1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti



Yüklə 7,9 Mb.
səhifə12/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

Tarixi ilə məntiqinin vəhdəti metodu bir qayda olaraq mürəkkəb və tarixi inkişafda olan obyektlər haqqında nəzəri biliklər yaradılarkən istifadə olunur. Adından göründüyü kimi bu metod iki tərəfi ifadə edir. Birinci tərəf tarixilik, öyrənilən obyekti tarixi yaranma və təkamül halında götürməyi, onun indiki vəziyyətə gəlib çatana qədər keçdiyi mərhələlərə diqqət yetirməyi tələb edir. İkinci tərəf məntiqi o demıəkdir ki, öyrənilən obyektin müasir səviyyəsini səciyyələndirən, onun daxili əlaqə və münasibətlərini açan qanunauyğunluqlar dərk olunmalıdır. Öyrənilən obyektə tarixi yanaşma əldə olunmuş nəticələrin dəqiqliyini və mötəbərliyini artırır. Digər tərəfdən onun gələcək inkişaf meyllərini aşkar etməyə imkan verir. Buna görə də elmi idrakın bütün sahələrində, xüsusən də inkişaf etməkdə olan sistemləri öyrənən elmlərdə (təkamül biologiyası, tarixi geologiya, cəmiyyətin tarixi, dilçilik və sair) tarixilik metodu geniş tətbiq olunur. Bu metod obyektin real tarixini bütün zənginliyi ilə açır, onun inkişafının ən mühüm mərhələlərini aşkar edir. Nəticədə öyrənilən obyekt haqqında hərtərəfli nəzəriyyə yaratmaq, onun inkişaf məntiqini və təkamül qanunauyğunluqlarını açmaq mümkün olur. Tarixi yanaşma metodu tarixilik prinsipi ilə ayrılmaz vəhdətdə tətbiq olunur. Özünün bütün əhəmiyyətinə baxmayaraq tarixi yanaşma kifayət deyildir. O, hələ öyrənilən obyektin müasir andakı mahiyyətini aça bilmir. Bu vəzifə məntiqi yanaşma yolu ilə həll edilir. Tarixi metod məntiqi yanaşmanın simasında nəzəri cəhətdən başaçatma mərhələsi ilə tamamlanır. Əslində məntiqi metod obyektin tarixi formalarına xas olan təsadüfləri və ikinci dərəcəli xassətəri bir kənara qoyur. Beləliklə də obyekt (onun tarixi) mücərrəd və nəzəri formada çıxış edir. Bu isə obyektin daxili mahiyyətini və inkişaf qanunauyğunluqlanm açmaqda əvəzsiz rol oynayır. Bütövlükdə tarixi ilə məntiqi bir-birindən ayrılmazdır. Qeyd olunmalıdır ki, bu metodlar qarşılıqlı surətdə biri digərini tamamlayır və buna görə də ayrılmaz vəhdətdə götürülməlidir. Bu fikir təkcə məntiqi metodlara deyil, ümumilikdə bütün idrak metodlarına aiddir.


Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə