1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti



Yüklə 7,9 Mb.
səhifə11/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

Aksiomatik metod nəzəriyyə yaratmaq işində xüsusi yer tutur. İlk dəfə Evklid öz həndəsəsini yaradarkən bu metoda əsaslanmışdır. Sonralar o başqa sahələrdə də tətbiq olunmaqdadır. Aksiomatik metod yolu ilə nəzəriyyə yaradılarkən əvvəlcə sübuta ehtiyacı olmayan müddəalar - aksiomlar toplanılır. Sonra isə bunlardan müvafiq məntiqi qaydalar üzrə nəticələr - yeni biliklər sistemi hasil edilir. Hipotetik-deduktiv metodun mahiyyəti ondadır ki, əvvəlcə bir-birilə de- duktiv cəhətdən əlaqəli hipotezlər sistemi yaradılır. Bundan sonra onlara əsaslanmaqla empirik faktlar haqqında müddəalar hasil olunur. Bu metoddan daha çox empirik xarakter daşıyan elmlərdə istifadə edilir, çünki onlann nəzəriyyəsi təkcə ziddiyyətsiz deyil, həm də əsaslandırılmış olmalıdır. Bü metod ikipilləli xarakter daşıyır. Belə ki, ondan istifadə etdikdə hipotezlər sistemi təşkiil edilir, sonra isə bu hipotezlər təcrübədə yoxlanılır və dəqiqləşdirilir.
Mücərrəddən (abstraksiyadan) konkretə yüksəlmə metodunun idrakda mühüm rolu aşağıdakı ilə bağlıdır. Hər bir nəzəri tədqiqatın vəzifəsi öyrənildiyi obyektin bütöv təsəvvürünü canlandırmaqdır. Həmin obyekt isə çoxsaylı müxtəlif əlaqələrin konkret çulğaşması kimi çıxış edir. Nəzəri tədqiqat həmin əlaqələri seçib ayırır və onları elmi abstraksiyalarm köməyi ilə əks etdirir. Lakin bu ab- straksiyalar hələ öyrənilən konkret obyekt, onun fəaliyyəti və inkişafı haqqında dərin təsəvvür yaratmır. Bunun üçün fikrin mücərrəddən konkretə yüksəlməsi, yəni fıkrən öyrənilən obyekti bütün dolğunluğu ilə ona xas olan əlaqə və münasibətlər halında götürmək tələb olunur. Təfəkkün'm konkret hadisələrə nüfuzu dərinləşdikcə yeni-yeni abstraksiyalar tətbiq edilir ki, bunlar tədqiq olunan obyektin mahiyyətini daha dərin əks etdirmək imkanı verir. Bu metodun tətbiqi həm də ona görə zəruridir ki, real gerçəkliyin özündə konkret ilə mücərrəd vəhdətdə çıxış edir. Belə ki, əşyaların özündə konkretlik (tamlıq, bütövlük və hərtərətlilik) və mücərrədlik (ayrıca, birtərəflilik) obyektiv surətdə mövcuddur. Bizim təfəkkürümüz do bu '. əbdəti mütabiq əks etdirməlidir. Mücərrəddən konkretə yüksəlmə prosesində məzmunun konki'etliyi və rəngarəngliyi tədricən çoxalır. Deməli həmin proses irəliyə doğru yönəlir. Onun bu mahiyyətini Hegel aşkar etmişdir. O yazırdı ki, irəliyə doğnı bu hərəkət hər şeydən əvvəl onunla səciyyələnir ki, o sadə təriflərdən başlayır, bundan sonra gələnlər isə daha zəngin və daha konkretdirlər. Çünki hər bir nəticə özündə ilkin əsası saxlayır və hər yeni mərhələdə onun əvvəlki məzmunu daha da zənginləşir.'

Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə