1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti



Yüklə 7,9 Mb.
səhifə23/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   ...   16   17   18   19   20   21   22   23   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

моданов.енПиреевраш
və s.
науки в непосредственную производительную силу. М., 1966




7

7

7
tətbiqinə imkan verir və onu zəruri edir» 1 , yaxud: «…istehsal prosesi elmin tətbiq sahəsinə çevrilir…», 2 yaxud: «İdeal və həmçinin praktik sərvət olan elmin inkişafı insanın məhsuldar qüvvələrinin inkişafının, baş- qa sözlə, sərvətin inkişafının çıxış etdiyi formalardan, tərəflərdən yalnız biridir». 3

7
Lakin elmi-texniki inqilabın mahiyyətini məhz bu cəhətlərə görə izah etmək mümkün deyildir; çünki təkcə K.Marksın bu cəhətləri qeyd et- məsi (və həm də heç bir «inqilabilikdən» danışmadan qeyd etməsi) faktın- dan da görünür ki, onlar «elm-texnika» sisteminin inkişafının nəinki mü- asir mərhələsində, hətta XIX əsrin ortalarında belə, heç bir inqilabi çevri- lişi əks etdirməmişdir və həmin dövr üçün tamamilə təbii bir hal olmuşdur. Elmin istehsala tətbiqi, ş,übtehxənyikoax (kilik növb ədə istehsal texnikası) vasitəsilə həyata keçir. Elm və texnika arasındakı qarşılıqlı əlaqə isə hələ onların ilk inkişaf dövründə, hər bir sistemin ayrılıqda ictimai tamlıq əldə etməsi sayəsində, formalaşmağa başlamışdır. Və əgər bütöv sistemlər arasındakı bu ictimai qarşılıqlı təsirdə təsir və əks-təsir məqam- larını zamanca ayırmaq mümkün olarsa, onda əvvəlcə texniki tərəqqi nəti- cəsində elm qarşısında müəyyən tələblər ortaya çıxmış və elmi inkişafın daha da sürətlənməsinə səbəb olmuşdur4, sonra isə, daha doğrusu, bunun nəticəsində isə elm texnikanın qoyduğu tələbləri ödəməyə başlamış, yəni texnikaya və bununla da istehsala tətbiq olunmaq səviyyəsinə qalxmışdır. Bu cür tətbiq isə öz növbəsində texnikanın sıçrayışlı inkişafına gətirmişdir ki, bu da bildiyimiz kimi, XVIII əsr sənaye inqilabının səbəblərindən
biridir.

7
Deməli, elmin istehsala müntəzəm tətbiqi, onun məhsuldar qüvvə kimi çıxış etməsi hələ XVIII əsrdən başlanmışdır və bu cəhət müasir


1 «Из рукописного наследства К.Маркса» // «Коммунист», 1958, № 7, с.22.
2 Yenə orada.
3 К.Маркс и Ф.Энгельс. Сочинения. т.46, ч.11, с.33.
4 F.Engelsin yazdığı kimi, «əgər cəmiyyət üçün texniki tələb yaranarsa, bu, elmi onlarla univesitetdən daha çox irəli aparar. К.Маркс и Ф.Энгельс. т.39. с.174.

  • Belə bir cəhət xüsusilə qeyd edilməlidir ki, «məhsuldar qüvvə» anlayışı yalnız həmin ifadənin müstəqil mənasında işlədilə bilər və onu «məhsuldar qüvvələr» anlayışı ilə (elmi

bir istilah kimi) qarışdırmaq olmaz. Əlbəttə, bu doğrudur ki, texnikaya (və bunun sayəsində də məhsuldar qüvvələr kompleksinə) özgələşmiş elmi bilik də daxildir. Lakin bu kompo- nent artıq elmə yox, texnikaya aid olmuş olur. (Metodoloji aspektdə yanaşdıqda «özgələş- mə» elə başqa sistemin tərkib elementinə çevrilməyi ifadə edir). Buna görə də, «elmin çevrilməsi» ifadəsi əvəzinə «elmi biliyin özgələşməsi» ifadəsi daha məqsədəuyğundur.

dövrdə nə qədər qabarıq şəkildə təzahür edirsə-etsin, müasir dövr üçün keyfiyyət dəyişikliyi sayıla bilməz.


Elm və texnika arasındakı əlaqələrin bu cür inkişafı göstərir ki, vahid «elm-texnika» sistemindən, bütöv elmi-texniki tərəqqi hadisəsindən yalnız XIX əsrdən başlayaraq danışmaq mümkündür. Və deməli, «elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi» hadisəsi tərəqqi üçün zəruri şərt kimi qiymətləndirilməlidir.

7

7
Məsələyə bu cür yanaşdıqda, yenə də «elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi» ifadəsinin müstəqim mənası onun əks etdirməli olduğu həqiqi məzmundan xeyli fərqli olaraq qalır: çünki həqiqətdə söhbət elmin «çevrilməsindən» yox, onun yeni funksiyasından – istehsala tətbiq oluna bilməsindən və deməli, faydalılıq dərəcəsinin artmasından getmə- lidir. Bu hal isə dəqiq şəkildeəlm«i nailiyy ətlərin məhsuldar qüvvələr kompleksində özgələşməsi», «biliyin maddiləşmiş qüvvəsi» kimi ifadə oluna bilər. 1 Və həm də «elmin» yox, «elmi nailiyyətlərin», «ümumi icti- mai biliyin» 2; zira elm özü qeyri-bircins sistem olmaqla bir sıra maddi tə- rəfləri də əhatə edir və «özgələşən» də əslində elmin yalnız nəticələri – el- mi nailiyyətlər, yeni biliklərdir.
Elmin məhsuldar qüvvə kimi çıxış edə bilməsi faktı əslində tamami- lə yeni bir keyfiyyət olmayıb, onun təsiredici tərəf kimi çıxış etmək xüsu- siyyətindən doğur. Elm nəinki təkcə özü üçün, həm də digər sistemlər, fəa- liyyət sahələri üçün də subyekt kimi çıxış edərək, kənar təsir rolunu oynayır.
Bu cür ümumi yanaşma göstərir ki, aktiv bir tərəf olan elmin tətbiq sahəsini təkcə istehsal sferası ilə məhdudlaşdırmaq olmaz. Təbii olaraq belə bir sual qarşıya çıxır: – Bir halda ki, tətbiq oluna bilmək imkanı elmə daxilən xas olan bir cəhətdir, onda onun digər sferalara da tətbiq imkanla- rını nəzərə almaq lazım deyilmi?
Maraqlıdır ki, tarixi tədqiqat bu cür tətbiqlərin nəinki mümkün oldu- ğunu, hətta onun zamanca texnikaya, istehsala olan tətbiqlərə nəzərən hələ çox-çox qədim zamanlardan həyata keçdiyini göstərir. Elm ilə texnika ara- sında qarşılıqlı əlaqənin hələ mövcud olmadığı (nəzərə çarpacaq dərəcədə mövcud olmadığı) dövrlərdə elmi tərəqqini zəruri edən səbəb məhz digər


1 К.Маркс и Ф.Энгельс. Сочинения. Т. 46, ч. 2, с.215.
2 Yenə orada.
fəaliyyət sahələrinin elm qarşısında qoyduğu tələblərdə, ən müxtəlif təbii- tarixi hadisələrdən qoruna bilmək və bunun üçün isə onların öz qanunauy- ğunluqlarını öyrənmək zərurətindən ibarət olmuşdur. Nəinki təkcə elmin, həm də texnikanın müstəqil inkişaf mərhələsi ictimai tərəqqinin qoyduğu
müxtəlif tələbliənrinzdəm ə həyata keçmişdir. Kompas gəmiçiliyin, dəniz

7
ticarətinin tələbinə cavab olaraq kəşf edilmişdir. Saat da, yel dəyirmanı da məhz praktik istifadə məqsədilə yaradılmışdır. Elmi nailiyyətlərin praktik istifadəsi elmi tərəqqinin elə ilk mərhələsindən başlayaraq mümkün olmuş- dur və bu istifadə müxtəlif dövrlərdə müxtəlif formalarda həyata keçmiş- dir. K.Marksın göstərdiyi kimi, «Nildə suyun qalxması və yatması dövrlə- rini hesablamaq zərurəti Misir astronomiyasını yaratmışdır». 1
Deyilənlərdən aydın olur ki, «elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi» adı altında nəzərdə tutulan hadisə elmi-texniki inqilabın ma- hiyyəti hesab oluna bilməz. Lakin gördüyümüz kimi, bunu yalnız xüsusi tədqiqat yolu ilə sübut etmək mümkün olur. Halbuki azca yuxarıda elmi- texniki inqilabın mahiyyətinə dair söylənmiş digər fikirləri nəzərdən keçi- rərkən, yalnız məsələnin qoyuluşunaca əsaslanaraq, onları qüsurlu hesab
edirdik və heç bir ətraflı təhqiqata ehtiyac qalmıgrdöır.əOna ki, həmin tə-

7
riflərdəki, nöqteyi-nəzərlərdəki qüsurlar metodoloji xarakter daşıyırdı. Lakin elmi-texniki inqilabın mahiyyətinin «elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi» hadisəsi ilə izah edilməsi nəticə etibarilə qüsurlu olsa da, hər halda mahiyyət «elm-texnika» sistemi çərçivəsində (miqyasında) axtarılır və bu tədqiqatın ümumi istiqaməti metodoloji baxımdan düzgün seçilmişdir. Konkret tədqiqat göstərir ki, bu hadisə, doğrudan da, elmi- texniki tərəqqinin formalaşmasında mühüm rol oynayır. Elmi-texniki inqilabın mahiyyəti də «elm» və «texnika» sistemləri arasındakı münasibətlərin sonrakoı liunnkdişaa,f«yelm-texnika» sistemi miqyas ında baş verən yeni keyfiyyət dəyişmələrində axtarılmalıdır. Lakin nə üçünsə elm və texnikanın və onlar arasındakı qarşılıqlı münasibətin və nəhayət,
«elm-texnika» sisteminin həyata keçirdikləri makro dəyişmələr hələ


1 K.Marks. Kapital, I cild, Bakı, 1969, s.512.

  • Məs., elmi-texniki inqilabın mahiyyətinin ayrı-ayrı kəşflərdə, yaxud texniki nailiyyət- lərdə; və ya hətta tamamilə fərqli sistem olan məhsuldar qüvvələrin inkişafında və s. axta-

rılması… Belə hallarda söylənilən fikirləri təfərrüatı ilə araşdırmaq lazım gəlmirdi, zira təd- qiqat istiqaməti düzgün seçilmirsə, qabaqcadan əmin olmaq olar ki, nəticə də, çıxarılan hökm də qüsurlu olacaqdır.

indiyədək tarixi ardıcıllıqla təsnif edilməmişdir, halbuki bu cür tədqiqat işi aparılmadan elmi-texniki inqilabın mahiyyəti açıla bilməz.


Tədqiqat işlərindəki pərakəndəliyin davam etməsi, onların metodo- loji baxımdan düzgün olan vahid istiqamətə yönəldilə bilməməsi, çox ehti- mal ki, hansı istiqamətin düzgün, hansının isə qüsurlu olmasının hələ də müəyyənləşdirilməməsi nəticəsidir. Düzgün metodoloji mövqedə duran müəlliflər də öz mövqelərinin nə ilə üstün olduğunu hiss etmir və digər ya- naşma istiqamətlərinə əslində heç bir ciddi tənqidi münasibət bəsləmirlər. Məsələn, elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsini «elmi-texniki inqilabın əsas fərqləndirici xüsusiyyəti kimi göstərməyə çalışan İ.A.Soko-
lov kibernetikanın tətbiqlərinə, istehsalın avtomatlaşdıraılsm ı və kom-

7
pleksli mexanikləşdirilməsinə əsas keyfiyyət dəyişilməsi kimi baxan alim- lərə etiraz etmək, onların mövqeyinin metodoloji cəhətdən qüsurlu olduğu- nu göstərmək əvəzinə yazır: «Bütün bu təriflər elmi-texniki çevrilişin çox mühüm cəhətlərini aşkar edir». 1 Bu cür qeyri-müəyyən mövqe tədqiqatçı- nın öz yanaşma üsuluna olan inamsızlığından doğur. Tədqiqatçı irəli sür- düyü konkret tezisin yaxşı nəticəyə gətirmədiyini görən kimi, başqa möv- qelərə müraciət edir, barışdırıcı şərtləşmələrə əl atır. (Ardıcıl olaraq müəy- yən bir mövqeyi müdafiə etmək, güzəştsiz, qəti bir fikir söyləyə bilmək
üçün əmvviəlcə seçil ş tədqiqat istiqamətinin metodoloji cəhətdən düzgün-
lüyünə əmin olmaq lazımdır).

7

7
Tədqiqatçı yalnız o zaman tərəddüd keçirə bilər ki, onun mövqeyi əsaslı metodoloji prinsiplərə istinad etməsin. Məsələn, Q.N.Volkov elmi- texniki inqilabın mahiyyətini təkcə avtomatlaşma ilə izah etməyə çalışsa da, göstərdiyi xüsusiyyətin birtərəfliliyini hiss edərək, daha qeyri-müəyyən bir mövqe tutmağa məcbur olur: «Lakin elmi-texniki inqilabın mahiyyəti təkcə bu cəhətlərlə sərhədlənmir. O bütün məhsuldar qüvvələr sistemini əhatə edir, məhsuldar qüvvələrə isə ilk növbədə işləmək, maddi və mənəvi sərvətlər yaratmaq qabiliyyəti ilə birlikdə insan daxildir».2 Belə qeyri-mü- əyyən mövqeyə rus fəlsəfi fikrində tez-tez rast gəlirik.* Halbuki yuxarıda


1 И.А.Соколов. Научно-технический переворот и революционный процесс //
«Вопросы философии», 1968, № 7.
2 Г.Н.Волков. Социализм, человек и научно-техническая революция, с.71.
* Məs., «Научно-техническая революция и социализм», с.73; «Человек-Наука-Тех-
ника», с.30; Н.И.Дряхлов. Научно-техническая революция как объект социального исследования, с.22.
dəfələrlə göstərdiyimiz kimi, elmi-texniki inqilab bütövlükdə məhsuldar qüvvələr sistemini əhatə edə bilməz və həm də, məhsuldar qüvvələr sistemindəki dəyişilmələr elmi-texniki inqilab kimi qiymətləndirilə bilməz. Canlı işçi qüvvəsinin mürəkkəb mexaniki qurğularla əvəz edilməsi istehsal prosesinin nəticəsinə yalnız kəmiyyət dəyişikliyi kimi daxil olur, tərəqqinin sürətlənməsinə xidmət edir. Bu dəyişilmələr «elm-texnika» sis- teminin alt sistemlərində və tərkib hissələrində baş verən çox müxtəlif kə- miyyət və keyfiyyət dəyişilmələri ilə birlikdə elmi-texniki səviyyənin artan təcillə tərəqqisinə imkan yaradır, həm də bu təcilin hər bir mərhə-
lədəki səviyyə iləyminüitmənüahsaibfilzi ə edir.
Əgər tərəqqi stabil xarakter daşısa idi, başqa sözlə, baxdığımız sis- temin inkişafı sabit sürətlə baş versə idi, onda tərəqqinin sürətinin dəyiş- məsinə gətirən xırda tərəflərdəki keyfiyyət dəyişilmələri bütövlükdə elmi- texniki tərəqqinin özündə təzahür edərdi; avtomatlaşma, kompleksli mexa- nikləşmə, kibernetika, kosmik tədqiqatlar, energetikanın inkişafı və s. də- yişilmələr yeni mərhələyə gətirən səbəb kimi, elmi-texniki inqilab kimi qəbul edilə bilərdi. Lakin tərəqqinin təcilli xarakteri daxili tərəflərin key- fiyyət dəyişilmələrini zəruri edir. Həm də elmi-texniki tərəqqinin təcilli xarakteri yeni hal olmayıb, ona hələ ilk formalaşma dövründə də xas
olmuş bir cəhətdir. Nəinki təkcə elmi-texniki təraəyqrqi, ılıqda elm və ay-

7
rılıqda texnikadakı tərəqqi prosesi də həmişə yalnız təcilli xarakter da- şımışdır. Lakin bu təcillər bütöv «elm-texnika» sistemi üçün başqa, nisbi müstəqil elm və texnika üçün isə başqa tərtibdə olur. Məsələ burasındadır ki, hələ elmin və texnikanın ilkin formalaşma dövründə inkişafın təcilli xa- rakteri yalnız daxili
Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə