdirilməsi işləri aparılır. Ümumiyyətlə, bu sahələrin ölçüsü 100m
2
-dən az
olmamalıdır.
Çöl işlərinin ən məsuliyyətli dövrü geokomplesklərin təyin edilməsi və onun
yazılı təsviridir. Buna görə çöl işləri zamanı, mütləq landşaftın ritmik inkişafına və
onun morfologiyasına diqqət yetirmək lazımdır. Landşafrın ritmik inkişafı ilk
növbədə istilik və nəmlik rejimindən asılıdır. Bildiyiniz kimi, geokomplekslərin
və eləcə də bütünlüklə coğrafi qatın ritmik inkişafı fəsillər üzrə baş verən
dəyişikliklərdən asılı olmayıb, yer qabığında və onun ayrı-ayrı hissələrində uzun
əsrlər boyu baş verən dəyişikliklərlə əlaqədardır.
Kompleks fiziki-coğrafi tədqiqatların hesabat mərhələsinin əhəmiyyəti
olduqca böyükdür. Həmin mərhələdə tədqiqatın bütün nəticəsi qarşıya qoyulmuş
kompleks məsələlərin həllinə istiqamətləndirilir, toplanmış çöl materialları
dəqiqləşdirilir, dağ suxurlarından, bitkilərdən, torpağdan götürülmüş nümunələr
sistemləşdirilir.
behruzmelikov.com