1. Həzm qastritin diaqnostikasının əsasını nə təşkil edir?


 Pnevmoniyanın müalicəsində antibiotik seçərkən ilk növbədə nəyi nəzərə almaq



Yüklə 290,13 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix30.05.2018
ölçüsü290,13 Kb.
#46807
1   2   3   4   5   6   7   8   9   10   11

E) Pnevmokokk

29. Pnevmoniyanın müalicəsində antibiotik seçərkən ilk növbədə nəyi nəzərə almaq

lazımdır?

A) Pnevmoniya törədicisinin xüsusiyyətini

B) Xəstəliyin müddətini

C) Yanaşı gedən xəstəliyi

D) Xəstəliyin zədələdiyi seqmenti

E) Antibakterial prepartaların keçirilməsinin individuallığını



30. Hansı xəstəlik üçün krepitasiya xarakterikdir?

A) Krupoz pnevmoniya

B) Kiçik qan dövranında durğunluq

C) Bronxial astma

D) Ağciyərlərin emfizeması

E) Ağciyərlərin absesi



31. Krupoz pnevmoniya üçün xarakterik olan perkutor səs hansıdır?

A) Küt


B) Küt timpanit

C) Metal


D) Timpanik

E) Qutu


32. Selikli-qanlı bəlğəm hansı xəstəliyin əlamətləri üçün xarakterikdir?

A) Ağciyərin bronxogen xərçəngi

B) Kəskin traxeobronxit

C) Ağciyər vərəmi

D) Bronxopnevmoniya

E) Xroniki bronxit



33. İrinli xoşa gəlməz iyi olan bəlğəm hansı xəstəlik üçün xarakterikdir?

A) Ağciyərin qanqrenası

B) Ağciyər xərçəngi

C) Bronxial astma

D) Bronxit

E) Krupoz pnevmoniya



34. Bəlğəmdə elastiki liflər hansı xəstəliklər zamanı aşkar edilir?

A) Ağciyər absesi

B) Ağciyər ürəyi

C) Bronxial astma

D) Xroniki bronxit

E) Krupoz pnevmoniya



35. Epidemioloji təhlükəliliyi daha çox olan vərəmin kliniki forması hansıdır?

A) Fibroz kavernoz ağ ciyər vərəmi

B) Vərəm meningiti

C) Ocaqlı vərəm

D) Tuberkuloma

E) İlkin vərəm kompleksi



36. Sağlam adamlarda qanda xolesterinin optimal konsentrasiyası hansıdır?

A) 5 mmol/l

B) 6 mmol/l

C) 6,2 mmol/l

D) 7,5 mmol/l

E) 7 mmol/l



37. Aşağıda göstərilən kliniki əlamətlərin hansı metabolik sindroma aiddir?

A) Abdominal piylənmə

B) Hipoqlikemiya

C) Aşağı ətraflarda ödem

D) Təngnəfəslik

E) Aritmiya



38. Gərginlik stenokardiyasının əmələ gəlməsinin əsas səbəbi nədir?

A) Koronar damarların 70% və daha çox aterosklerotik daralması

B) Dilyatasion kardiomiopatiya



C) Kəskin miokardit

D) Mitral qapağın prolapsı

E) Xroniki miokardit

39. Tac arteriyalarının aterosklerozunun ən informativ diaqnostik üsulu hansıdır?

A) Koronar angioqrafiya

B) Stress exo-kardioqrafiya

C) EKQ


D) EXO-kardioqrafiya

E) Ssintoqrafiya



40. Stabil stenokardiya zamanı ağrı sindromunun müddəti nə qədərdir?

A) 20 dəqiqəyədək

B) 35 dəqiqəyədək

C) 30 dəqiqəyədək

D) 40 dəqiqəyədək

E) 25 dəqiqəyədək



41. Kəskin koronar sindrom zamanı ağrı müşahidə edilərsə seçim preparatı?

A) Morfi


B) Analgin

C) Fentanil

D) Baralgin

E) Tramadol



42. Kəskin koronar sindrom zamanı v/d təkrar morfi yeridilməsi ağrını götürmürsə, daha

nə məsləhət görülür?

A) Beta blokatorlar vena daxilinə

B) Dihidropiridin kalsium antaqonistləri daxilə

C) Nitratlar per os

D) Nitratlar dil altına

E) Verapamilin venadaxili təyini



43. Trombolitik terapiyanın effektivliyinin laborator göstəricisi hansıdır?

A) Kardiospesifik fermentlərin qanda miqdarının sürətlə artması

B) Xolesterinin miqdarının qanda artması

C) Leykositozun azalması

D) Protrombin indeksinin azalması

E) EÇS azalması



44. Sinus bradikardiyası ilə müşayət olunan stenokardiyanın müalicəsində antianginal

preparatın seçimi?

A) Amlodipin

B) Metoprolol

C) Propranalol

D) Verapamil

E) Riboksin



45. Miokard infarktı zamanı ən informativ biokimyəvi marker hansıdır?

A) Troponin I

B) Mioqlobin

C) Laktatdehidrogenaza

D) Alanintransferaza

E) Kreatininfosfokinaza



46. Kardiogen şok olan xəstələrdə dopaminin infuziyasının maksimal sürəti nə qədərdir?

A) 20 mkq/kq/dəqiqə

B) 15 mkq/kq/dəqiqə

C) 25 mkq/kq/dəqiqə

D) 30 mkq/kq/dəqiqə

E) 7,5 mkq/kq/dəqiqə



47. Miokardın gizli işemiyası nə ilə xarakterizə olunur?

A) ST seqmentinin nəzərə çarpan depressiyası epizodları stenokardiya ağrıları ilə müşayət

olunmur

B) Fiziki yük sınağından sonra ST seqmentinin depressiyası qeyd edilmir



C) Ağrı sindromu aritmiya ilə müşayət edilir

D) Stenokardik tutma ST seqmentinin depressiyası ilə müşayət olunur




E) Ağrı sindromu ST seqmentinin elevasiyası ilə müşayət olunur

48. Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir?

A) Sol mədəciyin hipertrofiyası

B) Yuxarı sıxlıqlı lipoproteidlərin artması

C) Qanda triqliseridlərin miqdarının azalması

D) Şəkərsiz diabet

E) Şəkərli diabet



49. Arterial hipertenziyalı xəstələrin müalicəsi zamanı AT endirilməsinin məqsəd səviyyəsi

hansıdır?

A) 140/90 mm c.süt.-dan az

B) AT 160/90 mm c.s. kimi tədricən azalması

C) Diastolik AT 94 mm c.s. dək azalması

D) AT 10% azalması

E) Sistolik AT 150 mm c.s. kimi azalması



50. Abdominal piylənmənin meyarına hansı aiddir?

A) Kişilərin belinin dairəsi 102 sm-dən çox, qadınlarda – 88 sm-dən çox

B) Kişilərin belinin dairəsi 108 sm-dən az, qadınlarda 100 sm-dən az

C) Kişilərin belinin dairəsi 106 sm-dən az, qadınlarda – 80 sm-dən az

D) Kişilərin belinin dairəsi 107 sm-dən az, qadınlarda – 90 sm-dən az

E) Kişilərin belinin dairəsi 110 sm-dən az, qadınlarda – 94 sm-dən az



51. Periferik arteriyaların obliterə edici xəstəlikləri arterial hipertenziya ilə müşayət

olunarsa preparatlardan hansını istifadə etmək olmaz?

A) β-blokatorlar

B) α-adrenoblokatorlar

C) Nitratlar

D) Kalsium antaqonistləri

E) AÇF (Angiotenzini çevirən fermentin) inhibitorları



52. Arterial hipertenziya zamanı hansı əlamət böyrəklərin zədələnməsini göstərir?

A) Proteinuriya

B) Sidikdə duz kristallarının olması

C) Qanda protrombinin miqdarının 100%-dən çox olması

D) Sidikdə dəyişilməmiş eritrositlərin olması

E) Epiteluriya



53. Dilatasion kardiomiopatiyalı xəstələrdə ürək kameralarının hansı böyüyür?

A) Ürəyin bütün kameraları, əsasən sol mədəcik

B) Sol mədəcik

C) Sağ mədəcik, sol qulaqcıq

D) Sol mədəcik, sol qulaqcıq

E) Sağ mədəciyin dilatasiyası



54. Dilatasion kardiomiopatiya zamanı xarakterik kliniki mənzərə necədir?

A) Total ürək çatışmazlığı

B) Gərginlik stenokardiyası tutmaları

C) Yalnız sol mədəcik çatmazlığı

D) Yalnız sağ mədəcik çatışmazlığı

E) Yalnız ritm və keçiciriliyin pozulması



55. Dilatasion kardiomiopatiya zamanı seçim preparatı hansıdır?

A) AÇF (Angiotenzini çevirən fermentin) inhibitorları

B) Lipotrop preparatlar

C) Ca antaqonistləri

D) L- Karnitin

E) Preduktal MR



56. Hipertrofik kardiomiopatiyada mədəcik hipertrofiyasının forması hansıdır?

A) Mədəciklərarası çəpərin asimmetrik hipertrofiyası

B) Sağ mədəciyin asimmetirik hipertrofiyası

C) Sol mədəciyin konsentrik hipertrofiyası

D) Sağ və sol mədəciyin simmetirik hipertrofiyası

E) Miokardın apikal hipertrofiyası



57. Fibrinoz perikarditli xəstələrin obyektiv müayinəsinin nəticəsi hansıdır?

A) Perikardın sürtünmə küyü




Yüklə 290,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə