1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə18/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   14   15   16   17   18   19   20   21   ...   181

50     

H Ü M A Y İ - Ə R Ş

etmişdir. Bunun 1250/51-ci illərdə [m.1834/1836] olduğu güman olu nur

çünki Şeyxin beş ilə qədər Qaraqaşi Mahmud əfəndi mərhum yanında, 

üç yaxud dörd ilə yaxın da Abdullah əfəndi yanında qaldığı rəvayət 

edilməkdədir. 

NİGARİ TƏXƏLLÜSÜNÜN SƏBƏBİ 

Q

araqaşda (xalq arasında Qarağacı şəklində bilinir) təhsili 



əsnasında Nurəddin əfəndi adlı birisinin möhtərəm zövcəsi, 

iffətli qadınların baş tacı Nigar xanım hər cür ehtiyacını tə-

min etmiş və təhsilində lazım gələn yardımı göstərmiş. Bu sayədə feyzə 

nail olmasının bu xanımın dəstəyinin təbii bir nəticəsi olduğunu nəzərdə 

tutaraq, adına əlavə olaraq “Nigari” təxəllüsünü götürmüş və divanında 

bu adı istifadə etmişdir. Bu xanımın kiçik bir köməyi üzündən adını əbədi-

ləşdirəcək qədər edilən yaxşılığı unutmayıb haqqını verməyə çalışması 

nəcib fəzilətlərindən birini təşkil edir. 

ŞEYXİ İSMAYIL ŞİRVANİ İLƏ

GÖRÜŞMƏSİ

20

 

R



usiyadan [Azərbaycandan] hicrət edərək ilk əvvəl hara getdiyinə 

dair bir rəvayət əldə edilməmişdir. Ancaq təhsilini tamamlamadığı 

üçün o zamanlar Sivasda yaşayan Həzrəti Mövlanənin [İsmayıl 

Siracəddin Şirvani] hüzuruna gəlməsi çox böyük ehtimaldır. Çünki o həm 

şəriət icazətnaməsini, həm də təriqət xilafətnaməsini Həzrəti Mövlanənin 

mübarək adına izafə olaraq təliblərinə vermişdir. 

Sivasda Həzrəti Mövlanədən [İsmayıl Siracəddin Şirvani] mədrəsə 

təlimini tamamladığı da məlum deyildir. Ancaq bu müqəddəs zatla əlaqəsinin 

ardınca təriqətə davam etməsi mütləqdir. Həzrəti Mövlanə Sivasda olduğu 

1255-ci ildə [m.1835/36] Gümüşlü Saraçxana mədrəsələrində riyazətlə 

(nəfs mücadiləsi) məşğul olmuşdur. 

Kərəmli mürşidinin əmrilə 1255-ci ildə [m.1835/36] Həcc vəzifəsini 

tamamlayıb qayıtdıqdan sonra yenə mürşidinin xanəgahında xidmətə 

davam etmişdir. 

20

  Həzrəti Mövlanəyə [İsmayıl Siracəddin Şirvani] birbaşa gəldiyinə dair belə bir rəvayət 



vardır. Guya Şikəst Abdullah əfəndi mərhumdan dərs oxuyarkən təqva əhlinin günəşi 

Həzrəti Əliyyül-Mürtəzanı yuxuda görmüş və bu yuxuda Həzrəti-şahı-vəlayət Sivasa 

gedərək Şeyx İsmayıl Şirvaniyə bağlanmasını əmr etmişdir. Əmrə tabe olaraq Rusiyadan 

[Azərbaycandan] hicrət edib Sivasa gəlmiş və Həzrəti Mövlanənin [İsmayıl Siracəddin 

Şirvani] qüdsi hüzurları ilə şərəf qazandığında “Nə xoş ol kimsəyə ki, mürşidi Həzrəti-

şahı-vəlayət olsun” demişdir. (Yegənləri Seyid Sədəddin əfəndi rəvayətindən)



Nigar xanımın 

Qarapirim kəndindəki 

qəbri


H Ü M A Y İ - Ə R Ş

    51

HİCAZDAN QAYIDIŞINA 

BİR GƏLİNİN KÖMƏYİ 

H

icaza piyada olaraq gedib gəlmişdir. Qayıtdıqda çarıq ayağını 



sıxmış və ayaqları şişmiş, son dərəcə çətin vəziyyətdə olduğundan 

dar zamanda bir kənddə bir evə sığınmağa məcbur qalmış. 

Qapını döyüb müsafir qəbul edib-etmədiklərini soruşduqlarında ev sahibəsi 

olan gəlin dərhal “buyurun” deyə içəriyə almış. Taqəti kəsilən bu həqiqət-

pənah səyyah göstərilən yerə cansız düşmüş. Şeyxin təəssüf doğuran halı 

bu nəcib qadıncığazın mərhəmət nəzərini cəlb etmiş. Tezcə duzlu sularla 

ayağını yumuş və xına yaxmış. Onun bu Allahpərəst xidmətinə rəğmən 

gəlinin qaynanası bu müsafiri qəbul etməmək üçün lazım gələn hər səbəbə 

baş vurmuş isə də gəlin qəbul etməmiş. Əmrinin dinlənməməsindən 

qıcıqlanan bu qaynana oğlu gəldiyində oğlunun hissiyatını təhrik edəcək 

hər cür vasitələrə müraciət etmiş. Ancaq oğlu gecə gəlmiş bir müsafiri 

dişarı atmağın insanlığa yaraşmadığını, sabah ilk iş olaraq əmrini yerinə 

yetirəcəyini söyləyərək qoca qarını yatışdırmaq istəmiş. Bu xanım qaynana 

oğlu ilə də qovğaya başlamış isə də əhəmiyyət verilməmiş, bu surətlə o 

gecə səhər edilmiş. Ertəsi gün bu alicənab oğlan müsafirinin yanına gələ-

rək kədərli halını gördüyündə üç gündən əvvəl evindən ayrılmaması 

üçün and içdirmiş. Və üç gün içərisində həm gəlin, həm ev sahibi olan zat 

islamiyyətə və insaniyyətə yaraşan bir şəkildə qonaqpərvərlik vəzifəsini ifa et-

mişlər. Vəfatına qədər o gəlin ilə o ev sahibinə xeyir-dua edirmiş

21



RUSİYAYA [QARABAĞA] QAYIDIŞI



H

icazdan qayıtdıqdan sonra bir il də kərəmli mür-

şidinin qüdsiyyət-pənah dərgahına bağlanıb, hicri 

1256/1257 [m.1840/1842] illəri içərisində ustadın 

qəti əmri üzərinə Rusiyaya [Azərbaycana] qayıtmışdır. 

Bu dönüş əmri haqqında yayılmış rəvayətə görə “Guya Şeyx 

Hacı Həmzə əfəndi həzrətlərinin möhtərəm anası, övladının 

yed di-səkkiz ildən bəri sağ və ya ölmüş olduğuna dair bir xəbər 

alma dı ğından gecə-gündüz oğlundan xəbərin gəlməsi üçün 

Allah dərgahına dua etməkdə imiş. Bu vaqeə Həzrəti Mövlanəyə 

[İsmayıl Siracəddin Şirvani] aşkar olduqda ona anasının yanına 

get məsini əmr etmişdir və bunun üzərinə o da Rusiyaya 

[Azərbaycana] qayıtmışdır.

22

 



Rusiyada [Qarabağda] atası ocağında

Doğulduğu torpaq olan Cicimliyə gedər-getməz ilahi iste-

dada malik bu zatın şöhrəti dərhal yaşadığı mühitdə yayılmış; 

21

 Siracəddin əfəndinin anası Əminə xanım rəvayətindən.



22

 Siracəddin əfəndinin anası Əminə xanım rəvayətindən.



Sivas. Göy mədrəsə


52     

H Ü M A Y İ - Ə R Ş

elm və irfan təhsil etmək üçün mərifət suyuna susamışlar hər tərəfdən 

axışıb gəlmişlər. 

ﺎﻛﺮﺘﻌﻣ ﷲ ﺖﻴﺒﺑ ﺞﻴﺠﺤﻟﺍ ﻯﺮﺗ ﺎﻤﻛ 

[Hacıların Beytullahda bir-birilə yarışdıqlarını 



gördüyün kimi]. 

Cicimlidə və Bərgüşadın Mirlər kəndində tədris və tərbiyə ilə məşğul 

olmuşdur. Cicimlidə qışda Həkəri çayının kənarında Sarı Aşıq adlı Allah 

məczubunun nurlu məzarı civarında inşa edilən mədrəsələrdə tədrisatla 

və Bərgüşadda da Mirlər kəndində Bərgüşad çayının kənarında özünə xas 

hücrədə elm və irfan yaymaqla məşğul olmuşdur. 

Əmisi oğlu Seyid Mühibbüddin əfəndiyə (Yanya vilayətinin Bərat 

sancağı vergi məmuru ikən 1315-ci ildə [m.1897/98] vəfat etmişdir. Qəbri 

Bərat qəsəbəsindədir.) cəzbə halı gələrək məcnun olmuşdur. 

Mirlər kəndi

Mirlər kəndi Bərgüşad çayının tam sahilindədir. Cicimliyə baxanda 

havası əngindir. Bu kənd təbiət mənzərələri baxımından nadir 

bir mənzərəyə malikdir. Bir dağın düz ətəyindədir. Dağ meşələrlə 

örtülmüşdür. Şərqdən Dondar kəndi, şimaldan dağ, qərbdən və cənubdan 

Bərgüşad çayı ilə həmsərhəddir. Cənub-şərqində Saray kəndi vardır. 

Əhalisi comərd, nəcib, qonaqpərvər insanlardır. Burada (Mirlər kəndində) 

Vəli Çələbi adlı xoşsöhbət bir zatın evində qaldıq. Dondarlı ilə Mirlər 

kəndi arasında böyük övliyaullahdan Şeyx Səfiyyüddin Ərdəbili həzrətləri 

tərəfdarlarından Seyid Mir Məhəmməd həzrətləri vardır. Qəbrində yazı 

yoxdur. Ətrafı dörd divarla çevrələnmiş və üzərində böyük bir ağac vardır. 

Evləri Cicimliyə nisbətən daha yaxşıdır. Dağdan çıxan bir burun Dondarlı 

ilə Mirləri bir-birindən ayırır. Lətif, könülaçan olan bu kənd hər cəhətdən 

həyat bəxş edən bir vəziyyətdədir. Möhtərəm anası və əmizadələri də bu 

məzarlıqdadır. 



Mirlər kəndinin 

Ağabali tərəfindən 

çəkilmiş xəritələri

Mirlər kəndi 

qəbiristanlığı


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə