1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Mehmanxanaların təsnifatının ümumi əlamətləri



Yüklə 47,98 Kb.
səhifə6/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   2   3   4   5   6   7   8   9   ...   46
aydın mlm.imtahan

21. Mehmanxanaların təsnifatının ümumi əlamətləri. Mehmanxanaların təsnifatı problemi həmişə olduğu kimi bu gün də turizm və otelçilik sahəsində çalışan mütəxəssislərin diqqət mərkəzindədir.Hazırda dünyada 30-a yaxın milli təsnifat sistemi mövcuddur.Müxtəlif milli təsnifat sistemlərinin mühüm fərqlərinə baxmayaraq, bu oxşar əlamətlər seçilir. Bunlar mehmanxananın nömrə fondunun tutumu, mehmanxana müəssisəsinin funksional təyinatı, xidmət səviyyəsi, mülkiyyət forması, mehmanxananın yerləşdiyi yer və sairədir. Mehmanxana sənayesini öyrənərkən təkcə məhdud milli təsnifat sistemlərini bilmək kifayət etmir. Mehmanxanaların müxtəlif təsnifat əlamətləri həm milli, həm də mehmanxana sənayesi üzrə beynəlxalq statistikada istifadə olunur. ÜTT-nin tövsiyəsi əsasında turistləri yerləşdirmə vasitələrinin standart təsnifatı qəbul olunmuşdur. Buna əsasən yerləşdirmə vasitələri iki dərəcəyə bölünür - kollektiv və fərdi. 22. Kollektiv və fərdi yerləşdirmə vasitələri. Kollektiv və fərdi yerləşdirmə vasitələri deyiləndə turistlərə müntəzəm və ya hərdənbir gecələmək üçün yerlərin təqdim edilməsi başa düşülür. Bu halda mövcud nömrələrin sayı 7 və ya 10-dan aşağı olmamalıdır. Kollektiv yerləşdirmə vasitələrinə mehmanxanalar, onlara bənzər analoji yerləşdirmə vasitələri, ixtisaslaşmış müəssisələr və digər yerləşdirmə vasitələri aid edilir. ÜTT-nin tərifinə görə, xidmət sahəsinə və mövcud avadanlıqla təchiz olunmasına əsasən dərəcələrə və kateqoriyalara bölünmüş müəyyən nömrələr sayından ibarət, vahid rəhbərliyə tabe olan servis xidmətləri göstərən kollektiv yerləşdirmə vasitəsi mehmanxana adlanır. Fərdi yerləşdirmə vasitələrinə şəxsi yaşayış evləri, villalar, kotteclər, icarəyə götürülmüş otaqlar, qohum və tanışlar tərəfindən müftə verilmiş otaqlar daxildir. Yerləşdirmə vasitələrinin bu və ya digər qruplara bölünməsi heç bir ölkənin öz normativ və qanunverici aktları əsasında aparılır.Danimarka qanünvericiliynə əsasən, yerləşdirmə vasitələrinə - mehmanxanalar, motellər, kempinqlər, turist bazaları, internatlar aid edilir. 23. Mehmanxanaların müxtəlif meyarlara görə təsnifatı.Mehmanxanalar müxtəlif meyarlara görə təsnif olunur: 1. Komfort (rahatlıq) səviyyə; 2.Nömrə fondunun tutumu ; 3. Mehmanxanaların funksional təyinatı (məqsədli bazar); 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8. Qiymətlərin səviyyəsi. Komfort səviyyə- Mehmanxanaların təsnifat sistemində əsas yeri komfort tutur. Komfort səviyyə mehmanxananın göstərdiyi xidmət keyfiyyətlərini özündə cəmləşdirir. Bunlar aşağıdakılardır: mehmanxananın nömrə fondunun vəziyyəti, nömrələrin sahəsi, biryerli, çoxotaqlı, apartament nömrələrin olması. Kommunal xidmətlərin rahatlığı, mebel inventarları, informasiya təminatı və texniki təchizatı, o cümlədən telefon, peyk rabitəsi, televizor, faks, kompüter, soyuducu, mini-bar, mini-seyf və s. Mehmanxanaların tutumu nömrələrin və ya yerlərin sayı ilə müəyyən olunur.Hər ölkə öz tarixi, sosial-iqtisadi xüsusiyyətlərinə görə bu məsələyə fərdi yanaşır.ÜTT 30 nömrəyədək olan mehmanxanaları kiçik mehmanxana saymağı tövsiyə edir. Avropa üçün kiçik mehmanxanalar tipikdir. Almaniyada 40 nömrəyədək olan mehmanxanalar kiçik sayılır, 40-dan 80-dək orta, 80-dən yuxarı nömrəsi olan mehmanxanalar iri sayılır. Amerikada və Asiyada bundan daha çox yeri olan mehmanxanalar iri sayılır.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə