1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


MDB ölkələrində mehmanxana şəbəkələrinin yaradılma meyilləri



Yüklə 47,98 Kb.
səhifə2/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   2   3   4   5   6   7   8   9   ...   46
aydın mlm.imtahan

4. MDB ölkələrində mehmanxana şəbəkələrinin yaradılma meyilləri. Son zamanlarda MDB ölkələrində mehmanxana şəbəkələrinin yaradılma meyli inkişaf edir. Belə ki, 1997-ci ilin oktyabrında Moskvada Rusiya mehmanxana şəbəkəsi- «Nord-Hotel» yaradılmışdır. Bu şəbəkəyə könüllü olaraq paytaxt Moskvanın şimal-şərq dairəsinin 12 mehmanxanası daxil olmuşdur. Sabiq SSRİ məkanında ölkədə yeganə mehmanxanalar şəbəkəsi «İnturist» Səhmdar Cəmiyyəti idi.Bakıda «İnturist» Səhmdar Cəmiyyətinin üç mehmanxanası var idi. Bunlar «Azərbaycan», «Moskva» və «İnturist» mehmanxanaları idi.Avropada nəhəng mehmanxana imperiyaları əvəzinə könüllü şəbəkələr yaratmağa daha meyilli olan ənənəvi mehmanxanaların sayı üstünlük təşkil edir. 5. Dünya mehmanxana nömrə fondunun statistikası.Hazırda dünyada 14 milyon nömrəli 350 min yüksək səviyyəli komfort mehmanxana var.Dünya mehmanxana təsərrüfatında Avropa regionu aparıcı yer tutur.Dünya turist axınının 70 faizi, mehmanxana nömrə fondunun isə 45 faizi Avropanın payına düşür.Amerika qitəsində dünya mehmanxana fondunun 35 faizini təşkil edən 5 milyon nömrə var.90-cı illərdə Amerika mehmanxana şəbəkələrinin təsiri daha da güclənir.Dünya mehmanxana nömrə fondunun 14%-nə malik olan Asiya regionu bu sahədə 3-cü yeri tutur. Artım sürəti isə 15- 20 % olaraq orta dünya tempini 2-3% qabaqlayır. Afrika regionunun payına 0,4 milyon nömrə düşür ki, bu, dünya nömrə fondunun 3 %-ni təşkil edir. AvstraliyaOkeaniya regionunda dünya nömrə fondunun 3%-ni təşkil edir. 6. İllər üzrə ən yaxşı otellərin sıralama siyahısı. «İnstitutional İnvestor» jurnalında dərc edilmiş «Dünyanın ən yaxşı mehmanxanaları» məqaləsində bir neçə il ərzində Banqkoqun «Oriental» mehmanxanası birinci sayılırdı.1992-ci ildə bu siyahıda bir qədər dəyişiklik baş verir, birinci iki yerə «Regent Honq Konq» və «Bel air» layiq görülürlər.«Shanqri-La» mehmanxanası isə 3-cü yeri tutur.Ən yaxşı otellər ABŞ-da fəaliyyət göstərir. «Dünyanın imtiyazlı otelləri və kurortları» beynəlxalq təşkilatı da bu işlə məşğul olub. Bu təşkilatın təşkil etdiyi ən yaxşı mehmanxanaların sayı 101-dir, bunlardan 69 otel Şimali Amerikada yerləşir. Bu otellərin müştəriləri varlı insanlardır və otel sahiblərinin dediyinə görə, onların əksəriyyəti Rusiya və MDB-nin digər ölkələrindəndir. 7. Tişay Otelləri Beynəlxalq Assosiasiyası. «Tişay otelləri» beynəlxalq assosiasiyası 1968-ci ildən fəaliyyət göstərir. Onun mənzil-qərargahı Parisdə yerləşir. Bu assosiasiyaya daxil olmaq üçün 3 əsas meyar ol malıdır:1.Qonağı təbii və komfort şərait əhatə etməlidir;2.Müasir tələblərə cavab verən xarakterik görünüşlü, qonaqpərvər, rahat və bəzəkli mehmanxana;3.Yüksək səviyyəli restoran və mətbəx. Hal-hazırda «Tişay otelləri» şəbəkəsinə Avropada 329 mehmanxana aiddir. Dünyanın ən iri mehmanxanası «MGM Grant» (Las-Veqas) hesab edilirdi. Onun 5505 nömrəsi var. Hazırda Las-Veqasın digər mehmanxanası «MGM Grant»ı ötmüş­dür. Bu, «Sands Hotel»dir. «Pur Karlton» və Kanadanın «Four Season's» mehmanxanalarını adətən ən yüksək səviyyəli mehmanxanalar kimi qiymətləndirirlər. 8. Dünyanın ən iri otelləri. Dünyanın ən iri 20 otelindən 14-ü Las-Veqasda yerləşir. Las-Veqas dünyanın əyləncə mərkəzi sayılır, şəhərdə 50-dən çox kazino var ki, bunların çoxu xüsusi tikilmiş mehmanxanaların nəzdində fəaliyyət göstərir.Kazinolu otellərin bir çox nömrələri varlı müştərilər üçün boş saxlanılır.«Pur Karlton» həmişə ən dəbdəbəli mehmanxana şəbəkələrindən biri kimi şöhrət qazanmışdır. Bu kataloqda Rusiyanın 2 otelinin adı da dərc edilmişdir. Bunlar «Balçuq Kempinski» və «Qrand Otel Avropa» mehmanxanalandır. 9. Dünyanın ən möcüzəli və nadir mehmanxanaları. Dünyanın ən möcüzəli və nadir mehmanxanalarından hesab edilən «Tree Tops Hotel» ağacların üstündə yerləşir.Avstraliyada riflər üstündə inşa edilmiş sualtı mehmanxana vardır. Yaponiyada da bir sıra qeyri-adi mehmanxanalar var. Bunlardan biri -Capsule Hotelin otaqları həqiqətən kapsula oxşayır. Bununla yanaşı, Yaponiyada «Məhəbbət mehmanxanaları» mövcuddur. Buradakı nömrələrdən bir neçə saat istifadə edilir. Dünyada ən yüksək mehmanxana Himalay dağlarının ətəyində 13 min metr yüksəklikdə yerləşir. Açıq hava şəraitində bu mehmanxanadan Everest dağına gözəl mənzərə açılır. Port-of-Speyis şəhərində gərgin hisslər həvəskarları üçün uçurumun üstündə qayalarda bir mehmanxana yerləşir.Ginnesin rekordlar kitabına daxil olan «Burc-əl-ərəb», yəni «Ərəb qülləsi» dünyada ən hündür yeddiulduzlu oteldir. 10. Françayzinq yolu ilə mehmanxanaları idarəetmə.Françayzinq– iri və kiçik müstəqil müəssisələrin müqavilə münasibətləri sistemidir. Bu idarəetmədə bir xüsusiyyət vardı ki, kiçik mehmanxana iri məşhur mehmanxana nişanı altında fəaliyyət göstərir.Françayzinq müəyyən münasibətləri təyin edir. Françayzer  françayziyə qanuni qaydada müdafiə olunmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir, habelə bu fəaliyyətin təşkilinə, təlim-təhsil almağa və s. kömək edir. Françayzer müəssisənin tam konsepsiyasını və iş üsullarını yaradır, franşizalan bu imtiyazlardan istifadə etmək hüququ qazanır. Fransız mənşəli termin olmasına baxmayaraq, françayzinq müxtəlif spesfik müqavilə formasında ABŞ-da yaranmışdır. 1907-ci ildə “Rits-Development Company” Nyu-York firmasından “Rits Carlton” adını almaqla bu sistemin əsasını qoymuşdur. 60-cı illərdə françayzinq mehmanxana və motellərin yüksəliş və inkişaf strategiyası olur. Françayzinq mehmanxana sənayesində şirkətin öz fəaliyyətini daha dinamik aparmağa imkan verən konsepsiyadır. Şirkətin kənardan maliyyə cəlb edib daha sürətlə inkişaf etməsi bu konsepsiyanın əsas mahiyyətidir. Mehmanxana sənayesində françayzinqlə məşğul olan ən iri şirkət “Hospitality Franchise System” sayılır.Onun ardınca “Choice Hotels International” şirkəti gəlir. Bu siyahıda üçüncü yeri “Holiday Inn Worldwide”tutur. 11. Müqavilə ( kontrakt ) ilə mehmanxanaları idarəetmə.Müqavilə ilə idarəetmə 1970-ci illərdə geniş yayılmışdı. Mehmanxana sahibkarları, menecer və ya şirkətlə yazılı razılaşma əsasında müqavilə bağlayaraq idarəçiliyi ona verir.Mütəxəssislərin bir qismi müqavilə ilə idarəçiliyin ilk dəfə XX əsrin əvvəllərində “Sezar Rits Qrup” şirkəti ilə bağlandığını söyləyir. Digər mütəxəssislər hesab edir ki, ilk dəfə müqavilə ilə idarəçiliyi “Tradway Hotel Co” şirkəti həyata keçirib. Bəziləri isə iddia edir ki, 30-cu illərdə “Uestin hotelz” şirkəti ilk dəfə müqavilə ilə idarə edilmişdir. 90-cı illərin əvvəllərində mehmanxanaların müqavilə ilə idarə olunmasında “Riçfild Hotel Menecment”, “Dalbri Hotel Korp” və “Intersteyt Hotelz Korp” kimi iri şirkətlərin rolu çox böyük olmuşdur. Müqavilə yolu ilə idarə edən şirkətin və ya menecerin müəssisəsinin əmlakına heç bir hüquqi iddiası yoxdur.Lüks və orta dərəcəli mehmanxana sahibkarları şirkətlərin yüksək səviyyəli peşəkar menecerləri ilə müqavilə bağlayaraq otelləri onların idarəçiliyinə verirlər. Mənzil-qərargah Kaliforniya ştatının Beverli-Hilz şəhərində yerləşən “Hilton Hotels” ABŞ-ın 219 şəhərindən 271 oteli idarə edir. Mənzil qərargahı Memfisdə yerləşən və dünyanın iri şirkətlərindən sayılan “Holiday Inn” in ABŞ və Kanadada, Avropa ölkələrində, Asiya və Cənubi Amerikada 1600 mehmanxana müəssisəsi var. 12. İcarə yolu ilə mehmanxanaları idarəetmə.Mehmanxana sənayesi müəssisələrinin icarə yolu ilə idarə olunması 1950- 1960-cı illərdə geniş yayılmışdı. Hazırda bu forma az istifadə edilir. Bu idarəetmənin mahiyyəti ondadır ki, mehmanxana müəyyən müddətə icarəyə götürülür və danışıqlar əsasında faiz müəyyən edilir. Məsələn, “Hilton” şirkəti San-Xuan şəhərindəki oteli icarəyə götürür. Bundan sonra Puerto-Riko hökuməti “Hilton”un nüfuzlu, məşhur şirkət olmasını nəzərə alıb, ölkədə onun adından istifadə etməklə turizmi inkişaf etdirmək məqsədilə “Hotel Caribe”ni “Hilton” şirkətinə güzəştli şərtlərlə icarəyə verir. İcarə yolu ilə idarəetmə Kubada da müvəffəqiyyətlə həyata keçirilmişdir.Avropada icarə forması daha çox gəlir gətirir. Londondakı “Hilton” oteli 25 illiyə icarəyə verilmişdir. Mehmanxana bazarında maliyyə və pul azlığı ilə əlaqədar bəzən yarımçıq qalmış mehmanxana layihələrinə münasibətdə yeni idarəçilik formaları axtarılır. Arizona ştatından olan Kriçer nə Snayder icarənin yeni tipini təşkil edirlər. Bu varianta görə ilkin kapital olmadan icarəçi mənfəət götürür. Bu sxem üzrə hər nömrənin ümumi gəliri və müqavilə şərtləri əsasında icarəçi mehmanxananı idarə edir. İcarəçi sığortaya, personalın işə qəbuluna, təchizata və marketinqə cavabdehdir. Buna görə də icarəçi nömrələrdən əldə olunan xalis gəlirin böyük bir hissəsinə və əlavə gəlirə malik olur. 13. Sezar Ritsin mehmanxana sənayesinin inkişafında rolu Sezar Rits hələ sağlığında əfsanəvi şəxsiyyət kimi ad qazanmışdır.O,mehmanxana müdirinin şagirdi kimi, 15 yaşından başlayır. Artıq 19 yaşında Rits Paris restoranlarından birinə rəhbərlik edir, ancaq bu işini buraxaraq məşhur «Voisin» restoranında xörəkpaylayan köməkçisi işinə düzəlir.Çox keçməmiş o, artıq daimi müştərinin hər biri haqqında məlumatlı idi və onlar da həmişə Ritsin xidmət göstərməsini xahiş edirdilər.Artıq 22 yaşında Rits İsveçrənin Lüsserna şəhərində yerləşən «Grand National Hotel» mehmanxanasının müdiri olur.Ritsin yaradıcılığı ən yüksək səviyyəli və adlı-sanlı seçilmiş müştəriləri belə özünə cəlb edir.Restorana yalnız axşam ziyafətləri geyimində gəlmək ənənəsini məhz Rits tətbiq etmişdir. O, restorana ən məşhur musiqiçiləri dəvət edir, vəsait xərcləyib qeyri-adi effektlər təşkil edirdi. Hətta bir dəfə suda üzən restoran ətrafında «Venesiya» yaratmışdı. Suda üzən qandollarda qandolyerlər italyanca sevgi mahnıları ifa edirdilər. Rits müştərilərlə ünsiyyəti menecerin ən vacib xüsusiyyətlərindən biri kimi qəbul edirdi. İnsanların istək və arzularına diqqətlə yanaşmağı menecer sənətinin yeni mərhələsi sayırdı.Bu gün Ritsin adı mehmanxana biznesində nəzakət, kübar və zəriflik sinonimi kimi səslənir.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə