1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti



Yüklə 7,9 Mb.
səhifə24/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   ...   16   17   18   19   20   21   22   23   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

təkanlar* hesabına əldə edilirdi. (Elmi-texniki tərəqqi- yə də bütöv hadisə kimi baxdıqda vəziyyət məhz bu cür xarakter daşıyır. Lakin elm və texnika arasında qarşılıqlı əlaqənin yaranması və getdikcə möhkəmlənməsi əvvəlki kimi başa düşülən müstəqil elm və texnika üçün kənar təsir rolunu oynamış olur. Zira bu sistemlərin hər biri artıq yalnız daxili təsirlər hesabına deyil, kəinrarhetsəasb ına da təcil alır və deməli, ikitərtibli təcillə inkişaf edir. Elm və texnikanın inkişafında baş verən bu cür keyfiyyət dəyişilmələri bütöv «elm-texnika» sisteminin müntəzəm təcilli inkişafının təmin olunmasına xidmət edir.


* Elmi öz hərəkəverici qüvvələrini də əhatə edən qeyri-bircins sistem kimi götürdükdə, onun daxili inkişaf mexanizmi də tamamilə aydınlaşmış olur.

Elmi-texniki tərəqqidəki əsaslı dəyişilmələr təkcə elm və texnikanın daxili quruluşunu, elementlərini öyrənməklə müəyyənləşdirilə bilməz. Bu cür tərkib elementlərinin özü elmi-texniki tərəqqini bir ictimai proses kimi mövcud edən daha geniş tərəflərin qarşılıqlı mövqeyindən, onların münasi- bətlərində əmələ gəlmiş olan dəyişikliklər və s.-dən asılıdır. Məsələn, elm və texnikanın inkişaf qanunauyğunluğunun təxminən eksponensial xarak- ter daşıması cəmiyyət və təbiət tərəflərinin yekun qapalı sistemlər kimi qarşılıqlı təsirinin nəticəsidir və onu elm və texnikanın tərkib hissələrinin öyrənilməsi ilə, daxili xüsusiyyətlərin tədqiqi ilə aşkara çıxarmaq olmaz.



7
«Elm-texnika sisteminin eksponensial qanunauyğunluqla inkişaf etməsi bir sıra statistik tədqiqatlar vasitəsilə də sübut edilmişdir. 1
Elmi-texniki inkişaf qanunauyğunluğunun öyrənilməsi göstərir ki, elmi və texniki nailiyyətlərin qısa bir dövr ərzində olduqca böyük inkişaf sürəti əldə etməsindən haya-küyə düşməyə, konkret nailiyyətləri elmi- texniki çevriliş kimi qiymətləndirməyə əsas yoxdur. Axı, elm və texnika- nın inkişafında yaranan bu cür intensiv mərhələ əslində müntəzəm inkişa-
fın qanunauyğun davamından başşqa bir ey deyil. İntensivlik isə ona görə
artmışdır ki, inkişaf təcilli xarakter daşıyır və təcilin olması sürətin artması deməkdir. (Əvvəlki kimi başa düşülən nisbi müstəqil elm və texnika tərəf- ləri üçün isə, yuxarıda göstərdiyimiz kimi, bu təcillər özləri də artır və de- məli, sürətin artması prosesi də getdikcə intensivləşmiş olur). Beləliklə, müasir dövrdə intensivliyin bu qədrətrmaas ı əslində müntəzəm inkişafın müasir mərhələsi üçün tamamilə qanunauyğundur və heç bir çevriliş, sıç- rayış, yaxud inqilab məqamını əks etdirmir, bu cür sürətli yüksəliş ictimai həyatın yalnız başqa sferalarında inqilaba gətirə bilər; hətta bu da həmişə yox, müəyyən ölçü nöqtəsini keçdikdən sonra.
Məsələ burasındadır ki, inkişaf ictimai həyatırnctək bi ə «elm-texni-
ka» sferasında həyata keçmir; – bir-biri ilə əlaqədar olan müxtəlif tərəflər paralel surətdə inkişaf edir və bunlardan birində müəyyən dövr üçün ləngi- mə (yaxud böhran) baş verirsə, bu vəziyyət bir müddət davam etdikdən sonra, əlaqəli tərəflərin daxili strukturu elə bir şəkildə deformasiya olunur ki, böhran keçirmiş tərəfin sıçrayışlı inkişafı üçün imkan və şərait yaran-
mışayolur. Sıçr ışda bulunan tərəf, inkişafın ətalətli xarakteri sayəsində,


1 Bax, məs.: М.М.Карпов. Закон ускоренного развития естественных наук // Воп- росы философии, 1963, № 4, с.106; yaxud Г.А.Влэдуц, В.В. Налимов, Н.И.Стяжкин. Научная и техническая информация как одна из задач кибернетики.
əvvəlcə irəlidə olan tərəflərlə nəinki tarazlaşmış olur, hətta onları ötüb keçir də. Deməli, müxtəlif tərəflərin inkişaf səviyyələri arasında yalnız di- namik tarazlıqdan danışmaq mümkündür.
Müasir dövrdə inkişaf intensivliyinin yüksək olması həm insan şüu- runun, həm ictimai birlik formalarının, həm də süni olaraq dəyişdirilmiş tə-
biət hissələrinin mövcud syəvyi əsinə tamamilə müvafiqdir.

7
Elm və texnikanın hələ təzəcə formalaşdığı ilk mərhələdə isə cəmiy- yətin ümumi inkişaf səviyyəsi o dərəcədə aşağı idi ki, həmin dövrdə onların inkişaf sürətinin çox kiçik olmasına baxmayaraq, burada qazanılan tək-tək nailiyyətlər ictimai tərəqqidə böyük inqilablara da grəti ə bilərdi. Bu barədə F.Engels yazır: «…Sürtmə yolu ilə od əldə edilməsi öz ümumdünya tarixi xilaskarlıq əhəmiyyətinə görə hələ buxar maşınından üstündür. Axı, sürt- mə yolu ilə od əldə edilməsi ilk dəfə insanı təbiətin müəyyən bir qüvvəsinə hakim etmiş və bununla da, insanı heyvan aləmindən qəti olaraq ayırmış- dır. Buxar maşını heç bir zaman bəşəriyyətin inkişafında bu qədər böyük sıçrayışa səbəb ola bilməyəcəkdir…». 1
Tamamilə buna müvafiq surətdə müasir dövrdə baş verən çoxlu miqdarda dəyişilmələr nəinki «od əldə edilməsi» ilə, hətta buxar maşınının kəşfi ilə də müqayisədə daha az çevrilişlər yarada bilər. Əgər «sürtmə yolu ilə od əldə edilməsi insanı ilk dəfə təbiətin müəyyən bir qüvvəsinə hakim etmiş və bununla da, insanı heyvan aləmindən qəti surətdə ayırmışdısa» da, cəmiyyət tarixinin başlanğıcını qoymuşdusa və əgər buxar maşınının kəşfi, bunun nəticəsində isə böyük enerji məsrəfi ilə işləyən işçi maşın- lardan istifadə olunması cəmiyyət tarixində bir istehsal üsulundan digərinə
keçidə səbəb olmuşdusa, müasir dövrdə əldəievdilmiş elm ə texniki nailiy-
yətlərdən heç biri, nə avtomatlaşma, nə kibernetika, nə atom və nüvə ener- getizmi, nə bionika, nə «kosmizasiya», nə maşınla maşın istehsalı, nə la- zer, nə molekulyar biologiya, nə də nisbilik nəzəriyyəsi və kvant mexani- kası bunlarla müqayisə oluna biləcək çevrilişlər yaratmamışdır.
Müasir dövrdə baş verən böyük ictimai çevriliş, kapitalizmdən so- sializmə keçid isə belə konkret nailiyyətlərlə yox, tamamilə yenikeyfiyyətli bir hadisə ilə – cəmiyyətin özünü dərk etməsi prosesi ilə bağlıdır və elmi- texniki tərəqqi bu prosesə təkan verən amillərdən yalnız biridir.
1 F.Engels. Anti-Dürinq, Bakı, Azərnəşr, 1968, s.93.

Belə bir dialektik prinsip nəzərə alınsa idi ki, genişəhatəli tərəflərdə kəmiyyət dəyişilmələri təşkiledici tərəflərin həm kəmiyyət, həm də keyfiy- yət dəyişilmələri hesabına həyata keçir, onda elm, texnika və istehsalda, hətta onların da yalnız bəzi sahələrində baş verən keyfiyyət dəyişilmələri (belə məhdud dəyişilmələr konkret nailiyyətlər hesabına da yarana bilər) heç də yekun sistemə şamil edilməzdi. Həm də elmi-texniki tərəqqi daha ümumi əhatəyə malik olan ictimai tərəqqinin (cəmiyyətin istiqamətli, yük- sələnxətli inkişafı) təzahür etdiyi tərəflərdən, formalardan yalnız biridir» və onun öyrənilməsi də digər müvafiq tərəflərlə əlaqəli şəkildə olmalıdır.


Elmi-fəlsəfi ədəbiyyatda elmi-texniki tərəqqinin məzmunu, daxili strukturu az tədqiq olunduğu kimi, o, tamın bir hissəsi kimi də nəzərdən keçirilmir. Düzdür, elmi-texniki tərəqqinin sosial nəticələrindən danışılır lakin burada o növ subyekt kimi götürülür, daha geniş sistemdə onun tut- duğu yer isə yenə də qaranlıq qalır.
Biz bu problemin astanasına çataraq onu yalnız qeyd etməklə kifa- yətlənirik, çünki elmi-texniki tərəqqinin ictimai tərəqqidə yeri, onun sivili- zasiya ilə, mədəniyyətlə əlaqəsi çox geniş sahədir və xüsusi tədqiqat obyekti olmağa layiqdir.
Mühüm şərtlərdən biri də, elmi-texniki tərəqqinin daha ümumi hadisənin xüsusi halı kimi nəzərdən keçirilməsidir. Lakin çox təəssüf ki, indiyə qədər elmi-texniki tərəqqinin tipoloji analizi verilməmiş, onunla ey- ni qəbildən olan hadisələr aşkara çıxarılmamış və deməli, onun uyğun gəldiyi ümumi də müəyyənləşdirilməmişdir. Bizcə, əsil mahiyyətin indiyə- dək kölgədə qalmasının səbəblərindən biri də məhz budur.
Lakin əgər elmi-texniki tərəqqi elm və texnikanın məcmu tərəqqisi kimi başa düşülərsə, bu, vahid unikal hadisə olur və bu zaman, doğrudan da tipoloji analizə ehtiyac qalmır. Bizim təklif etdiyimiz konsepsiya halın- da isə elmi-texniki tərəqqi elmin texnikaya tətbiqinə xidmət edən sistemin inkişafını əks etdirmir və onun mənşəyinin tədqiqi göstərir ki, bu hadisə ümumiyyətlə biliklərin əməli fəaliyyətdə istifadə olunması ilə bağlıdır və deməli, insanın bütün məqsədəuyğun fəaliyyət sahələrini əhatə edən bu prosesin xüsusi halıdır. Tarixən ilkin olan bu daha geniş miqyaslı hadisə getdikcə iki istiqamətdə xüsusiləşir. Birincisi, biliklnərielmil əşməsi, xüsu- si elmlərin formalaşması ilə əlaqədar olaraq məhz elmi biliklərin tətbiqi hər cür koqnitiv biliklərin tətbiqinə nəzərən özünəməxsusluq təşkil edir. İkincisi, elm özü getdikcə böyük miqyas alır və onun məqsədəuyğun fəa-
liyyətə tətbiqi heç də yalnız texnikada maddiləşməklə məhdudlaşmır. Xü- susilə ictimai elmlərin tətbiqi, bir qayda olaraq, texnika vasitəsilə deyil, başqa yollarla həyata keçir. İstehsal yalnız texnikanı təkmilləşdirmək sayə- sində inkişaf edə bilməz. Bunun üçün ictimai istehsalın strukturu da tək- milləşdirilməlidir. Bu sahədə əməyin elmi təşkili, idarəetmə nəzəriyyəsi, elmi planlaşdırma, elmi proqnozlaşdırma, sosial-iqtisadi ekspertiza və s.dən istifadə olunmalıdır. Digər tərəfdən, istehsal prosesində başlıca məh- suldar qüvvə – insandır. Deməli, insanın özünün təkmilləşdirilməsi üçün də elmin nailiyyətlərindən istifadə edilməlidir. Onun fiziki sağlamlığının təmin edilməsi, dar ixtisaslaşmanın mənfi təsirlərindən mühafizə olunması, peşə xəstəliklərinə qarşı mübarizə və s. üçün erqonomika və təbabət elmi- nin tətbiqi zəruridir. İnsanın mənəvi kamilliyinin (zira istehsalın avtomat- laşması şəraitində intizam, məsuliyyət hissi, əməyə şüurlu münasibət və s. ön plana keçir), estetik zövqünün (müasir dövrdə həm istehsal şəraitinin estetik prinsiplər əsasında təşkilinə, həm də istehsal məhsullarının estetik zövqü oxşamasına böyük diqqət verilir – dizayn və s.) inkişaf etdirilməsin- də də ictimai elmlərin böyük rolu vardır. Deməli, elmin istehsal sahəsinə tətbiqi texnika ilə məhdudlaşmır. Lakin nəyə görə təkcə maddi istehsal sa- həsinə? Müasir dövrdə elm həm də digər fəaliyyət sahələrinə, məsələn, təhsil sisteminə (pedaqogika nəzəriyyəsi, psixologiya və s.), cəmiyyətin el- mi surətdə idarə olunmasına (sosiologiya və s.), məişət sahəsinə (asudə vaxtın elmi təşkili, mikrososiologiya, sosial psixologiya və s.) səhiyyəyə, idmana və s. tətbiq olunur və bütün bunlar elmin praktikaya tətbiqi adı al- tında ümumiləşdirilərsə və bu tətbiqin ümumi meylləri, qanunauyğunluqla- rı, səciyyəsi aşkar edilərsə – onda daha geniş miqyaslı bir hadisədən – el- mi-praktik tərəqqidən danışmaq mümkündür ki, elmi-texniki tərəqqi onun yalnız bir qolunu, aspektini təşkil edir.
İndi isə, elmi-texniki tərəqqinin mənşəyi, mahiyyəti və məzmununa dair fikirlərimizi ümumi şəkildə də olsa şərh etdikdən sonra, bir daha «el- mi-texniki inqilab» anlayışına qayıdaq. Bu anlayışla əlaqədar qarşıya çıxan əsas suallardan biri bundan ibarət idi ki, elm və texnikanın inkişaf prose- sindəki hər hansı keyfiyyət dəyişikliyi elmi-texniki inqilab kimimi başa düşülməlidir? Problemə daha konkret yanaşdıqda bu sual öz növbəsində iki suala haçalanır. Baxılan sahədəki hər hansı keyfiyyət dəyişikliyi inqilab kimimi başa düşülməlidir? “Sıçrayış” və “inqilab” anlayışları fərqləndiril- məli deyilmi? «İnqilab» kateqoriyası xüsusi elm sahələrinin və ya hətta

ümumiyyətlə elmin, texnikanın keçirdiyi keyfiyyət dəyişmələrinə şamil edilməlidirmi? Yaxud başqa bir sual: Elmi-texniki fəaliyyət sahəsinin ənə- nəvi anlayışından imtina edərək onu bu kitabda irəli sürülən konsepsiyaya müvafiq şəkildə, yəni elmi biliklərdən əməli biliklərə keçidi təmin edən xüsusi fəaliyyət sahəsi kimi başa düşdükdə elm və ya texnika sahəsindəki keyfiyyət dəyişiklikləri elmi-texniki fəaliyyət sahəsinə nə dərəcədə şamil edilə bilər?



1
Əvvəla «inqilab» anlayışının özü haqqında. Belə qəbul olunmuşdur ki, «inqilab» anlayışı yalnız sosial hadisələrdəki çevrilişlərə aid edilə bilər. Burada K.Marksın belə bir fikrini yada salmaq yerinə düşər ki, “sosial inqilablar heç də bütün hallarda siyasi inqilab şəklində olmur”. 7
Elmi-texniki tərəqqidə də inqilabi çevrilişdən yalnız onun sosial ha- disə olması sayəsində danışmaq mümkündür. Bu halda elmi-texniki inqilab elmi-texniki fəaliyyət sisteminin qnoseoloji və texnoloji en kəsiyində de- yil, yalnız sosial en kəsiyindəki keyfiyyət çevrilişini əks etdirməlidir. Analoji olaraq, gərək elmi inqilablar da, adətən qəbul edildiyi mənada (məsələn, Kun konsepsiyasında olduğu kimi, paradiqmaların əvəzlənməsi mənasında, Lakatosun konsepsiyasında tədqiqat proqramlarının, Xoltonun konsepsiyasında temaların dəyişilməsi mənasında, yaxud dünyanın elmi mənzərəsinin dəyişilməsi mənasında və s.) yox, elmin sosial en kəsiyin- dəki çevriliş mənasında işlədilsin.
Lakin istər elmi, istər texnoloji, istərsə də elmi-texniki inqilab anla- yışları daha çox dərəcədə hadisənin daxili məzmun (məsələn, elm üçün da- xili məzmuna – elmi yaradıcılıq axtarışları, elmi bilik sistemləri və s. aid- dir, elmin sosial təşkili üçün zəruri olan ünsürlər: laboratoriya, institut, ma- liyyə sistemi və s. – xarici məzmuna daxil olur) tərəfindəki çevrilişlərlə bağlı olduğundan «inqilab» anlayışının ənənəvi mənasına yenidən nəzər salmaq zərurəti ortaya çıxır.
Biz bu məsələni ətraflı təhlil etməyərək diqqəti belə bir cəhətə yönəltmək istiəryik ki, inqilab haqq ında nəzəriyyənin nüvəsini təşkil edən
«sosial inqilablar» nəzəriyyəsində bu hadisənin hər cür keyfiyyət dəyişməsinə, sıçrayışa nəzərən spesifikası müəyyən edilmişdir və bizim fikrimizcə, burada ən spesifik cəhət çevrilişin müxtəlif struktur səviyyələri arasındakı ziddiyyətin həlli sayəsində həyata keçməsidir.


1 К.Маркс и Ф.Энгельс. Сочинения, т.4, с. 185.
Cəmiyyətdə məhsuldar qüvvələrlə istehsal münasibətləri, habelə ba- zis və üstqurumun münasibəti (bu münasibətlər bəzən səhv olaraq məzmun və forma münasibəti kimi qələmə verilir) müxtəlif struktur səviyyələri və ya müxtəlif en kəsikləri arasında, daxili və xarici məzmun arasında müna- sibət kimi götürülə bilər ki, bu tərəflər arasında ziddiyyət olduqda böhran
– inqilabi şərait yaranır. Və ilk baxışnda ə qədər paradoksal görünsə də, in-
qilab üstqurumdan – xarici məzmundan başlanır və daxili məzmunun inkişafı üçün meydan açır.
Elmi, texniki və elmi-texniki tərəqqi hadisələrində də inqilabdan yalnız o vaxt danışmaq mümkündür ki, burada çevriliş bir en kəsiyi daxi- lində yox, müxtəlif en kəsikləri arasındakı ziddiyyətin həlli hesabına baş versin. Tədqiq etdiyimiz hadisə halında inqilabi keyfiyyət dəyişikliyinin olub-olmadığını (!) müəyyənləşdirmək üçün hadisənin daxili (koqnitiv və texnoloji) məzmunu ilə sosial məzmunu arasındakı əlaqənin inkişaf yolunu izləmək, daxili keyfiyyət dəyişilmələrini sosial en kəsiyindəki də- yişikliklərlə və xarici təsirlərlə (makromühitlə) vəhdətdə nəzərdən keçir- mək zəruridir. Yalnız bu zaman hansı dəyişikliklərin (mikrostrukturdakı keyfiyyət dəyişiklikləri – sıaçradyaıxşillaroldmaqla) hadis ənin müntə- zəm inkişafını təmin etdiyini, hansıların isə sosial sferaya çıxmaqla əks əlaqə yaratdığını və bununla da inqilabi rol oynadığını müəyyənləşdirmək mümkün olar.
Elmi-texniki inqilab hadisəsinin bizim tərəfimizdən təklif olunan mövqedən təfərrüatı ilə tədqiq olunması əsas mövzudan kənara çıxdığına görə, biz burada problemin qoyuluşu ilə kifayətlənirik
Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə