1 Neft bazalarının ümumi xarakteristikası


yeraltı anbarın yaradılması üsulu



Yüklə 8,16 Mb.
səhifə21/24
tarix13.07.2023
ölçüsü8,16 Mb.
#119558
1   ...   16   17   18   19   20   21   22   23   24
Əmtəə operatoru

yeraltı anbarın yaradılması üsulu.

1 – daş duz layı; 2 - duz layı çıxaran məhlulu: 3 – su vurulan kəmər; 4 – kəmər başlığı: 5 – kəmərarxası sement həlqəsi; 6 – istismar kəməri; 7 – neft qatı; 8 – yuyulan həcm; 9 – anbarın layihə həcmi.
39. DONMUŞ SÜXURLARDA QAZ ANBARLARININ YARADILMASI.
Maye qazları saxlamaq üçün buz süxurlarında tikilmiş izotermik çənlərdən də istifadə olunur. Bu növ çən yaratmaq üçün torpaqda mövcud texnika ilə tələb olunan ölçülərdə şaquli silindrik çuxur (ovuq) yaradılır və daxili səthi donmuş süxurlarla örtülür. Çuxurun dərinliyi təxminən diametrinə bərabər olur. Çənin divarı istismar zamanı əriməsin deyə penopoliuretonla örtülür. Çənin dibinin mərkəzə doğru mailiyi var və dibinə penopoliuretan və ya dəmir-beton lövhələr döşənir. Çənin örtüyü isə istilikqoruyucu metaldan hazırlanır (şəkil 23.2.). Hermetikliyi almaq üçün çənin daxili fəzası həlqəvi metal membran ilə örtülür, onun yuxarı kənarları örtüyə qaynaq edilir, aşağı kənarları isə maye ilə doldurulmuş həlqəvi yarıqlara batırılır. Çənin örtüyü ilə süxurun səthi arasındakı membran büzməli formada olur ki, bu da istilik deformasiyasını kompensasiya edir. Temperaturu-450 S-dək olan mayeqazı çənlərində örtüyün daşıyıcı karkası divarına bitişik metal və ya dəmirbeton sütunlar üzərinə oturdulur. Belə çənlər 3000-2000 Pa təzyiqə hesablanır. Qapağın istilikqoruyucusu 0,7-1,2 m qalınlıqlı perlitdən ibarətdir.

Şəkil 23.2. Dərinə batırılmış izotemik qaz anbarı.
1 - anbarın tutunmu; 2 - örtüyü; 3 - örtüyün buz süxur söykənən bloku; 4 - quyu; 5 - dondurucu kolonka; 6 – buz süxur örtüyü.
Buz süxurlu çənlər maye qazı boşaltmaq və doldurmaq üçün borularla, qoruyucu və vakuum klapanları ilə, maye fazasının - ölçülməsi və səviyyəsinə nəzarət etmək üçün cihazlarla, buxar fəzasının əlavə və vakkum təzyiqlərini və hər iki fazanın temperaturlarını ölçmək üçün nəzarət-ölçü cihazları ilə təmin edilmişdir. Maye qazı çəndən götürmək üçün elektrik dalma nasoslarından istifadə olunur. Həmin nasos çənin dibindəki zumpfda yerləşir. Qoruyucu klapanlar 1,15 ölçülü işçi təzyiqə hesablanır. Çənin örtüyündə hərəsinin diametri 500 mm olan iki giriş qapağı qoyulmuşdur.
Təbii maye qazları saxlamaq üçün aşağı temperaturlu və dərinliyə batırılmış dəmir-beton çənlərdən istifadə olunur. Həcmi 45000 m3-dən çox olan həmin çənlər yerüstü metal və buz süxurlu neftqaz çənləri ilə müqayisə oluna bilər. İlkin hesablamalar göstərir ki, həcmi 10000 m3 olan dəmirbeton çənlərinin vahid həcminə: beton sərfi -0,12 m3/m3; polad sərfi-17,8 kq/ m3; istilikqoruyucusu sərfi -0,31 m3/m3 təşkil edir.
Çəndə temperaturun dəyişməsi zamanı çənin divarları ilə örtüyü və döşəmə aralarındakı deformasiyanı (yerdəyişməni) kompensasiya etmək üçün həlqəvi silfon kompensatorları, döşəmənin altında isə qum yastığı nəzərdə tutulmuşdur.
Bir divarlı aşağı temperaturlu və dərinliyə batırılmış dəmirbeton çənin divar: və dibi metal təbəqə ilə örtülmüşdür. Çənin əsasını sıxlaşdırılmış suxur üzərindəki qum yastığı təşkil edir. Qum yastığının donmaması üçün həmin yas qalınlığı 300 m-ə qədər olan köpükşüşə pərdəsi və istilikqoruyucu örtülmüşdür. Çənin divarları əlavə gərginlikli dəmirbeton panellərdən ibarət olmaqla zavodda hazırlanır. Panellərarası fəza betonlanır və divarlar poliuretan penoplast qatı ilə istilikdən mühafizə olunurlar. Çənin dəmirbeton örtüyü güclü dəmirbeton dayaq həlqəsi üzərinə oturdulur. Dayaq həlqəsi ilə divar arasında formalı kompensator qoyulmuşdur.
İkidivarlı aşağı temperaturlu və dərinliyə batırılmış dəmirbeton çənin (şəkil 23.3) xarici və daxili divarları əvvəlcədən gərginlikli dəmirbetondan ibarətdir. Çənin daxili dibi qalınlığı 700-900 mm olan köpükşüşə bloklardan ibarət istilikqoruyucu qatın üzərindədir. Divarlar bir-birilə X18N9T tipli legirlənmiş poladla birləşir. Çənin qapağı əsasən künbəz formalı dəmirbeton formada aşağı hissəsi isə karbonlu polad örtükdən ibarətdir.



Yüklə 8,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə