1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Con Villard Marriottun mehmanxana sənayesinin inkişafında rolu



Yüklə 47,98 Kb.
səhifə4/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   2   3   4   5   6   7   8   9   ...   46
aydın mlm.imtahan

16. Con Villard Marriottun mehmanxana sənayesinin inkişafında rolu. Con Villard Marriott ABŞ-ın Yuta ştatında anadan olmuşdur.18 yaşına kimi iki il ərzində o, mormonlar-missiyasında işləmiş, bundan sonra təhsilinin haqqını ödəmək və ailəsinə kömək etmək məqsədilə Marriott müxtəlif yerlərdə işləmişdir.1927-ci ildə o, həyat yoldaşı Elis Marriottla birlikdə ölkənin paytaxtı Vaşinqton şəhərində özü tikdiyi köşkdə «A & W Root Beer» pivəsi satırdı. Onun bu biznesi havaların soyuq düşməsi ilə əlaqədar zəifləyirdi. Marriott qərara gəlir ki, çeşidə isti yeməklər əlavə etsin. O, köşkün adını «Hot Shoppe» qoyur. Marriottun bu ideyası uğur qazanır və 30 yaşında artıq o, milyonçu olur.O, hər cəhdlə öz biznesini genişləndirirdi. Məhz Marriott ilk dəfə olaraq sərnişinləri uçuş zamanı yeməklə təmin etmək təklifini verir. Bundan sonra o, qida məhsulları bazarına çıxaraq dövlət idarələrinə, məktəb yeməkxanalarına və xəstəxanalara öz xidmətlərini təklif etmişdir. 1957-ci ildə Marriott ilk mehmanxanasını açır.Uğurlarını və şirkətinin müsbət imicini nəzərə alaraq 1967 -ci ildə o, kompaniyasının adını «Marriott Corparation» qoyur.Yeni rəhbərliyin idarəçiliyi ilə kompaniyanın satış həcmi sürətlə artır və 1980-ci ildə üç milyardı keçir. Kompaniyanın fəaliyyət sahəsi genişlənir, kurort-mehmanxanalar, kruiz gəmiləri ilə, tez yeməklə təmin edən restoranlarla, ahıl və qoca adamların yaşadığı yerlərlə məşğul olur. 17. Hovard Diring Consonun mehmanxana sınayesinin inkişafında rolu. Hovard Conson mehmanxana və restoran biznesində məşhur adlardan biridir. Bu ad təkmilləşməyə cəhd edən və amerikalıların bu sahəyə tələbatını vaxtında görən bir sinonimdir. Conson atasının tütün məmulatları kompaniyasında satıcı işləyir, 1925-ci ildə onun vəfatı ilə əlaqədar məktəbdə oxumağı davam etdirə bilməyərək başqa işlə məşğul olur. O, sabit gəlir mənbəyi əldə etmək məqsədilə 500 dollar borc əldə edir və Uoleston şəhərində kiçik aptek açır. Bu aptekin nəzdində kiçik qəzet köşkü də var idi.Yay mövsümündə Conson Massaçusets çimərliklərində xeyli miqdarda köşk tikir və 10 sentə pirojki, dondurma satmaq üçün yeniyetmə uşaqları cəlb edir.Conson 1930-cu illərdə françayzinq təcrübəsini geniş həyata keçirənlərdəndir. Bunun sayəsində 1935-ci ildə Hovard Consonun 25 restoranı, 1940-cı ildə artıq 100 restoranı fəaliyyət göstərirdi. 1954-cü ildən Consonun kompaniyası mehmanxana biznesi ilə məşğul olur və francayzinq lisenziyası ilə Corciya ştatının Savanna şəhərində ilk motelini açır. 1959-cu ildə Böyük Hovard şirkət prezidentinin səlahiyyətini oğluna verir və biznesi inkişaf etdirməyi vəsiyyət edir. 18. Nikolas Pritskerin mehmanxana sənayesinin inkişafında rolu. Nikolas Pritsker Ukraynadan ABŞ-a ailəsi ilə mühacirət edərkən öz karyerasını kiçik hüquq kontoru açmaqdan başlayır. Onun idarəetmə bacarığı sayəsində kontor tezliklə genişlənir və qısa vaxt ərzində idarəetmə kompaniyasına çevrilir. Pritskerlər ailəsi maliyyə dəstəyi alandan sonra onların biznesi genişlənir və inkişaf edir. 27 sentyabr 1957-ci ildə ilk «Hyatt» mehmanxanasının açılışı olur.Hazırda «Hyatt Hotel Corporation» mehmanxana menecmenti və tikinti ilə məşğul olan kompaniyadır.Dünya liderlərindən hesab olunan «Hyatt» yüksək səviyyəli xidmət və lüks mehmanxana nömrələri ilə təmin edən struktur kimi şöhrət qazanmışdır.Həqiqətən Pritskerlər ailəsinin yaratdığı bu kompaniyanın xarakterik xüsusiyyəti effektli idarəetmədir .1989-cu ildə şirkətin prezidenti Darrell Xartli Leonard «Əsaslarla ünsiyyət və yanaşma günü» ideyasını irəli sürür. Bu təşəbbüsə görə, şirkət özünün mənzil-qərargahındakı ofislərini bağlı elan edir, baş menecerlər ABŞ, Kanada və başqa yerlərdə fəaliyyət göstərən «Hyatt» otellərinə gedir və bir gün oteldə sıravi əməkdaş kimi çalışırlar. Hazırda «Hyatt Hotel Corporation» idarə heyətinin sədri Cey Pristkerdir.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə