1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Ellsvort Milton Statlerin mehmanxana sənayesinin inkişafında rolu



Yüklə 47,98 Kb.
səhifə3/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   2   3   4   5   6   7   8   9   ...   46
aydın mlm.imtahan

14. Ellsvort Milton Statlerin mehmanxana sənayesinin inkişafında rolu. Ellsvort Milton Statler bütün dövrlərin və xalqların mehmanxana işinin baş mütəxəssisi hesab edilir. Məhz o, ilk dəfə olaraq orta səviyyəli səyyahlar üçün münasib qiymətlərlə komfort və rahatlığın yüksək standartlarına cavab verən otellər təşkil etmişdir. Statler tezliklə anlayır ki, bilyard otağı və dəmir yolu biletlərini sifariş etmək üçün nəzərdə tutulmuş masa nə qədər gəlir gətirə bilər və otelin müdirini inandırır ki, bu iki gəlirli yeri onun tabeliyinə versin, istedadlı təşkilatçı Statler bilyard üzrə yarışlar keçirir. Tezliklə o, boulinq üçün zal açır və çox keçmədən özünün xüsusi restoranını açır.Statler Nyu-York ştatının Buffalo şəhərində özünün yeni «Ellicott Square Buildinq» ofisinin birinci mərtəbəsində restoran açır. Statler yaradıcılıq fantaziyası tətbiq etmiş və uzun sürən çətinlikdən sonra şəhərin mərkəzində işləyən iş adamlarını öz vərdişlərini dəyişdirməyə müvəffəq olmuşdur. Belə ki, onun reklam kampaniyalarından biri belə adlanırdı: «25 sentə kifayət qədər yeyə bilərsiniz». Otelin işinin təşkilində Statlerin bacarığı, dahiliyi özünü bütün varlığı ilə göstərir. Statlerin mehmanxana biznesi üçün geniş imkanlar açılırdı. 1912-ci ildə o, «Cliveland Statler» otelini tikdirir. Bu mehmanxana iri biznes qrupları üçün nəzərdə tutulmuşdu. Hər qonağa pulsuz qəzet çatdırılması oteldə bir yenilik idi. Burada mətbəx işinin təşkili, işçilərin bir-birinə mane olmadan hərəkət etmələri və s, təşkil olunmuşdu.Statler otellərdə bir çox yeniliklər tətbiq etmişdi. Bunlar poçt xidmətinin otellərdə tətbiqi, otaqlarda yataq yanında işıqlandırıcı cihazlar, pulsuz radio nöqtələri, dəsmalların və dəftərxana ləvazimatının olması idi. 15. Konrad Hiltonun mehmanxana sənayesinin inkişafında rolu. Konrad Hiltonun müvəffəqiyyətini adətən iki strategiya üzrə müəyyən edirlər: 1) Ən yaxşı menecerləri işə dəvət edib onlara fəaliyyətində tam müstəqillik vermək; 2) Məharətli danışıq aparmaq qabiliyyəti. Bank işində uğur qazanan Konrad Hilton sonradan mehmanxana biznesi ilə məşğul olur və böyük nailiyyətlər qazanır.Hilton mehmanxana otaqlarını neft axtaran işçilərə və inşaatçılara icarəyə verir.Bank biznesini yaxşı bildiyindən və bu sahədə müəyyən əlaqələri olduğundan Hilton çox asanlıqla kredit götürərək əldə edilmiş yeni obyektlərin haqqını ödəyirdi. Məhz bu səbəbdən onun biznesi sürətlə inkişaf edir və o, tezliklə yeddi otelin sahibi olur. Hiltonun strategiyasına görə, biznesi sürətlə inkişaf etdirmək üçün çoxlu borc götürmək lazımdır.Hilton aldığı borcları qaytara bilməyərək iflasa uğrayır. Buna baxmayaraq, Hilton yenidən müvəffəqiyyət qazanmağa can atırdı. Xərcləri azaltmaq məqsədilə Hilton həyatını sığortalayaraq pul götürür, özü isə başqa bir oteldə işə düzəlir. Hiltonun biznesi və onun otelçilik işində müvəffəqiyyəti və uğursuzluqları bu sahədə əfsanəyə çevrilib. «Nyu-York Tayms» qəzeti Hilton haqqında yazırdı ki, o, maliyyə əməliyyatlarının ustadı və məharətli danışıqlar aparan işgüzar adam idi. Hilton danışıqlarda diqqət edirdi ki, aldığı əmlaka görə artıq pul verməsin. O, «zamanı və vaxtı» gözəl və mükəmməl hiss edirdi. Hilton ilk dəfə vestibüllərdə görüş yeri, bar, qəzet və hədiyyələr satılan köşk təşkil edərək əlavə pul qazanmışdır.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə