1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti


Nəzəri tədqiqatın metodları



Yüklə 7,9 Mb.
səhifə10/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

Nəzəri tədqiqatın metodları içərisində aşağıdakılar xüsusilə mühümdür: formalaşdırma, aksiomatik metod, hipotetik deduktiv metod, fikrin mücərrəd konkretə doğru yüksəlməsi, tarixi Uə məntiqin vəhdəti. Formallaşdırma metodu obyekt haqqında mühakimələri işarələr, formullar vasitəsilə ifadə etməyi nəzərdə tutur. Bu yol ilə öyrənilən predmetin mahiyyətini açan ümumiləşdirilmiş işarəvi modeli yaradılır. Müasir dövrdə elmlərin riyaziləşməsi prosesi ilə əlaqədar formallaşdırma metodunun rolu da artır. Məntiq elmində, struktur linqvistika və digər sahələrdə ondan geniş istifadə olunur. Adi danışıqda formallaşdırma müəyyən qədər mənfi mənada (formalizm) işlənilir. Bundan fərqli olaraq elmi idrakda formallaşdırma dedikdə o başa düşülür ki, biz müvəqqəti olaraq öyrəndiyimiz obyektin məzmununu bir kənara qoyuruq. Əsas diqqəti onun formalarının tədqiqinə yönəldirik. Formallaşdırma metodu hazırda geniş tətbiq olunan ümumelmi metod statusu almışdır. Formallaşdırmanın aşağıdakı üstünlükləri vardır: 1) Bu halda alınmış mühakimələr və nəticələr formal dilə, yəni işarə- simvollar dilinə çevTİlir. Nəticədə bir-birindən çox uzaq olan və bir-birinə bənzəməyən obyektlər arasında mühüm səciyyəli ümumi tərəflər aşkar olunur və tədqiq edilir. Məsələn, bu yol ilə insan ürəyinin döyünməsinin dalğavari xarakteri ilə okeandakı dalğa arasında oxşar cəhətləri tapmaq və onlann hər ikisi üçün ümumi olan universal tənlik yaratmaq mümkündür. 2) Bu metodda süni dilin təbii dildən üstünlükləri (dəqiqliyi və birmə- nalılığı) istifadə edilir. 3) Formallaşdırma nəticəsində azsaylı düsturlara əsaslanmaqla çoxlu müddəalar hasil etmək mümkündür. 4) Foımallaşdırma bir çox məntiqi əməliyyatlan riyaziləşdirmək və maşını əməliyyat apara biləcəyi şəklə salmaq imkanı verir. Bu deyilənlərlə yanaşı göstərilməlidir ki, fonnallaşdırma metodu da müəyyən hədlər daxilində özünü doğruldur. Əvvəla, nəzərdə tutulmalıdır ki, elmləri sözün mütləq mənasında formalaşdınnaq qeyri-mümkündür. Sonra formalaşdırılmış məntiqi-riyazi nəticələri obyektlərin konkret məzmununa aid edərkən səhvlər özünü göstərə bilər. Nəhayət, unudulmamalıdır kt, foiTnallaşdırma əsas məqsəd deyil, ona çatmaq yolunda vasitədir. Buna görə də formallaşdırma tətbiq edərkən biz obyektin məzmununu yaddan çıxarmamalıyıq. Nəzərdə tutmalıyıq ki, formallaşmanın nəticələrindən istifadə etməklə obyektin məzmunu daha dərindən açılmalıdır. Müasir elmi idrakda formallaşdırma metodu riyazi (kompyuter) modelləşdirmə ilə sıx əlaqədə tətbiq olunur. Bu modelləşdirmə xüsusi olaraq işlənib hazırlanmış və kompyuterə daxil edilmiş proqramlar vəsitəsilə aparılır. Həmin proqramlarda nəzəri-məntiqi, riyazi və işarəvi simvolik ideal modellər bir-birilə əlaqələndirilir. Hazırda kompyuter modelləşdirilməsi iqtisadiyyat, demoqrafiya, proqnozlaşdırma, kosmonavtika, kimya, biologiya və sair elm sahələrində uğurla tətbiq olunur.

Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə