3
Ayrılmış bütün geokomplekləri nəzərə alaraq, xəritə üçün kəsimlər, ümumi
şərti işarələr, geokomplekslər daxilində ayrılmış genetik tiplər üçün xüsusi rənglər
seçilir və həmin tiplər üçün fərdi kəsimlər tərtib olunur. Bütün qrafiki və xəritə
materialları dəqiqləşdirildikdən sonra, hesabat yazılır.İlk tədqiqatçı üçün hesabatın
quruluşu aşağıdakı kimi olmalıdır:
1.Tədqiqat sahəsinin inzibati şəraiti, nəqliyyat əlaqəsi, yararlı torpaqlardan
necə istifadə olunması və digər amillər göstərilməlidir.
2.Sahənin coğrafi vəziyyəti, onun ölçüsü və yüksək maksonomik vahilər
daxilindəki (təbii vilayət, zona, fiziki-coğrafi ölkə, əyalət) geokomplekslərdə bu
sahənin göstəriciləri.
3.Çöl işlərinin başlanma və qurtarma müddəti, partiyanın tərkibi, onun texniki
cəhətdən tədqiqatı.
4.Tədqiqat sahəsinə qonşu olan ərazilərin təbii xüsusiyyətləri, onun geoloji
quruluşu, yerəltı və qrunt suları, onların dərinliyi, tərkibi və rejimi, relyefi,iqlim
şəraiti,torpaq örtüyünün xarakteri və s. i.
Hesabatın ikinci hissəsində geokomplekslərin səciyyəsi tam təfsilatı ilə verilir.
Sonuncu fəsil kompleks fiziki-coğrafi rayonlaşmaya həsr olunur ki, burada kiçik
maksonomik vahidlərə görə iri vahidlərin sərhədləri landşaft xəritəsində göstərilir.
Hesabata eyni zamanda bütün qrafiki materiallar, dağ suxurlarından, torpaq və
digər tbii komponentlərdən götürülmüş nümunələrin analizinin siyahısı və digər
lazımlı materiallar əlavə edilir.
behruzmelikov.com
Kompleks coğrafi landşaft və çöl tədqiqatları
Landşaft komplekslərinin tədqiqatıədəbiyyat-kartoqrafik və çöl işləri
vasitəsilə aparılır. Hər hansı bir rayonun təbii şəraiti haqqında mövcud olan
ədəbiyyat və xəritə materialları ilə ilkin tanışlığın landşaft çöl tədqiqatında çox
böyük əhəmiyyəti var. Landşaft çöl tədqiqatlarının özünə məxsus məqsədi olub,
bilavasitə komponentlər arası landşaftın qarşılıqlı əlaqəsini, bu əlaqələrin
məzahurunu, landşaft kompleklərinin inkişaf tarixini və landşaftın xəritələşdirilmə
prinsiplərini aydınlaşdırmaqdan ibarətdir. Landşaft çöl tədqiqatlarının nəticəsinin
nəzəri və təcrübi əhəmiyyəti kompleks coğrafi tədqiqatlarla eynidir. Çünki,
kompleks coğrafi tədqiqatda olduğu kimi landşaft çöl tədqiqatında da mütləq
ekspedisiyanın tərkibində geoloq, geomorfoloq, iqlimşünas, botanik, torpaqşünas
və başqa mütəxəssislər iştirak etməlidir.
Hal-hazıra qədər mövcud olan landşaft tədqiqatlarından aydın olur ki, çöl
işləri zamanı əsas obyektlərdən biri landşaft komplekslərindən kiçik maksonomik
vahidləri olan landşaft rayonları, məhəlli tiplər və mərzlərdir. Qeyd etmək lazımdır
ki, landşaftın iri maksonomik vahidləri olan zona, ölkə və əyalətlərin
öyrənilməsində çöl işlərinin rolu olduqca azdır. Çünki iri tipoloji vahidlərin
analizində ədəbiyyat və xəritə materiallarının araşdırılması əsas yer tutur.
Bu zaman komponentlər arası qarşılıqlı əlaqənin tədqiqatı əsas rol oynayir ki,
burada da böyük landşaft kompleksləri marşrutlar vasitəsilə öyrənilir. Sovet
landşaftşünaslarının əksəriyyəti, kompleks çöl tədqiqatlarının aparılmasında
aşağıdakı ardıcıllığı qəbul etmişlər: 1) Tədqiq olunan ərazinin ədəbiyyat
materiallarına əsasən ilkin tipoloji landşaft vahidlərini və landşaft rayonlaşma
xəritə sxeminin tərtibi; 2) İlkin marşrutlar zamanı tipoloji komplekslərin sahəvi
paylanmasının qanuna uyğunluğu aydınlaşdırılır və landşaft komplekslərinin
sonrakı mərhələlərdə dəqiq öyrənilməsi üçün istinad məntəqələri seçilir; 3) Bu
məntəqələr üzrə konkret vahidlər olan məhəlli və mərzlər xəritələşdirilir, onların
tipologiyası verilir və istinad məntəqələri arasında landşaft profilləri götürülür;
4) Çöl materialları əsasında landşaftın tipoloji xəritəsi tərtib edilir və hesabat
yazılır.
behruzmelikov.com
2
Çöl işləri zamanı landşaft rayonlarının öyrənilməsində əsas mərhələ,landşaftın
morfoloji quruluşu və yaxud strukturasını aydınlaşdırmaqdır ki, buda məhəlli
tiplərin mərzlərin xəritələşdirilməsindən və onların yazılı təsvirindən asılıdır. Çöl
şəraitində tiplərin sərhədlənməsi fasiya və mərzlərdən əvvəl olmalıdır. Məhəlli
tiplərin ayrılmasının əsasını ərazinin geomorfoloji quruluşu, torpaq analizi,
biocoğrafi və mikroiqlim amillərinin qarşılıqlı əlaqəsi təşkil edir. Landşaftın
morfoloji quruluşunu öyrənmək üçün isə həmin landşaft komponentinin daxil
olduğu landşaft rayonundan başlamaq məqsədə uyğundur. Landşaft rayonunun
morfoloji strukturası təyin edildikdən sonra, bu rayonu əhatə edən və ona qonşu
olan sərhəd zonalarını öyrənmək lazımdır. Çünki qonşu sahələrin landşafının hər
tərəfli analizi, landşaft rayonlarının sərhəddini dəqiqləşdirməyə və onun inkişaf
mərhələlərini dərindən öyrənməyə imkan verir. Çöl şəritində landşaft rayonlarının
morfoloji strukturasının öyrənilməsində sahəvi planalma işləri ilə yanaşı, landşaft
profillərinin tərtibi də əsas rol oynayır. Landşaft profilləri iki tipə bölünür: a)
Magistral profillər landşaft rayonlarını təmamilə yaxud bu rayonların böyük
sahəsini kəsir; b) Landşaft toposıraları isə suayrıcıdan başlayaraq çay dərələrinə
kimi mövcud olan birləşimi landşaft kompleklərini əks etdirir.
Landşaft komplekslərinin öyrənilməsində ekspedisiya və stasionar üsullarla
yanaşı aerofotoşəkillərin də araşdırılması xüsusi əhəmiyyətə malikdir. Bunun
başqa landşaft komplekslərinin öyrənilməsində müasir geokimyəvi üsuldan da
istifadə edilir. Bu üsul suayrıcıdan başlayaraq su hövzələrinə qədər olan kimyəvi
elementlərin miqrasiyasını, eyni zamanda landşaft kompleklərindəki komponentkər
arasındakı kimyəvi elementlərin qarşılıqlı əlaqəsini aydınlaşdırmağa imkan verir.
Bununla yanaşı bir sıra qazıntıların aşkar edilməsində landşaftın geokimyəvi üsul
müəyyən rol oynayır.
Landşaftın inkişaf tarixinin aydınlaşdırılmasında bitki tozlarının analizi də
əsas yer tutur. Bu üsul hazırda müxtəlif tərkibli dörüncü dövr çöküntülərinin
yaşının təyin edilməsində, landşaftın paleocoğrafi inkişaf problemlərinin həllində
geniş istifadə edilir.
behruzmelikov.com
Dostları ilə paylaş: |