1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Mehmanxananın təhlükəsizlik bölməsinin əhəmiyyəti və mahiyyəti



Yüklə 47,98 Kb.
səhifə35/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   31   32   33   34   35   36   37   38   ...   46
aydın mlm.imtahan

52. Mehmanxananın təhlükəsizlik bölməsinin əhəmiyyəti və mahiyyəti. Təklükəsizlik problemləri son illərdə, xüsusilə də mehmanxana biznesində daha da mühüm əhəmiyyət kəsb edir.Mehmanxananın qonaqlarının və personalın təhlükəsizliyi vacib məsələlərdən biridir.Mehmanxana biznesini inkişaf etdirmək, daha çox turist axınını təşkil etmək üçün təhlükəsizlik sistemini müasir səviyyəyə çatdırmaq lazımdır. Təhlükəsizlik məsələlərini, xüsusən terror təhlükəsini aradan qaldırmaq üçün mehmanxana müxtəlif vasitələrdən, o cümlədən texniki, metodiki, təşkilati və digər üsulları işləyib hazırlamalıdır. Bunun üçün ilk növbədə təhlükəsizlik bölməsinin əməkdaşlarının peşə hazırlığına və onların texniki vasitələrlə təchizatına diqqət verilməlidir. Təhlükəsizlik bölməsinin əməkdaşlarının gündəlik fəaliyyəti, mühafizə olunan ərazini diqqətlə yoxlamaq, növbədə olan bölmələrlə mütəmadi əlaqə yaratmaq, şübhəli şəxslər və əşyalar haqqında məlumat mübadiləsi aparmaq və s. ibarətdir. Təhlükəsizlik bölməsinin əsas vəzifəsi baş vermiş cinayətləri təhqiq etmək deyil, qarşısını almaqdır.Təhlükəsizlik bölməsi, polisin yerli bölmələri ilə sıx əməkdaşlıq etməli, gözlənilən mitinq, ixtişaşlar, mehmanxanaya arzu olunmayan qonaqların gəlməsi və s. haqqında məlumatlar əldə edə bilər və mehmanxana buna hazırlaşır və tədbirlər görür.Təhlükəsizlik bölməsi texniki vasitələrlə, izləyici kameralar, monitorlar, radioəlaqə yaradan cihazlar və s. təchiz olunmalıdır. Nömrələrdəki seyflər, qapılardakı kilidlər, açarlar və s. bölmənin nəzarətində olmalıdır.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə