|
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar
|
səhifə | 47/143 | tarix | 20.10.2023 | ölçüsü | 217,73 Kb. | | #128536 |
| 1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar2. Borun ikinci postulatı. Elektron stasionar orbitlərdə fırlanan zaman enerji şüalandırmır. O, yalnız bir stasionar haldan digərinə keçdikdə ya enerji şüalandırır, ya da udur. Enerjinin dəyişməsi kvantlarla baş verir və orbitlərin enerji fərqinə bərabər olur. Nüvədən daha uzaq kvant səviyyəsinin enerjisi E2, nüvəyə yaxın yerləşən səviyyəninki isə E1 ilə göstərilir.
𝞓 E = E2 – E1 = hv
Burada: E1 və E2 – elektronun müvafiq kvant səviyyələrində kinetik və potensial enerjilərinin cəmini göstərir: E = Ek + Ep
Ek = ½ mv2 ; Ep = e2/r2; Ep = - mv2
E = ½ mv2 + e2 / r2
E = ½mv2 – mv2 = - ½ mv
4.PAULİ PRİNSİPİ.MİNİMUM ENERJİ PRİNSİPİ VƏ KLEÇKOVİSKİ QAYDASI
Pauli prinsipi. İsveç alimi Volfqanq Pauli kvant səviyyərində elektronların mümkün olan sayını müəyyən edən prinsip vermişdir:
Atomda bütün kvant ədədlərinin qiyməti eyni olan iki elektron yerləşə bilməz.
Bu elektronlar kvant ədədlərindən heç olmazsa biri ilə fərqlənməlidir. n, l, ml kvant ədədləri eyni olan iki elektron spin kvant ədədi (ms) ilə fərqlənir. Hər bir orbitalda əks spinli iki elektron ola bilər. Orbitalların sayı hər bir yarımsəviyyədə 2l + 1, kvant səviyyəsində isə n2 olduğundan Pauli prinsipinə görə həmin səviyyələrdə elektronların maksimal sayı, uyğun olaraq, 2(2l + 1) və 2n2 olmalıdır. Kvant ədədlərinin qiymətlərinə uyğun olaraq kvant səviyyələrində və yarımsəviyyələrdə elektronların paylanması 1- ci cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi, elektronların maksimal sayı, uyğun olaraq, s-, p-,d-,f- yarımsəviyyələrində 2, 6, 10,14 ; K,L,M,N...., kvant səviyyələrində isə 2, 8, 18, 32 olur. 32- dən çox elektron saxlayan kvant səviyyəsi məlum deyil. Cədvəl 1.
Dostları ilə paylaş: |
|
|