1. İnformasiya anlayışı və informatikanı təşkil edən komponentlər İnformatika



Yüklə 75,94 Kb.
səhifə20/39
tarix17.05.2022
ölçüsü75,94 Kb.
#87200
1   ...   16   17   18   19   20   21   22   23   ...   39
İnsan kompüter interfeysi - Konspekt

- VB inzibatçısı VB-ın müəyyənləşdirilməsi, yüklənməsi, qorunması və səmərəli işləməsinə cavabdehdir. O, informasiyanın toplanması prosesini uzlaşdırmalı, VB-nı layihələndirməli, istifadəçilərin tələbatlarını nəzərə almalıdır.

- sistem analitiki İS-in riyazi modelini quran mütəxəssisdir. O, tətbiqi proqramçılar üçün məsələlər hazırlayır.

- sistem proqramçısı sistem və ya şəbəkə proqramlarını işləyib-hazırlayan mütəxəssisdir.
- tətbiqi proqramçı VB-a sorğuları gerçəkləşdirən proqramları hazırlayan mütəxəssisdir.
Çox da böyük olmayan İS-də bütün bu sadalanan işləri, adətən, bir-iki nəfərdən ibarət heyət yerinə yetirir.


5. Proses hədəfə nail olmaq üçün atılmış addımlar seriyasıdır. İstənilən təyinatlı İS-in işini təmin edən prosesləri bu cür olur:

  • daxili və ya xarici mənbələrdən informasiyanın daxil edilməsi;

  • giriş informasiyasının emalı və onun əlverişli şəkildə təqdim olunması;

  • müştərilərə təqdim edilməsi üçün informasiyanın çıxışa verilməsi;

  • əks-əlaqə - sistemin istifadəçiləri tərəfindən emal edilmiş informasiya.

İstənilən İS-in ayrılmaz hissəsi VBİS-dir. İstifadə olunan VBİS-in tipi, adətən, İS-in miqyasına görə müəyyən edilir. Hazırda Oracle, Informix, Sybase, DB2, MS SQL Server kimi relyasiyalı VBİS-lər daha geniş yayılıb.


Yüklə 75,94 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə